MƏKTƏBƏQƏDƏr pedaqogika fənni üzrə Sİllabus müəllim: Bayramova Sara Məhəmmədtağı qızı



Yüklə 76,38 Kb.
tarix22.04.2017
ölçüsü76,38 Kb.
#15386
MƏKTƏBƏQƏDƏR PEDAQOGİKA

fənni üzrə

SİLLABUS
Müəllim: Bayramova Sara Məhəmmədtağı qızı

pedaqogika üzrə fəlsəfə doktoru


Bakı-2014
1.MÜƏLLİM HAQQINDA MƏLUMAT

Soyadı: BAYRAMOVA

Adı: SARA

Atasının adı: MƏHƏMMƏDTAĞI

Təhsili: TAM ALİ TƏHSİL

Elmi dərəcəsi: PEDAQOGİKA ÜZRƏ FƏLSƏFƏ DOKTORU

Elmi adı:

Vəzifəsi: MÜƏLLİM

Əlaqə rekvizitləri: e-mail: sara-bayramova@inbox.ru; tel: (mob) 055-403-44-55; (ev) 012-422-60-80

Gün ərzində kollecdə olduğu vaxt: 10:00-1600

Təltiflər: Azərbaycan Respublikası Təhsil Nazirliyinin ixtisasartırma təhsili haqqında sertifikatı

Xarici dil: türk, rus
2.FƏNN HAQQINDA MƏLUMAT

Fənnin kodu: İRHT 3.2

Fənnin növü: qarışıq

Fənnin tədris ili: 2014/2015-ci il

Auditoriya: 200

Fənnin krediti: 8

Fənnin tədris yükü (saat): 120 saat (11 illik baza) (I, II tədris illəri)

Fənnin prerekviziti: Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn yoxdur

Fənnin tədrisi forması: Mühazirə-seminar məşğələ
3.FƏNNİN ƏSAS MƏQSƏDİ


  • Dövlətin bu sahədə həyata keçirdiyi siyasətin mənimsənilməsi təmin edilməklə, ixtisasa dair başlıca elmi-metodiki ədəbiyyatlarla tanışlıq aparmaqla:

  • İxtisas üzrə başlıca anlayışları, xüsusilə fənnin mövzusu, məqsədi, vəzifələri, əhəmiyyətini mənimsətmək;

  • Məktəbəqədər tərbiyə üzrə başlıca qanunlar, inkişaf proqramları, hüquqi-normativ sənədlərlə tanışlığı təmin edilməklə, rəsmi sənədlərlə maraqların aşılanmasına nail olmaqdır.

  • Doğma Azərbaycanımızın ən kiçik sakinlərini tərbiyə etməyə hazırlaşan gənc mütəxəssislərə pedaqogika elmini öyrətməkdir. Klassik pedaqoqların tətbiq etdiyi tərbiyə prinsiplərini örnək gətirməklə körpələrimizi Vətənə, xalqa, doğma torpağa məhəbbət ruhunda tərbiyə edərək böyütməkdir.

  • Müstəqil Azərbaycan dövlətinin təhsil islahatını sürətlə həyata keçirdiyi tarixi bir dövrdə xalqın taleyi gələcək nəslin düzgün tərbiyə olunması ilə bağlıdır. Məktəbəqədər tərbiyə müəssisəsinin əsas məqsədi də ailənin və cəmiyyətin mənafeyinə uyğun olaraq, uşaqların hərtərəfli inkişafına nail olmaq, fiziki və psixi sağlamlığını mühafizə etmək, fərdi xüsusiyyətlərini məqsədyönlü surətdə inkişaf etdirmək, xarakterlərinin bağlıca cəhətlərini formalaşdırmaq və onların inkişafındakı çatışmamazlıqları vaxtında aradan qaldırmaqdır. Bu məqsədlə uşağın ilk gündən başlayaraq sağlamlığının bünövrəsini qorumaq, uşağı əqli, əxlaqi, fiziki və estetik cəhətdən tərbiyə etməkdir.

  • Beləliklə, fənnin əsas məqsədi rəqabətqabiliyyətli yeni insan formalaşdırmaqdır.


4.FƏNNİN TƏDRİSİ NƏTİCƏSİNDƏ ƏLDƏ OLUNAN

KOMPETENSİYALAR:
Fənni mənimsəyən hər bir tələbə

  • Məktəbəqədər tərbiyənin əsas anlayışları, tərbiyənin insan cəmiyyəti üçün əhəmiyyətini mənimsətməklə tərbiyənin əhəmiyyətini açıqlamağı mənimsəyir.

  • Tərbiyədə dərin hörmət hissini formalaşdırmaq, bu zaman tərbiyə prosesində yaşın nəzərə alınmasını və vahidliyin ardıcıllığını, sistemliliyini gözləməklə uşaqların formalaşması üçün tərbiyənin ən yeni metodlarından istifadə edir.

  • Tərbiyə işində uşaqlara inamın çox qüdrətli vasitə olduğunu açıqlamaqla, alışdırma üsulunun intizam tərbiyəsində vacibliyini açıqlamağı öyrənir.

  • Məktəbəqədər yaşlı uşaqların əmək tərbiyəsinin düzgün qurulmasını və fizki işgörmə qabiliyyətinə malik olmaqla əməyin oyunla əlaqələndirilməsini təmin etməkdir.




  • əsas pedaqoji üsulları mənimsəyir.

  • fənnin başqa elmlərlə əlaqəsini öyrənir.

  • ixtisasa dair ilkin informasiyanı mənimsəyir.


5.FƏNNİN XARAKTERİSTİKASI

FƏNNİN ÖYRƏNİLMƏSİNİN TƏQVİM PLANI
I yarım il (mühazirə)


Sıra

-si



Mövzunun adı

Ayrılan saatlar



Pedaqogika elminin mövzusu, əsas anlayışları, başqa elmlərlə əlaqəsi, sahələri

2



Məktəbəqədər pedaqogika pedaqogika elminin bir sahəsi kimi, predmeti, funksiyaları, metodoloji əsasları

2



Pedaqoji tədqiqat üsulları. Məktəbəqədər pedaqogikanın tədqiqat üsulları

2



İnsanın bir şəxsiyyət kimi formalaşmasında bioloji, sosial amillərin rolu

2



Məktəbəqədər yaşlı uşaqların inkişafı, tərbiyəsinin məqsəd və vəzifələri

2



Azərbaycan Respublikasının təhsil sisteminin quruluşu, məzmunu, vəzifələri

2



Məktəbəqədər tərbiyə Azərbaycan təhsil sisteminin ilk mərhələsi kimi

2



Müəllim, körpələr evi və uşaq bağçasının tərbiyəçisi

2



İctimai məktəbəqədər tərbiyənin inkişaf tarixi. Avropada məktəbəqədər tərbiyənin inkişafı

2



Rusiyada və Azərbaycanda ictimai məktəbəqədər tərbiyə müəssisələrinin fəaliyyəti və inkişafı

2



Azərbaycan Respublikasında məktəbəqədər təhsilin proqramı (kurrikulumu) (3-6 yaş)

2



Məktəbəqədər təhsilin yeniləşdirilməsinin əsas istiqamətləri

2



Yaş dövrləri: Erkən yaş dövrünün xüsusiyyətləri

2



Həyatın I ili, II, III yaş dövrü-rejim xüsusiyyətləri

2



IV yaş dövrünün xüsusiyyətləri

2



V-VI yaş dövrünün xüsusiyyətləri

2



Didaktika haqqında anlayış. Uşaq bağçasında təlimin əsasları, ümumi didaktik prinsipləri

2



Məktəbəqədər yaşlı uşaqların inkişafında pedaqoji innovasiyalar, təlimin texnologiyaları

2

Cəmi:

36


FƏNNİN ÖYRƏNİLMƏSİNİN TƏQVİM PLANI

I yarım il (seminar-məşğələ)


Sıra

-si



Mövzunun adı

Ayrılan saatlar



Məktəbəqədər pedaqogikada diferensasiya prosesi

2



Məktəbəqədər yaşlı uşaqların inkişafı və tərbiyəsi haqqında pedaqoji nəzəriyyələr

2



Uşaqların inkişafinda irsiyyət, mühit, tərbiyənin rolu

2



Məktəbəqədər təhsil müəssisələrinin tipləri

2



Məktəbəqədər yaş dövrləri. Məktəbəqədər təhsil müəssisələrinin qruplara görə bölgüsü

2



Məktəbəqədər təhsilin dövlət standartı və proqramı: hər yaş qrupuna görə bölgüsü

2



Həyatın I və II ilində uşaqların tərbiyə edilməsi. Orqanizmin möhkəmləndirilməsi

2



Həyatın I və II ilində uşaq fəaliyyətinin təşkili və məzmunu

2



Həyatın I və II ilində təlim işlərinin planlaşdırılması

2



Həyatın III ilindı təlim xarakterli oyun-məşğələlər. Sağlamlıq və möhkəmləndirmə tədbirləri

2



Uşaq bağçasında təlimin ümumi didaktik prinsiplərinin səciyyələndirilməsi

2



Pedaqoji texnologiyalar və fəallaşdırıcı təlim

2

Cəmi:

24




6.FƏNN ÜZRƏ SƏRBƏST İŞLƏRİN MÖVZULARI
Fənn üzrə smester ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

Sərbəst işlərin mövzuları və təhvil verilmə tarixi:



Mövzunun adı

Son tarix



Pedaqogika elminin mövzusu, əsas anlayışları, başqa elmlərlə əlaqəsi, sahələri

4-cü həftə



Məktəbəqədər pedaqogika pedaqogika elminin bir sahəsi kimi, predmeti, funksiyaları, metodoloji əsasları

5-ci həftə



İnsanın bir şəxsiyyət kimi formalaşmasında bioloji, sosial amillərin rolu

6-cı həftə



Azərbaycan Respublikasının təhsil sisteminin quruluşu, məzmunu, vəzifələri

7-ci həftə



Müəllim, körpələr evi və uşaq bağçasının tərbiyəçisi

8-ci həftə



Azərbaycan Respublikasında məktəbəqədər təhsilin proqramı (kurrikulumu) (3-6 yaş)

9-cu həftə



Məktəbəqədər tərbiyə Azərbaycan təhsil sisteminin ilk mərhələsi kimi

10-cu həftə



Yaş dövrləri: Erkən yaş dövrünün xüsusiyyətləri

11-ci həftə



Didaktika haqqında anlayış. Uşaq bağçasında təlimin əsasları, ümumi didaktik prinsipləri

12-ci həftə



Məktəbəqədər yaşlı uşaqların inkişafında pedaqoji innovasiyalar, təlimin texnologiyaları

13-cü həftə


Sərbəst iş yazılı formada, word faylı formasında, həcmi 1-2 səhifə (şrift 12) olmalıdır.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plaqiat yolverilməzdir.
7.TƏLƏBƏNİN NAİLİYYƏTLƏRİNİN CARİ VƏ ARALIQ

QİYMƏTLƏNDİRMƏSİ
Fənn üzrə kredit toplamaq üçün lazımi balın toplanması aşağıdakı kimi olacaq

50 bal – imtahana qədərki bal:

  • 10 bal dərsə davamiyyətə görə (fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fənndən imtahana buraxılmır).

  • 10 bal tələbənin sərbəst işinə görə;

  • 30 bal laboratoriya dərslərinin nəticələrinə görə (fənn üzrə kurs işi və məşğələ dərsi nəzərdə tutulmadığı halda).



8.TƏHSİLALMA PROSESİNƏ NƏZARƏT VƏ TƏLƏBƏLƏRİN

BİLİYİNİN YEKUN QİYMƏTLƏNDİRMƏSİ


  • 10 bal dərsə davamiyyətə görə (fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fənndən imtahana buraxılmır).

A

 “əla”

91-100

B

 “çox yaxşı”

81-90

C

 “yaxşı”

71-80

D

 “kafi”

61-70

E

 “qənaətbəxş”

51-60

F

 “qeyri-kafi”

51 baldan aşağı




  • Yekun qiymətləndirmədə 51 bal və ondan yuxarı bal toplayan tələbə fənn üzrə müəyyən olunmuş krediti qazanır və müvəffəqiyyət qazanan tələbə, 51 baldan aşağı bal toplayan yələbə isə fəndən krediti qazanmır və akademik borcu olan tələbə adlanır.



9.TƏLƏBƏNİN NİZAM-İNTİZAMINA QOYULAN TƏLƏBLƏR


  • Pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

  • Təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq, ictimai asayiş, daxili intizam və davranış qaydalarının tələblərinə riayət etmək;

  • Auditoriyadaxili təlim məşğələlərində iştirak etmək, müvafiq tədris planları və kursların işçi proqramlarında nəzərdə tutulmuş bütün növ tapşırıqları müəyyən edilmiş dövrlərdə yerinə yetirmək;

  • Kollecin otaqlarına, tədris-laboratoriya avadanlığına, cihazlara, dərs vəsaitlərinə, kitablarına və digər əmlakına qayğı və səliqə ilə yanaşmaq, onların korlanmasına, zədələnməsinə və itməsinə yol verməmək, otaqlarda təmizliyə və səliqəyə riayət etmək.


10.İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT


  1. H.Əliyev və Azərbaycan məktəblilərinin gözü ilə. Bakı, 1998.

  2. A.Həsənov. Məktəbəqədər pedaqogika. Bakı, 2000.

  3. R.Mursaqulova, N.Rüstəmova. Məktəbəqədər pedaqogika. Bakı, 2005.

  4. Y.Kərimov. Qönçə. Maarif, Bakı, 1987.

  5. F.Rüstəmov, Ə.Paşayev. Pedaqogika. Bakı, 2008.

  6. M.İlyasovş Pedaqoji ustalığın əsasları. Bakı, 2013

  7. A.Abbasov. Milli əxlaq və ailə etikası. Bakı, 2010.

  8. S.Bayramova, K.Mənsimova. Təhsilin modernləşdirilməsi kontekstində kiçikyaşlı məktəblilərin humanizm tərbiyəsinin metodiki aspektləri. Bakı, 2014.

  9. S.Bayramova. Uşaq və yeniyetmələrin tərbiyəsinə ailənin psixoloji iqliminin təsiri. Bakı, 2005.

  10. Azərbaycan Respublikasının məktəbəqədər tərbiyə müəssisələrinin Əsasnaməsi. Bakı, 2010.

  11. A.Həsənov. Uşaq bağçasında təlimin prinsip və metodları. Bakı, 1992.

  12. Z.Vəliyeva. Məktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsi. Bakı, 1993.

Yüklə 76,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin