bAyTArlıq
Heyvandarlığa ciddi ziyan vuran gəmi-
ricilərlə mübarizə məsələləri hazırda elmi
və praktik baytar mütəxəssisləri qarşısında
duran mühüm problemlərdən biridir.
Ziyanverən gəmiricilər məməlilər dəs-
təsinə aid olub sürətlə çoxalma, hətta çətin
şəraitdə belə doğub-törəmək və nəsli artır-
maq qabiliyyətinə malikdirlər. Onlar tikinti
və binaları dağıdır, aparat və avadanlıqları
xarab edir, taxıl məhsullarını, cücələri,
yumur taları, ördək, qaz və dovşan balalarını
yeyir, buğda , arpa, qarğıdalı, kökümey-
vəlilər və başqa bitkilərin əkin sahələrini
korlayıb məhv edirlər.
Ziyanverən gəmiricilərin kənd təsərrüfatı
heyvanları və insanlar arasında qarayara,
tulyaremiya, quduzluq, vərəm, brusellyoz,
leptospiroz, qrip, paratif, qızılyel, taun və s.
təhlükəli infeksion xəstəliklərin yayılma-
sında rolu böyükdür.
Bir ədəd siçovul gündə 50 qramdan 85
qrama qədər yem yeyir. Bir cüt siçovul və
onun artıb-çoxalan nəsli ilə birlikdə bir ildə
40 ton taxılı yeyir və korlayırlar.
Siçanabənzər gəmiricilərin 300-dən çox
növü vardır. Bunlardan ən çox yayılanı ev
siçanı, boz və qara siçovullardır. Onlarda
boğazlıq dövrü 21-24 gün olub, bir dəfəyə
8-12, bəzən isə 16-18 bala doğurlar. Doğum-
dan bir gün sonra yenidən cütləşərək boğaz
olurlar. Bir cüt siçovul bir ildə 800-900, 3-4
ildə 3,5 milyondan çox bala verirlər. Onla-
rın belə həndəsi silsilə ilə çoxalması çox
təhlükəlidir. İtalyan alimlərinin apardıqları
müşahidələrə görə bir adama bir siçovul
düşərsə bu elə qorxu yaratmır, bir adama
2 siçovul düşəndə isə bu çox təhlükəlidir.
Bir çox alimlərin apardıqları müşahidə-
lərə və tədqiqatlara görə gəmiricilərə qarşı
deratizasiya tədbiri ildə iki dəfə, yazda və
payızda aparılmalıdır. Əvvəlcə, gəmiricilərin
yem mənbələri, yuvasalma yerləri, əsas
hərə kətetmə yolları, binaların sanitariya-
tex niki vəziyyəti müəyyən edilməlidir.
Siçanabənzər gəmiricilərə qarşı müba-
rizə tədbirləri kimyəvi, mexaniki, bioloji və
kom pleks üsullarla aparılır. Dünya alimləri-
nin (D.F.Traxanov, Q.
A.Ri basov, D.Rayt,
İ.Y.Pol yakov, A.F.Qədirov, B.U.İşaçunko,
A.
A.Pol ya kov, B.L.Vaşkov, D. D.Qam-
bayev, S.A.Kle mentyeva, P.A.Bir yukov və
başqalarnın) tədqiqatlarından məlum olur
ki, bunlardan ən səmərəlisi kimyəvi üsul-
dur. Bu üsul kumarin tərkibli kimyəvi
zəhərli maddələrlə aldadıcı yemlərin hazır-
lanmasından ibarətdir. Kumarin tərkibli pre-
paratlar antikoaqulyant təsirə malik olduğu
üçün siçanabənzər gəmi ricilərin orqaniz-
minə daxil olmaqla tez bir zamanda qana
sorulur və qaraciyərdə protrombinin əmələ
gəlmə sini tormozlayır, qanın laxtalanmasını
ləngi dir, eyni zamanda periferik qan damar-
larını zədələyir və beyinə qansızmasına
səbəb olaraq gəmi riciləri məhv edir.
UDK 619:615:341:183:661:872:371
Dostları ilə paylaş: |