MəMMƏdov qəRİb xəLİlov mahmud


Okeandan istifadənin digər istiqamətləri



Yüklə 4,78 Mb.
səhifə307/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   303   304   305   306   307   308   309   310   ...   751
Okeandan istifadənin digər istiqamətləri. Bəşəriyyətin keçmişi, bu günü və gələcəyi okean ərazisindən 

nəqliyyat istifadəsi  ilə bağlıdır. Dəniz nəqliyyat fəaliyyəti yüksək dərəcədə dinamikliyi ilə fərqlənir, beynəl-

xalq gəmiçilik ticarətinin yerinə yetirdiyi xidmətin illik həcmi 150 mlrd. dollar təşkil edir. 

Okean və onun sahilləri təbiətdən  rekreasiya  məqsədilə istifadə üçün ən gözəl yerlərdir. Odur ki, dünya 

əhəmiyyətli iri kurortlar okean və dənizlərin sahilində yerləşir. 

Sahilyanı zonada bütün dünyadakı rekreantların yarıya qədəri istirahət edir. 2025-ci ilə onların sayı 2 dəfə 

artması proqnozlaşdırılır. Yalnız Aralıq dənizi sahillərinə 110 mln. turist gəlir. 

Okean həm də elmi əhəmiyyət kəsb edir. Dünya okeanını dərk etməyə (öyrənməyə) və mənimsəməyə can 

atmaqla bəşəriyyət tarixində həmişə kainatı bütövlüklə, planetimiz haqqında isə qismən ətraflı və dərin biliklər 

əldə olunmuşdur. Akademik A.Sidorenko belə hesab edir ki, «Okeanın dibini öyrənməklə biz planetimizin 

təkamülünü daha yaxşı dərk edəcəyik». Okean daxilində bütün okean boyu 80 min km uzunluğunda əzəmətli sı-

ra dağları, okean və qurunun qlobal rifət sistemini aşkar etməklə Yerin tarixi haqqında olan anlayış  dəyişdi. 

Məhz okeanda planetar miqyasda aşkar edilən hadisələri tədqiq etməkYerin mənşəyi və inkişafını dərk etməkdə 

alimlərə kömək edər. Belə ki, «Qlomar Çellencer» xüsusi gəmisinin Okeanda apardığı dərin qazma işləri okean-

ların genişlənməsi, rif zonalarında yer qabığının aralanması  və oradan okean dibinin fasiləsiz «cavanlaşması» 

faktını təsdiq edir.    

 



 

185



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   303   304   305   306   307   308   309   310   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin