Kriminalistik ekspertiza, onun əsas məqsədi və növləri
Kriminalistik ekspertiza məhkəmə ekspertizasının ən geniş yayılmış növlərində biridir.
Kriminalistik ekspertizanın həll etdiyi məsələlər əsasən eyniləşdirmə (yəni “identifikasiya”) xarakteri daşıyır. Belə ki, insanlar, heyvanlar, predmetlər zahiri əlamətlərinə görə eyniləşdirilir. Bununla yanaşı, kriminalistik ekspertiza eyniləşdirmə xarakteri daşımayan məsələləri də (hadisə mexanizminin, yerinin, vaxtının, hərəkətlərin ardıcıllığının, eləcə də obyektlərin kəmiyyət və keyfiyyət xarakteristikalarının müəyyən edilməsi) həll edir.
Kriminalistik ekspertizanın aşağıdakı növləri vardır:
1. Trasoloji ekspertiza - əl (daktiloskopik), ayaq, diş, dırnaq, alət və vasitə izlərinin eks- pertizası; sındırma mexanizminin müəyyən edilməsi məqsədi ilə hissələr üzrə tamən eyniləşdirilməsi, nəqliyyat vasitəsinin və onun növünün müəyyən edilməsi üçün nəqliyyat trasoloji ekspertizası və s.
2. Məhkəmə ballistik ekspertizası – güllə və giliz üzərində qalmış izlərə görə silahın eyni- ləşdirilməsi, güllə və gilizin eyni patrona aid olmasının müəyyən edilməsi, silahın atəş üçün yararlı olub-olmaması və s. məqsədlə aparılır.
3. Sənədlərin kriminalistik ekspertizası – xəttə görə yazını lcra edənin, onun cinsinin, müəllifinin, yazının icra edilmə şəraitinin müəyyən olunması; sənədlərin ilkin məzmununun aşkar olunması və oradakı texniki dəyişikliyin müəyyən edilməsi; möhür və ştampların, yazı makinalarının, kassa aparatlarının çekləri üzrə eyniləşdirilməsi; həmçinin materiallarının tədqiqatı.
4. Portret ekspertizası – zahiri əlamətlərinə görə fotoşəkillər, yaxud həmin əlamətləri digər materiallar üzrə şəxsiyyətin eyniləşdirilməsi.
Dostları ilə paylaş: |