Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə13/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   9   10   11   12   13   14   15   16   ...   186
 
YUMAQCIQ  FİLTRASİYASI
 
 
Yumaqcıq filtrasiyasının sürəti yumaqcıq filtrinin (yumaqcıq kapil-
lyarlarının divarının) keçiriciliyindən, effektiv filtrasion təzyiqdən (P
f

asılıdır. Yumaqcıq filtrinin keçiriciliyi əsas zarda olan keçəcəklərin 
ölçülərindən, podosit ayaqcıqları arasında olan mikroyarıqların (slit 
pores) ölçülərindən asılıdır. Yumaqcıq kapillyarlarının divarının 
endotelial lövhəsi iri zülal molekulların və başqa maddə hissəciklə-
rinin keçməsinə mane olmur, çünki endoteli hüceyrələri arasındakı 
məsafənin (endoteli dəlikləri) ölçüləri zülal molekullarının ölçü-
lərindən böyükdür. 
Effektiv filtrasiya təzyiqi  (P
f
)  yumaqcıq kapillyarlarında qanın 
hidrostatik təzyiqi (P
h
) ilə qanın onkotik təzyiqi (P
0
) və yumaqcıq 
kapsuladaxili təzyiq (P
k
) cəminin fərqinə bərabərdir: P
f =
 P
h
- (
 
P

+ P
k

Qanın hidrostatik təzyiqi gətirici yumaqcıq arteriolasında və yu-
maqcıq kapillyarında 60 – 90 mm c.süt., onkotik təzyiq – 25 - 30 
mm c.süt., kapsuladaxili təzyiq – 10 – 20 mm c.süt. olur. Hidrostatik 
və onkotik təzyiqin artması və əksinə onkotik təzyiqin azalması yu-
maqcıq filtrasiyasını artırır. Hidrostatik təzyiqin azalması, kapsula-
daxili təzyiqin artması yumaqcıq filtrasiyasının azalmasına və hətta 
tam dayanmasına səbəb olur. Belə səbəblər şok, kollaps, sidik yolla-
rının obturasiyası və s. ola bilər. 
Fizioloji şəraitdə effektiv filtrasion təzyiq 25-30 mm c.süt. bərabər 
olur. Məsələn : Əgər P
h
 = 70 mm c.süt., P
0
 =25 mm c.süt., P
k
=
 
15 mm c. 
süt. olarsa, onda  P
f
 = 70 – (25+15)= 30 mm c.süt. olacaqdır.  


 
24
Filtrasiyanı  təmin etmək üçün P
h
 göstəricisi (P

+ P
k
) cəmindən 
böyük olmalıdır,  əks halda sidik əmələ gəlməsi prosesi dayanacaqdır. 
Böyrəklərin damar sistemi və böyrək qan dövranının tənzimi elə 
qurulmuşdur ki, arterial təzyiqin əhəmiyyətli azalması və ya artması 
(80-dən 180 mm c.süt.-na qədər) hidrostatik təzyiq yumaqcığın 
gətirici arteriolasında və yumaqcıq kapillyarlarında sabit saxlandığı 
üçün effektiv filtrasiya təzyiqi yumaqcıq filtrasiyasının normal 
səviyyədə qalmasına səbəb olur. Yumaqcıq kapillyarında yüksək 
təzyiq  əsasən gətirici və  çıxarıcı yumaqcıq arteriolaların diametrlə-
rindəki fərqə əsaslanır (gətirici arteriola çıxarıcı arteriolaya nisbətdə 
1/3 qədər genişdir). Yumaqcıq kapillyarlarında arterial təzyiq onların 
tonusunun dəyişməsi ilə tənzimlənir. Gətirici arteriyanın divarındakı 
əzələlərin tonusunun artması nəticəsində onun mənfəzi daralır, qanın 
yumaqcıq kapillyarlarına gəlməsi azalır, hidrostatik təzyiq aşağı enir, 
yumaqcıq filtrasiyası azalır və əksinə. 
İnsanda böyrək qan dövranının və yumaqcıqlarda hidrostatik təzyi-
qin səviyyəsinin tənzim olunması yumaqcığın çıxarıcı arteriyasının to-
nusu və  mənfəzindən asılıdır. Qeyd olunan məsələ simpatik damar-
daraldıcı sinir impulslarının, qanda reninin, angiotenzinin, adrenalinin, 
noradrenalinin səviyyəsinin artmasının təsiri ilə həyata keçirilir. Gün 
ərzində yaşlı insanda 180 l-ə qədər ultrafiltrat əmələ  gəlir, bunun da 
178,5 – 179 l kanalcıqlarda reabsorbsiya olur və ancaq 1 –1,5 l son si-
dik kimi bədəndən xaric olur.  

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin