Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı:
Sədrlik edən hakim Vidadi Məmmədov imzaladı,
Hakim Raqib Qurbanov imzaladı, Hakim Elmira Nağıyeva imzaladı
Məhkəmənin adı: Bakı Apelyasiya Məhkəməsi
Sənədin elektron yüklənmə ünvanı:
https://e-mehkeme.gov.az/signed/ShowEdoc?guid=d9993c965b8546a287d434c51323dc9f
Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən
elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə
təsdiq edilmiş əl imzasına bərabər tutulur.
nömrəli 31.12.2002-ci il tarixli, 0138 nömrəli 27.12.2003-cü il tarixli və 0135 nömrəli
07.12.2004-cü il tarixli əmrlərinə əsasən Müdafiə Nazirliyinin 998 nömrəli hərbi hissəsinin
yalnız 8-ci zenit raket divizionu 15 avqust 2000-ci il tarixdən 01 yanvar 2006-cı il tarixədək
döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən bölmə hesab edilmişdir.
Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq
üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır.
Tərəflər arasında mübahisəli sayılan hüquq münasibətlərinin yarandığı dövrdə
qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” AR Qanununun:
1-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və
müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi
və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda
xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar;
Azərbaycan Respublikası Prezidentinin 13.09.2004-cü il tarixli Fərmanı qüvvəyə
minənədək qüvvədə olan redaksiyada 12-ci maddəsinin a) bəndinə əsasən, xidmətdən
buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi
qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər;
16-cı maddəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin
edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının
Nazirlər Kabineti müəyyən edir.
AR Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə,
miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının
rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin
edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında”
23.11.1992-ci il tarixli 631 nömrəli Qərarının 01.07.2005-ci il tarixədək qüvvədə olmuş
redaksiyada 2-ci bəndinə əsasən:
“2. Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq
xidmətdə qalan hərbi qulluqçulara daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub
şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə
aid edilsin:
a) xidmətin bir ayı üç ay sayılmaqla:
Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda
döyüş əməliyyatlarında iştirak dövrləri;
Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda
döyüş əməliyyatlarında alınan yaralar, kontuziya, şikəstlik və ya xəstəlik nəticəsində
müalicəxanalarda fasiləsiz olma müddəti
b) xidmətin bir ayı iki ay sayılmaqla:
Azərbaycan Respublikasında
onun
suverenliyinin, ərazi
bütövlüyünün
və
müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə,
sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri
birləşmələrdə xidmət müddəti;
respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metr və daha çox
hündürlükdə;
reaktiv və turbovintli aviasiyada uçuş işində - Müdafiə Nazirliyinin müəyyən etdiyi
şərtlərlə;
su altında və barokameralarda yüksək təzyiq şəraitində xeyli qalmaqla iş aparan
dalğıc vəzifələrində - müdafiə və daxili işlər nazirliklərinin müəyyənləşdirdiyi şərtlər
sayılmaqla:
|