Şəkil 7. Yukstaqlomerular aparatın quruluşu.
I – dənəvər epiteloid (yukstaqlomerular) hüceyrələr; II – tünd ləkə
hüceyrələri (macula densa); III – Qurmaqtiq hüceyrələri (lacis hüceyrələri);
IV –
mezangial hüceyrələr; 1 – yumaqcığın gətirici arteriolası;
2 – distal şöbənin kanalcığı; 3 – yumaqcığın çıxarıcı arteriolası;
4 – mezangium; 5 – yumaqcıq kapilyarı; 6 – kapsulanın boşluğu;
7 – kapsulanın xarici təbəqəsi.
Bu hüceyrələr qeyri-düz, poliqonal formalı olub, çıxıntıları vardır.
Onlar üçün sitoplazmada xırda qranulanın olması xarakterikdir. Qra-
nulaların miqdarı epiteloid hüceyrələrin funksional aktivliyindən ası-
lı olub, lifləri bu hüceyrələrə çatan simpatik
sinir sistemi tərəfindən
stimulyasiya olunur. Qranulalarda renin toplaşır, çünki epiteloid hü-
ceyrələr onun əmələ gəlmə yeridir. Hüceyrə sitoplazmasında qranu-
laların miqdarının çoxalması onların aktivliyinin və reninin sekresi-
yasının artmasını göstərir.
YQA ikinci hissəsi oval və ya qeyri-düz formalı,
bəzən uzun
sitoplazmatik çıxıntısı olan differensasiya etməmiş hüceyrələrdir.
19
20
Bunlar Qurmaqtiq hüceyrələri (
lacis - hüceyrələr) adlanır, gətirici və
çıxarıcı arteriola ilə tünd ləkə arasındakı üçbucaqda yerləşirlər.
Strukturu və funksiyasına görə onlar mezangiositlərə yaxın olub,
onlar kimi faqositar aktivliyə malikdirlər.
Tünd ləkə (
makula densa) distal kanalcığın yumaqcıq qütbünə
yaxınlaşdığı yerdəki hüceyrələrindən əmələ gəlir. Burada kanalcıq
epitelisi uzanmış silindrik forma alır,
nüvələri hüceyrə zirvəsinə
tərəf çəkilir.
Tünd ləkə hüceyrələri epiteloid və lacis hüceyrələrlə sıx əlaqədə
olur. Bunun nəticəsində YQA reninin əmələ gəlməsini artırıb-
azaltmaqla arterial təzyiqin və plazmanın elektrolit tərkibinin tənzim
olunmasını gətirici arterioladan keçən qan plazmasında və kanalcıq
mayesində natriumun və kaliumun konsentrasiyasını nəzərə alaraq
həyata keçirir. Bu mexanizmi yumaqcıqda baş verən qanın filtrasiya
prosesinin tənzim olunması kimi qiymətləndirmək lazımdır.
Dostları ilə paylaş: