170
Çox zaman arterial təzyiqin yüksəlməsi soyuğa düşmə, emosional
gərginlik nəticəsində baş verir. Sidikdə dəyişikliklər cüzi olur: pro-
teinuriya gündə 1q-dan artıq olmur, hematuriya az miqdarda təzahür
edir. Ürək-damar sistemi tərəfindən olan dəyişikliklər arterial hiper-
tenziyanın dərəcəsindən asılı olaraq nəzərə çarpır. Zirvə vurğusu
qaldırıcı olur, ürəyin nisbi hüdudları sola böyüyür, aorta üzərində II
tonun aksenti eşidilir, bəzi xəstələrdə çapma ritmi qeyd edilir. Ürək
çatışmazlığı inkişaf etdikdə kiçik dövranda durğunluq baş verir,
qanhayxırma, ürək astması və bəzən ağciyər ödemi də baş verir.
Xəstəliyin gedişi adətən xoşxassəlidir, amma sonu xroniki böyrək
çatışmazlığı ilə nəticələnir. Bəzən xəstədə hipertoniyanın ağırlaşma-
ları – ürək çatışmazlığı, ürək əzələsinin infarktı, insult müşahidə olu-
nur. Göz dibi dəyişiklikləri (neyroretinit) arteriyaların daralması şək-
lində uzun müddət davam edir və xəstəliyin sonunda tor qişanın öde-
mi, qansızmaları və görmə siniri məməciyinin ödemi kimi təzahür
edir. Xəstəliyin morfoloji substratı mezangial-proliferativ və ya
membranoz-proliferativ dəyişikliklər təşkil edir.
Dostları ilə paylaş: