17
arasında çoxlu anastomoz vardır. Yukstamedulyar nefronların
Henle ilgəyi böyrəyin beyin maddəsinin dərin qatlarına gedir,
piramidlərin zirvəsinə çatır. Yukstamedulyar nefronların düz
damarları Henle ilgəyinin enən və qalxan hissələri ilə yanaşı
yerləşir, bu da böyrəyin əkshərəkət-dönmə-artma sisteminin
əhəmiyyətli elementi olub, sidiyin osmotik qatılaşması və durulaş-
ması proseslərində əhəmiyyəli rol oynayır.
Fizioloji halda böyrək qan dövranının 85-90% böyük dövranla
(qabıq dövranı), amma bəzi patoloji vəziyyətlərdə qanın əsas
hissəsi kiçik və ya qısa dövranla hərəkət edir. Belə halda
yukstamedulyar qan dövranı özünəməxsus şunt rolunu görür (bu
fenomen ilk dəfə J. Trueta tərəfindən açılıb və onun şərəfinə -
Trueta şuntu adlanır). Bu zaman qanın çox hissəsi qabıq yox, beyin
maddə ilə hərəkət edir və maddənin işemiyası, hətta nekrozu baş
verə bilər. Bu zaman yukstamedulyar düz damarlar genişlənir və
venadan axan venoz qan arterial qana bənzəyir. Buna görə
yukstaqlomerulyar yumaqcıqlar təkcə filtrasiya aparatı yox, həm də
böyrəyin drenaj sistemi rolunu oynayır.
Dostları ilə paylaş: