139
nəzarətsiz istifadə olunması ürəyin və damarların kalsifikasiyası qorxu-
su və başqa ağırlaşmaların yaranması təhlükəsi ortaya çıxarır.
Hemoializ müalicəsinə hazırlıq güman olunan vaxtdan 6-12 ay əvvəl
başlanır. Multidissiplinar münasibətlər qurulur - yəni müxtəlif mütəxəs-
sislər (dietoloq, psixoloq, endokrinoloq və s.) nefroloqun koordinasiyası
ilə bu prosesdə iştirak edirlər. İlk əvvəl damara yanaşma üçün işlər
görülür. Said nahiyəsində vena damarının arteriyanın böyrünə tikilməsinə
üstünlük verilir. Bəzən damar yanaşması üçün politetrafloretilendən
hazırlanmış damar protezi istifadə olunur. Dializ müalicəsinə hazırlığın
əsas şərti xəstələrin QIDS, hepatit viruslarına görə yoxlanılması, B
hepatitinə qarşı vaksinasiya olunmasıdır.
Böyrək əvəzedici terapiya. Hazırda XBÇ-nin müalicəsi üçün BƏT
kimi hemodializ və periton dializi, həmçinin böyrəkköçürmə tətbiq
olunur. Periton dializi yeni doğulmuş və kiçik uşaqlarda, ağır ürək-
damar sistemi xəstəlikləri, damar yolu problemi olduqda (şəkərli diabet
nəticəsində inkişaf edən XBÇ), azad hərəkət lazım olan insanlarda
tətbiq olunur. Tez-tez peritonit və xəstələrin fiziki cəhətdən zəifliyi
periton dializindən imtinaya səbəb ola bilər. Əksər hallarda XBÇ olan
xəstələrin müalicəsində proqram hemodializdən istifadə olunur.
Dostları ilə paylaş: