SİDİK VƏ ONUN ƏMƏLƏ GƏLMƏ MEXANİZMİ
Böyrəklərin fəaliyyətinin son nəticəsi mürəkkəb bioloji maye olan
sidiyin əmələ gəlməsidir. Onun tərkibi 150 üzvi və qeyri-üzvi kimyəvi
maddələrdən ibarətdir. Gün ərzində yaşlı adamda 1-1,5 l sidik əmələ
gəlir, bunun da miqdarı qəbul olunan mayenin miqdarından asılıdır.
Sidiyin gündəlik miqdarının 500 ml aşağı düşməsi və ya 2000 ml çox
artması patoloji hal kimi qiymətləndirilir. Sağlam şəxslərdə sidik ilə
gün ərzində 20-35 q karbamid, 0,5 – 1,4 q sidik turşusu, 1 - 2 q
kreatinin, 10 – 100 mq zülal, 8 - 18 q natrium xlorid, 5 q natrium, 3 q
kalium, 100 – 300 mq kalsium, 60 – 120 mq maqnezium və s. xaric
olur.
Sidiyin əmələ gəlməsi çox mürəkkəb proses olub, bu məsələnin
bütün tərəfləri axıra qədər açılmamış qalır. Müasir teoriyaya görə
22
sidik əmələgəlmə prosesi yumaqcıq filtrasiyası, kanalcıq reabsorbsi-
yası və sekresiyasından ibarətdir, ona görə onu filtrasion – reabsorb-
sion – sekresion teoriya da adlandırırlar. Bu nəzəriyyəyə görə, sidi-
yin əmələ gəlməsi yumaqcıq filtrasiyasından başlayır. Əmələ gələn
ultrafiltrat (ilk sidik) böyrək kanalcıqlarına keçərək, onun bir hissəsi
reabsorbsiyaya məruz qalır. Ultrafiltratın tərkibi zülalsız qan
plazmasının tərkibinə uyğundur. Proksimal kanalcıqlarda suyun çox
miqdarının (60-80%) reabsorbsiyasından başqa qlukoza və zülal tam
sorulur, natriumun 70 – 80%, kaliumun 90 – 95%, sidik cövhərinin
60%, çoxlu miqdarda xlor, fosfat ionları, aminturşular və b. mad-
dələr reabsorbsiya olunur. Kreatinin reabsorbsiya olunmur. Prok-
simal kanalcıqdan keçən ultrafiltrat izoosmolyarlığını saxlayır, yəni
onun osmolyarlığı plazmadakına bərabər olur. Buna səbəb su ilə ya-
naşı başqa osmotik aktiv maddələrin proporsional miqdarda reab-
sorbsiya olunmasıdır.
Distal kanalcıqlarda da suyun və natriumun reabsorbsiyası davam
edir, amma bu zaman geri sorulan suyun və natriumun miqdarı bə-
dən tələbatına uyğun gəlir. Bədənin, dehidratasiyası zamanı (məsə-
lən, isti iqlim şəraitində, çox tərləyəndə) kanalcıqdakı su çox sorulur,
natrium isə reabsorbsiya olunmur, nəticədə sidiyin miqdarı azalır,
amma tərkibindəki osmotik aktiv maddələrin konsentrasiyası artmış
olur. Orqanizmin hiperhidratasiyası zamanı distal kanalcıqlarda nat-
rium çox reabsorbsiya olunur, amma suyun reabsorbsiyası azalır və
bu səbəbdən də aşağı nisbi sıxlıqlı çoxlu miqdarda sidik ifraz olur.
Beləliklə, proksimal kanalcıqlarda suyun məcburu (obliqat), distal
kanalcıqlarda fakultətiv (seçici) reabsorbsiyası baş verir.
Son illər sidiyin əmələ gəlməsində kanalcıq sekresiyasının da
iştirak etdiyi sübuta yetirilmişdir. Belə ki, yumaqcıq filtratında olma-
yan bəzi maddələr son sidikdə tapılır və bu da həmin maddələrin
ancaq sekresiya yolu ilə sidiyə keçməsini göstərir. Sübut olunmuş-
dur ki, bəzi yad maddələr (penisillin, kontrast maddələr və s.),
kanalcıq epitelisində əmələ gələn ammonyak və hidrogen, kalium
ionları kanalcıqda sekresiya olunurlar. Bu proseslərdə iştirak edən
23
aldosteron və ADH təsir mexanizmi, antinatriuretik və antidiuretik
reflekslərin baş vermə mexanizmlərinin aydınlaşdırılması sidik
yaranma prosesinin mahiyyətini xeyli işıqlandırmışdır. Aşağıda sidik
əmələgəlmə proseslərinin mexanizminin müasir məlumatları, yu-
maqcıq filtrasiyası, bəzi üzvi və qeyri-üzvi maddələrin kanalcıqda
transportu, həmçinin sidiyin osmotik durulaşdırılması və qatılaş-
dırılması haqda məlumatlar üzərində dayanacağıq.
Dostları ilə paylaş: |