11
Elektron mikroskopu ilə müayinə etdikdə böyrək kapillyarlarının
divarının üç qatdan ibarət olması aydınlaşır. Daxili (endotelial) qat
endotel hüceyrələrindən ibarətdir, onlar biri-birinə yapışmadıqları
üçün aralarında 100-150 mµ diametrdə deşiklər əmələ gəlir. Endo-
telial qat özünəməxsus xəlbir səfhəni təşkil etdiyi üçün lamina fe-
nestrata adlanır. Normada endotelial hüceyrələr arasındakı sahə
birləşdirici toxumanın əsas maddəsi olan və tərkibinə hialuron
turşusu daxil olan maddə ilə tutulur. Kapillyar divarının xarici qatı
epitel hüceyrələrindən – podositlərdən ibarətdir. Podositlərin trabe-
kula adlanan uzun protoplazmatik çıxıntıları vardır, onlardan pediku-
la adlanan perpendikulyar vəziyyətdə çıxıntılar ayrılır. Nəticədə po-
dosit özü və onun trabekulaları birbaşa bazal membrana yapışmır və
ona pedikula vasitəsi ilə söykənir. Bazal membran ilə podosit,
trabekula və bir-birinə dolaşan çoxlu pedikula arasında ultramik-
roskopik «podositaltı sahə» əmələ gəlir. Onu submikroskopik süngər
ilə müqayisə edirlər və belə hesab edilir ki, bu sahə qan plazmasının
duru hissəsini kapillyar daxilindən kapsula boşluğuna «soraraq» yu-
maqcıq filtrasiyasının baş verməsinə səbəb olur.
Podositlər, ən çox pedikulalar, bir-biri ilə fibrilyar struktur ilə
bağlanırlar və deşiyinin ölçüsü 5-12 mµ olan yarığabənzər diafraq-
manı əmələ gətirirlər. Yumaqcıq filtrasiyasında yarığabənzər diaf-
raqmanın çox əhəmiyyətli rolu vardır. Xaricdən o podositlərin qliko-
kaliksi ilə örtülmüş, daxildən isə əsas zarın (bazal membranın) xarici
qatı ilə sərhədlənir.
Yumaqcıq kapillyarın divarının orta qatını qalınlığı 250-400 mµ
olan əsas zar təşkil edir. Üç qatdan ancaq bu qat kapillyarlarda dövr
edən qanla böyrək yumaqcığı kapsulunun boşluğu arasında fasiləsiz
baryerdir. Elektron mikroskopiyası zamanı əsas zardan üç qat ayrılır:
mərkəzi (
lamina densa), xarici və ya subepitelial (
lamina vara
Dostları ilə paylaş: