Ağırlaşmalar. Kəskin qlomerulonefritin gedişi ürək catışmazlığı,
eklampsiya (ensefalopatiya) və kəskin böyrək catışmazlığı (1%
halda) ilə ağırlaşa bilər.
Gedişi. Adətən nefritönü dövr vaxtında aşkar edilmir. Amma
anginadan, yaxud vaksinasiyadan sonra xəstənin qan təzyiqi, bədən
çəkisi və sidiyin müayinə nəticələri nəzarət altına alınsa, şübhəsiz
xəstəlik erkən vaxtında aşkar edilə bilər.
Xəstəliyin bütün klinik variantlarında sidikdə mütləq dəyişiklik-
lərin baş verməsi xarakterikdir. Xəstəliyin başqa əlamətləri 1-2
həftəyə, bəzən 3-4 həftəyə yox olursa, sidiyin dəyişiklikləri bir ilə
qədər müşahidə oluna bilər. Bu müddət ərzində xəstələrdə mikrohe-
maturiya, proteinuriya və bəzən silindruriya aşkar edilə bilər. Bir
ildən sonra xəstədə kəskin qlomerulonefritin bu və ya digər
əlamətləri müşahidə olunduqda xəstəliyin xroniki nefritə keçməsi
kimi qəbul olunur.
Kəskin qlomerulonefritin tsiklik variantı xəstənin tam sağalması
ilə nəticələnir. Atsiklik klinik variantlarda xəstəliyin kəskin başlan-
ma dövrü, ayrı-ayrı əlamətlərin zühur edib itməsi və s. heç bir qanu-
nauyğunluğa uyuşmur və xəstəlik çox vaxt xroniki formaya keçir.
Son zamanlar kəskin qlomerulonefritdən 40-60% xəstələr sağa-
lırlar, qalanları xronik hala keçir və bəzi təsadüflərdə ölüm baş verə
bilir (ölümün səbəbi beyinə qansızma, ağciyər ödemi, kəskin ure-
miya olur).
Diaqnoz və differensial diaqnoz. Xəstəliyin diaqnostik kriteriləri
aşağıdakılardır – xəstəliyin streptokok infeksiyasından sonra kəskin
başlanması, proteinuriya, makro- və mikrohematuriya, keçici arterial
hipertenziya, ödemlər, sistem xəstəliyi, hipertoniya, proteinuriyanın
anamnezdə olması. Şübhəli hallarda diaqnozun təsdiqlənməsinə böy-
rək biopsiyası və morfoloji tədqiqat kömək göstərə bilər.
160
Ultrasəs müayinəsində böyrəklərin ölçüləri normal, parenximanın
«alabəzək» olması, sıx kölgəliyin zəif kölgəliklə növbələşməsi qeyd
edilir. Kasacıq-ləyən sistemində dəyişiklik qeyd edilmir. Kəskin
qlomerulonefriti xroniki qlomerulonefritdən, pielonefritdən, birləş-
dirici toxumanın sistem xəstəliklərindən, böyrəkdaşı xəstəliyi, böy-
rək vərəmi və s. xəstəliklərdən differensasiya etmək lazım gəlir.
Kəskin qlomerulonefriti xroniki qlomerulonefritdən kəskin baş-
lanğıc və bütün əlamətlərin tezliklə itməsi fərqləndirir. Bəzən latent
keçən xroniki qlomerulonefritin kəskinləşməsi də kəskin başlayır,
amma bu zaman xəstəliyin əlamətləri tam keçmir (xüsusən sidik
sindromu). Mürəkkəb hallarda böyrəyin punksion biopsiyası diaq-
nozu dəqiqləşdirməyə kömək edir.
Kəskin qlomerulonefrit zamanı leykosituriya çox olduqda pielo-
nefritdən az fərqlənir, amma qlomerulonefritdə proteinuriya çox vaxt
3%-dən artıq olur, ödemlər qeyd edilir. Bundan başqa pielonefritdə
bel nahiyəsində ağrılar, hərarətinin yüksəlməsi, dizurik hallar təzahür
edir. Pielonefritdə bakteriuriya «aktiv» leykositlərin tapılması, rent-
gen müayinəsində (ekskretor uroqrafiyada) kasacıq-ləyən sisteminin
deformasiyası və radioizotop müayinədə böyrək funksiyasının asim-
metriyası qeyd olunur.
Birləşdirici toxumanın sistem xəstəliklərinin kliniki təzahür for-
malarından biri də qlomerulonefritdir. Bu əsas qırmızı qurd eşənə-
yində müşahidə olunub lyupus nefriti adlanır. Bu zaman sidik, hiper-
tenziv və ödem sindromlardan başqa qırmızı qurd eşənəyi üçün
xarakterik olan oynaq sindromu, dərinin, ürəyin zədələnməsi, immu-
noloji dəyişikliklər (böyrəyə qarşı antitellərin olması, qırmızı qurd
eşənəyi hüceyrələrinin tapılması, RNT, DNT-yə qarşı antitellər) və
xəstəliyin dinamikasını müşahidə etməklə düzgün diaqnoz qoymaq
olar. Bəzən xroniki qlomerulonefrit, böyrək amiloidozu, nefrotik
sindrom ilə differensasiya etmək lazım olur (cədvəl 9).
161
Cədvəl 9
Dostları ilə paylaş: |