51
qida maddələri və yaxud dərmanlar (məsələn, amidopirin, aspirin,
qəbul etdikdə sidiyin rəngi çəhrayı-qırmızı, bədənə metilen abısı
daxil etdikdə isə göyümtül-yaşıl olur) sidiyin rəngini dəyişir. Öd
piqmentləri (bilirubin) sidiyin rəngini yaşıl-qonura, çoxlu miqdarda
eritrositlər isə «ət suyu» rənginə dəyişir. Sidikdə irin, bakteriya, duz
olduqda da onun rəngi dəyişir və şəffaflığı itir.
Sidiyin iyi. Adətən sidiyin zəif spesifik iyi olur.
Bir neçə saatdan
çox saxlanıldıqda, yaxud sidik yollarında durğunluq olduqda sidiyin
tərkibində olan sidik cövhəri bakteriyaların təsirindən ammonyaka
çevrilir və sidik ammonyak iyi verir. Sidikdə keton cisimcikləri
olduqda (məsələn, şəkərli diabet zamanı) sidik çürümüş alma iyi verir.
Sidiyin xüsusi çəkisi. Sidiyin xüsusi çəkisi (sidiyin nisbi sıxlığı)
onda həll olmuş üzvi və qeyri-üzvi maddələrin miqdarından asılıdır.
Norma 1,001 ilə 1,040 arasında dəyişilir. Sidiyin xüsusi çəkisini
ölçən cihaz urometr adlanır. Bu 1,000-dən 1,050-yə qədər şkalası
olan areometrdir. Xüsusi çəkini ölçmək
üçün sidik silindrə tökülür
və içərisinə urometr salınır. Sidiyin miqdarı az olduqda iki dəfə
distillə olunmuş su ilə durulaşdırılır və alınan rəqəmin son iki
kəmiyyəti ikiyə vurulur. Gün ərzində sidiyin xüsusi çəkisi müxtəlif
ola bilər (adətən 1,010-1,025 hədd daxilində). Bu da sidikdə həll
olmuş sidik cövhəri, kreatinin,
sidik turşusu, natrium, kalium,
kalsium və s. duzların miqdarından asılı olub, orta hesabla, gün
ərzində bütövlükdə 60 q-a qədər olur. Sidiyin xüsusi çəkisi zülalsız-
laşdırılmış qan plazmasının xüsusi çəkisindən (1,008-1,012) az olar-
sa hipostenuriya, eyni olarsa izostenuriya, 1,028-dən
çox olarsa
hiperstenuriya adlanır.
Sidiyin xüsusi çəkisi onda həll olmuş maddələrin miqdarından
başqa həmin maddələrin molekul çəkisindən də asılıdır. Yüksək
molekul çəkili maddələr (məsələn, protein) xüsusi çəkini dəyişməklə
yanaşı onun osmotik təzyiqini dəyişmir. Sidiyin osmotik qatılığını
əsasən onda həll olmuş elektrolitlər və sidik cövhəri yaradır.
Osmotik qatılıq mosm/l ilə ifadə olunur və sağlam şəxslərdə
maksimal osmotik qatılıq 910 mosm/l-a çatır. Sidikdə qlyukozanın
52
yüksək qatılığı zamanı (qlyukozuriya) xüsusi çəki çox artır və 1,030-
1,040-a çatır (şəkərli diabetdə). Müəyyən edilmişdir ki, 1 mq%
qlyukoza sidiyin xüsusi çəkisini təxminən 0,004, 1%-ə,
zülal sidiyin
xüsusi çəkisini 0,0003-ə qədər artırır.
Beləliklə, böyrək xəstəlikləri, yaxud başqa orqan və sistemlərin
xəstəlikləri zamanı sidiyin xüsusi çəkisi artıb və ya azala bilir. Belə
ki, şəkərsiz diabetdə, çoxlu maye qəbul etdikdə,
xronik böyrək
çatışmazlığı, kəskin böyrək çatışmazlığının poliuriya mərhələsində,
ürək-ödemlərinin çəkilməsi mərhələsində sidiyin xüsusi çəkisi azalır
və əksinə şəkərli diabetdə, az maye qəbul etdikdə, ishal, qusma
zamanı, ürək çatışmazlığında sidiyin xüsusi çəkisi artır.
Sidiyin ümumi müayinəsində xüsusi
çəki göstəricisinin
əhəmiyyəti azdır, lakin bu analizdə belə xüsusi çəki 1.018-dən yuxarı
olduqda böyrəklərin fəaliyyəti normal hesab edilir. Sidiyin xüsusi
çəkisinin dəyişilməsinə Zimnitski sınağı ilə qiymət verilir.
Dostları ilə paylaş: