MəHƏRRƏm hüseynov poetik frazeologiYA



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə63/68
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#40440
1   ...   60   61   62   63   64   65   66   67   68
frazeoloji

sentensiyalar 
quruluş-struktur  cəhətdən  frazeologizmlərə  yaxın 
olduğu  üçün  tezliklə  ümumxalq  malına  çevrilə  bilirlər. 
Sentensiyalar  konkret  b
ədii  ovqat,  müəyyən  əhval-ruhiyyə  ilə 
bağlı  olsalar  da,  hər  hansı  emosiyanı  canlandırsa  da,  mahiyyət 
etibaril
ə ümumi səciyyə daşıyır. Buna görə də müəyyən anlayış, 


          
 
 
147 
psixoloji  m
əqam,  emosional  ovqatla  bağlı  ümumiləşdirilmiş 
hökm  ifad
ə  edir.  Həmin  hökm  qabarıqlaşdırılmış  şəkildə 
meydana 
çıxır. 
 
M
ədəni sayırsan özünü yəqin 
Amma bilmirs
ən ki, bu mədəniyyətin 
Yalnız əynndədir 
 
 
Çölü b
əzəksən, 
 
 
 
içi t
əzəksən (102, 129). 
 
Qorxma, t
əzək üstündə görəndə bəzək, 
Qranit deyil ki, irad
ən sına. 
Qorx ki, cah-c
əlalı ayaq tozu tək 
Vura bilm
əyəsən yad qapısına (95, 44). 
 
S
ənin sarmaşıqdan xoşunmu gəlir? 
Batini zülm
ətdir, zahiri işıq. 
Yaxşı ki, həmişə sərv olmuşuq biz, 
H
ər kəsin boynuna sarılmamışıq (95, 187). 
 
Frazeoloji  dil 
faktları  şeirin  məzmun  və  mündəricəsinə, 
ifad
ə tərzinə görə yeniləşmə prosesinə məruz qalır. Bu sahədəki 
novatorluq b
ədii ifadə tərzinə, obrazlar silsiləsinə orijinal poetik 
vasit
ə çalarları əlavə edir. Bu prosesdə ciddi rol oynayan amil, 
deyildiyi kimi, 
şairin  sözə yanaşma vərdişi, sözə sənətkar müna-
sib
əti, söz seçmə meyarıdır. 
Frazeoloji novatorluq 
şeirin formasından daha çox məzmun 
göz
əlliyinə  xidmət  edir,  oxucunu  məzmunun  açılışı  ətrafında 
düşünməyə  vadar  edir.  Fikir  obyektinə  münasibət  xüsusi 
r
ənglərlə üzə çıxmasında nəinki frazeoloji dil faktları, frazeoloji 
novatorluq,  h
ətta  ayrı-ayrı  istedad  sahiblərinin  özünə  məxsus 
olan  f
ərdi  aforizmləri,  hikmətli  ifadələri  də  1960-1980-ci  illər 
poeziyasının  mütərəqqi  istiqaməti  kimi  izah  edilə  bilər.  Fərdi 
frazeoloji  novatorluq  –  hikm
ətli  söz  yaradıcılığı  söz  sənətinə 


          
 
 
148 
zamanın  nəfəsinə  uyğun  yeni  həyat  verir.  Hikmətli  ifadələr 
doğma dil qəliblərinə salınaraq semantik cəhətdən zənginləşdiril-
miş  müdriklik  xalqa,  oxucu  kütləsinə  təqdim  edilir.  Fərdi 
s
əciyyəli  aforizmlər  frazeoloji  novatorluğun  füsunkarlığını 
nümayiş etdirir. Fərdi yaradıcılıq məhsulu olan hikmətli sözlərin 
yığcamlığında  dərin  məna  ifadəsi,  məzmun  dolğunluğu,  fikir 
genişliyi, təsir dairəsinin əhatəliliyi incə poetik duyuma əsaslanır. 
Onun  cazib
əli  ifadə  siqləti  də  frazeoloji  ifadələr  kimi,  yeni 
«
obrazların dilidir» (42, 4). 
Şeiri  folklor  düşüncə  tərzi  ilə  bağlama,  yeni  intellektual 
obrazlarla 
z
ənginləşdirmə  vasitəsidir.  Frazeologizmlərin 
ekvivalenti  s
əviyyəsində  bədii-estetik  və  emosional  kamillik 
nümun
əsi  olan  hikmətli  ifadələr  də  frazeoloji  dil  vahidlərinin 
b
ədii  həyatını  yaşayır.  Məsələn,  M.Müşfiqin  dillər  əzbəri  olan 
«
Yaşamağı hamı bilər, yaşatmaqdır böyük hünər» aforizmi poe-
ziya  tarxinin 
sonrakı  dövrlərində  –  1960-1980-ci  illər 
m
ərhələsində eyni semantik mənanın yeni ifadə vasitələrini üzə 
çıxartdı.  B.Vahabzadə,  Məmməd  Araz,  Rəfiq  Zəka  kimi 
tanınmış  şairlər  eyni  müdrik  kəlamın  yeni  emosional  impulslar 
d
oğuran variasiyalarını yaratdılar. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin