bAyTArlıq
digər infeksion xəstəliklərdə olduğu kimi
qarayarada da həlledici və radikal diaqnoz
üsulu hesab edilir.
Köhnəlmiş patoloji materialdan həmin
üsulla qarayara törədicisinin təmiz kultura-
sını ayırmaq çox çətin olduğu üçün, ondan
prisipitasiya reaksiyası qoyulur. Bakterio-
loji müayinədən dəqiq nəticə almaq üçün
təsərrüfatda qarayaraya şübhə oyanarsa öl-
müş heyvanın cəmdəyinin yarılmasına qəti
icazə verilmir. Odur ki, xəstə, yaxud ölmüş
heyvanın qulağının səthi qan damarlarından
aseptiki qaydalara ciddi riayət etmək şərtilə
qan götürüb, bir neçə əşya şüşəsi üzərində
qalın yaxmalar hazırlanır və müayinə üçün
laboratoriyaya göndərilir.
Yaxmalardan başqa qulağı bütöv halda
və udlaq ətrafında əmələ gəlmiş şişdən və
daxili orqanlardan bir parça da göndər mək
olar.
Qeyd etmək lazımdır ki, qarayaraya
bakterioloji üsulla diaqnoz verdikdə təkcə
mikrobu aşkar etmək kifayət deyildir. Bu
zaman törədicinin qida mühitində yetişmə
xüsusiyyətlərini nəzərə almaqla onu bioloji
üsulla yoxlamaq lazımdır. Yəni ölmüş hey-
vanın qanı, onun prosesə uğramış orqanları
və ya dərisindən hazırlanmış emulsiya, yaxud
da bakterioloji üsulla əldə edilmiş kultura
ilə (0,2-0,5 ml) laboratoriya heyvanlarını
yoluxdurmaq olar. Laboratoriya heyvanları
yoluxdurmadan 16-72 saat sonra ölmüş
heyvanlarda qarayara mikrobunun olub-ol-
mamasını müəyyənləşdirmək üçün onlar
bakterioloji müayinədən keçirilir.
Qarayaranın törədicisi xarici mühit
amillərində də (yem, yun, qan, su, torpaq
və s.) olur. Ona görə çox vaxt onların da
mövcud üsullarla bakterioloji müayinəsinə
ehtiyac yaranır.
Qarayara xəstəliyini əsasən pasterelyoz-
dan, bradzotdan, emfizematoz karbunkul-
dan, infeksion enterotoksemiyadan yaman
keyfiyyətli şişdən, piroplazmidozlardan,
yem zəhərlənmələrindən və s. təfriq etmək
lazımdır.
Qarayara – mikrobunun identifikasiyası
üçün laboratoriyada alınmış təmiz kultura
hərəkətliliyə, hemolitik fəallığa, kapsul
törətməyə, penisillin və faq nümu nəsinə
görə yoxlanılır.
Son zamanlar qarayaranın müayinə sində
dəri allergiya sınağı və lüminessent diaqnoz
üsulundan da istifadə olunur.
Hazırda qarayaranın diaqnostikasında
daha dəqiq müayinə üsulu olan polmeraz
(zəncirvari) reaksiyadan istifadə olunur
(PSR).
Xəstəliyin kliniki formasından asılı ol-
mayaraq müalicə kompleks və ümumi, kar-
bunkulyoz formada isə həm də yerli aparıl-
malıdır.
Xəstəliyin müalicəsində əsas etibarilə
hiperimmun serumdan istifadə edilir. Se-
rumu vurduqda heyvanda anaflaksiya baş
verməsin deyə əvvəlcə dəri altına həmin do-
zadan 0,5-1,0 ml, yarım saat sonra isə qalan
hissəsi vurulur.
Serumun müalicəvi dozası vena daxilinə
qaramal üçün 100-200 ml., davar və donuz-
lar üçün 50-100 ml.-dir. Əgər serum
yeridildikdən 6-12 saat sonra heyvanın tem-
peraturu düşməsə, serum təkrarən yeridilir.
Müalicə 3-4 gün davam edir.
Son illər xəstəliyin müalicəsində serum
əvəzinə spesifik qarayara qlobulini də
müvəffəqiyyətlə işlədirlər. Həmin qlobulin
qarayaradan hiperimmunizə edilmiş atın qa-
nından alınmış 10%-li zülalın qamma və
betta fraksiyasıdır.
Bunlarla paralel antibiotiklərdən penisil-
lin, streptomitsin (hər kq diri çəkiyə 5-10 min
TV), bissilin (10-20 min TV) də istifadə
edilir. Tetrasiklin sırası antibiotik lər daha
yararlıdır. Xəstəliyin karbunkulyoz forma-
sında hiperimmun serumdan həm də kar-
|