Sənaye fəaliyyətinin təsirilə pozulmuş landşaftların rekultivasiyası zamanı sanitar-gigiyena vəzifələri – su və
külək eroziyasının qarşısını almaq, bununla da ətraf mühitin çirklənməsinin qarşısını almaq ön plana çəkilir.
Məsələn, ABŞ-ın Miçiqan ştatında açıq üsulla dəmir filizi istehsalı zamanı yaranmış tullantılarda güclü külək
eroziyası baş vermişdir. Onları bərkitmək üçün yonca, rayqras, çobantoxmağı, sürünən yonca ot qarışığı səpi-
nindən və ağac və kol cinslərinin əkinindən istifadə edilmişdir. Bitkilərin böyümə şəraitini yaxşılaşdırmaq və
tullantı laylarının səthini bərkitmək üçün layların üstünə gübrə və taxta kəpəyi (qalınlığı 15 sm-ə qədər) verilir.
ABŞ-da tullantıların səthini bərkitmək üçün mulça kimi ağac yonqarından, kövşəndən, meşə döşənəyindən də
Eroziyaya qarşı mübarizə məqsədilə layların yamaclarında terraslar düzəldilərək ot səpini və meşəsalma işlə-
244
Polşada yamacların bərkidilməsində terrasların
və hörgü bəndlərinin çəkilməsi, yaxşı kök sisteminə malik
olan ot səpini, ağacların əkilməsi və çim qatından istifadə olunur. Ətraf mühitin ən təhlükəli çirkləndiriciləri
elektrik stansiyalarının kül tullantıları, saflaşdırıcı fabriklərin, metallurgiya müəssisələrinin çökdürücüləri və
şlam sahələri hesab olunur. Əksər hallarda bu müəssisələrin tullantıları toksik və ya bitkinin inkişafı üçün əlve-
rişsizdir. Onların qatılığının havada, torpaqda və bitkidə artması heyvanat aləmi və insanlar üçün toksik sayılır.
Ayrı-ayrı istehsal növlərinin şlam tullantıları müxtəlif tərkibə malikdir, odur ki, onların mənimsənilmə me-
todları da müxtəlifdir. Məsələn, əlvan metallurgiya şlamları bitkilər üçün toksikdir və onların rekultivasiyası çə-
tinlik törədir. Odur ki, tullantıların səthinə qalınlığı 10 sm-dən az olmayaraq (yaxşı olar ki, 50-70 sm) torpaq
qatı verildikdə müsbət nəticə əldə etmək olar. Bu zaman bitkidə toksik elementlərin toplanması nəzərə alınmalı-
dır, çünki o, heyvan (mal-qara) üçün təhlükəli sayılır.
Dostları ilə paylaş: