MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
səhifə97/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   93   94   95   96   97   98   99   100   ...   751
Dəstələr. Heyvanların müvəqqəti cəmləşməsi olub hərəkətlərinin bioloji faydalı mütəşəkkiliyini təzahür et-

dirir. Dəstə (sürü) növün həyatında hər hansı funksiyanın yerinə yetirilməsini (düşməndən mühafizə, yem əldə 

etmək (miqrasiya) asanlaşdırır. Dəstə ilə yaşamaq quşlar və balıqlar arasında geniş yayılmışdır, məməlilərdən 

isə bir çox itlər üçün səciyyəvidir. Dəstələrdə  bənzətmə (təqlidçilik) reaksiyası  və qonşudan oriyentir (səmt) 

götürmək güclü inkişaf etmişdir.  

Hərəkətləri uyğunlaşdırmaq (əlaqələndirmək) üsuluna görə dəstələr iki qrupa (kateqoriyaya) bölünür:  

1) ekvipotensial – ayrı-ayrı üzvlərin dominantlığı aydın görünmür;                 

2)  Liderli dəstələr, burada heyvanlar bir və ya bir neçə, adətən təcrübəli fərdlərin davranışına görə 

istiqamət alır. Birinci tipdə  cəmləşmək  əsasən balıqlara aiddir, kiçik quşlarda və köçəri çəyirtkələrdə  də 

müşahidə olunur. İkinci dəstə tipinə adətən iri quşlar və məməlilərdə rast gəlinir.  

Quşlarda dəstələr mövsümi köçmə zamanı, oturaq və köçəri formalarda isə  qış yemlənməsi dövründə 

formalaşır. Dəstələr yaratmaq köçmə zamanı koloniya halında yuva tikən və kollektiv yemlənən növlərə xasdır. 

Tək yuva quran və yemlənən növlər uçduqda dəstə əmələ gətirmir.  

Canavarlar qışda qrup halında ova çıxdıqda dəstə  əmələ  gətirir, belə halda onlar iri dırnaqlı heyvanların 

öhdəsindən gəlirlər.  

Sürü.  Dəstəyə nisbətən sürü heyvanların daha uzun müddətə  və daim cəmləşməsidir. Sürü qruplarında 

növün həyatında bütün əsas funksiyalar (yem əldə etmək, yırtıcılardan mühafizə olunmaq, miqrasiya, çoxalma, 

balanı tərbiyə etmək və s.) yerinə yetirilir.  

Sürünün təşkil olunması variantlarından biri – müvəqqəti və ya nisbi daimi liderli qrup sayılır. Liderlər 

sürü daxilindən fərdlər olub digərlərinin diqqəti onlara cəmləşir, onlar davranışları ilə yerləşmə istiqamətini, 

yemlənmə yerini, yırtıcılara qarşı reaksiyanı  və sürünün digər xassələrini müəyyənləşdirir. Liderin fəaliyyəti 

bilavasitə digər fərdləri özünə tabe olmağa yönəldilməyib, sürünün daha təcrübəli üzvü liderlik edir. Məsələn, 

şimal maral sürülərini adətən yaşlı başçı aparır.  

Böyük sürülərdə də ailə və ya yaş qrupları cəmləşir, onlar arasında kontakt (əlaqə) digər analoji qrupların 

üzvləri arasındakı  əlaqədən daha səmimi olur. Sürüdaxili qruplaşmalarda ümumi liderdən asılı olmayan 

dominantlıq – tabelik əlaqəsi təşəkkül tapır. Başçı – dominantlar müxtəlif kollektiv funksiyasını yerinə yetirir. 

At ilxısında məsələn, başçı  hərəkəti idarə edir, sürünü təhlükədən uzaqlaşdırır, yırtıcılardan qoruyur, davanı 

saxlayır, daylaqlara və  xəstə heyvanlara qayğı göstərir və s. Mürəkkəb vəziyyətdə müxtəlif növlərin başçıları 

kəşfiyyat aparır, sürüdən ayrılaraq sonradan geri dönür və  təhlükəsiz istiqamət müəyyənləşdirir. Başçısı olan 

qruplarda baş verən münaqişə adətən onun iştirakı ilə müxtəlif növlərdə müxtəlif təcavüz dərəcəsinə görə həll 

olunur. Pavian (meymun cinsi) sürüsündə başçı incitmə yolu ilə, qalib başçısı isə çox vaxt qayda-qanunla

nəzərlə və ya başının işarəsi ilə bərpa edir.                           

  


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin