MəMMƏdov qəRİb xəLİlov mahmud


Øÿêèë 6.10. Êöêöðäöí äþâðàíû (Ðåéìåðñ, 1990)



Yüklə 4,78 Mb.
səhifə175/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   171   172   173   174   175   176   177   178   ...   751
Øÿêèë 6.10. Êöêöðäöí äþâðàíû (Ðåéìåðñ, 1990) 

Fosforun dövranı 

Fosfor bioloji və biokimyəvi proseslərdə böyük rol oynadığı üçün ən mühüm kimyəvi elementlərdən biri sa-

yılır.  

Fosforun əsas rezervuarları (ehtiyatları) quru ekosistemləri, okeanlar və su hövzələrində gətirmələrin çökün-

tüləridir. Fosforun qazşəkilli formaları praktiki olaraq mövcud deyil, odur ki, ona atmosferdə rast gəlinmir. Li-

tosferdə fosforun əksər hissəsi kristal süxurlar olub apatitlərin tərkibində olur. (95%) İlk dəfə olaraq quruda fos-

forun demək olar ki, hamısı apatitlərin aşınması nəticəsində əmələ gəlmişdir. Çökmə çöküntülər törəmə xarakter 

daşıyıb-fosforitlərdən ibarətdir və bütün dünyanın fosfor ehtiyatının 80%-i qədərdir. Torpaq və bitki örtüyündə 

karbon və fosforun konsentrasiyasının orta nisbəti: C:P-750:1-ə  bərabərdir.fosforun biokimyası digər biogen 

elementlərdən (karbon, oksigen, azot, kükürd) fərqlənir, bu onun qaz formasında olmamasilə əlaqədardır. Bu, 

fosforun yamac boyu ağırlıq qüvvəsinin təsirilə bir istiqamətdə axınına imkan yaradır. Beləliklə, bu elementin 

çaylarla göl, su anbarları və dənizlərə axını baş verərək orada toplanır. Əks istiqamətdə fosforun axını olmur, bu 

isə quru ekosistemlərinin (o cümlədən aqroekosistemlərin) fosforla kasadlaşmasına və bununla əlaqədar onların 

bioloji məhsuldarlığının aşağı düşməsinə səbəb olur.  

Antrorogen fəaliyyət nəticəsində eroziya prosesinin güclənməsi,fosfor gübrələrinin yuyulub aparılması, çir-

kab sularının axıdılması dünyada fosfor axınlarının intensivliyini artırır. Bu isə su hövzələrinin evtrofikasiyası-

nın güclənməsinə səbəb olur. Fosforun hidrosferə ümumdünya illik axını 20 mln. tona yaxındır. Yer qabığında 

fosforun miqdarı 0,093% təşkil edir.  

Bu azotun miqdarından bir neçə dəfə çoxdur, lakin azotdan fərqli olaraq fosfor Yer qabığının əsas elementi 

sayılmır, lakin onun geokimyəvi tsiklinə Yer qabığından çox müxtəlif miqrasiya yolları, hidrosferdə intensiv bi-

oloji dövranı və miqrasiyası daxil olur. Fosfor əsas orqanogen element sayılır. 

Onun üzvi birləşmələri bütün bitki və heyvanların həyat fəaliyyətində mühüm rol oynayır, nuklein turşuları-

nın, mürəkkəb zülalların, fosfolipidlərin membranının (pərdəsinin) tərkibinə daxil olur, bioenerji proseslərinin 

əsasını təşkil edir. 




 

94


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin