“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”


GəMiricilərə qArŞı rOdenTiSid PrePArATlArın AxTArılMASı



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə66/105
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#3173
1   ...   62   63   64   65   66   67   68   69   ...   105
GəMiricilərə qArŞı rOdenTiSid PrePArATlArın AxTArılMASı

Məmmədli Ə.T., Bağırov Y.T., Dərgah-zadə Y.İ.,

baytarlıq elmləri namizədləri

Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu

AÇAr SÖzlər: rodentisid preparatlar, laborator heyvanlar, gəmiricilər

keyWOrdS: rats preparations, laboratory animals, rodents


bAyTArlıq

   Elmi-praktik jurnal

50

Azərbaycanın bütün bölgələrində ziyan-



verən  gəmiricilər  çox  geniş  yayılmışdır. 

Ölkəmizdə deratizasiya tədbiri yalnız sink-

fosfid  preparatı  ilə  və  xarici  ölkələrdən 

gətirilmiş hazır aldadıcı yemlərlə aparılır ki, 

bu da səmərəli nəticə vermir. Odur ki, daha 

səmərəli kumarin tərkibli preparatların axta-

rılması, ölkəmizə gətirilməsi və tədbiqi çox 

vacibdir.

Bu  məqsədlə  bir  çox  baytarlıq  aptek-

lərinin  fəaliyyəti  təqdirəlayiqdir.Onlar 

dərman maddələrinin idxalı ilə məşğul olan 

firmalarla əlaqə saxlayaraq ölkəyə kumarin 

tərkibli  “SB”,  lorinat  preparatlar  və  Türki-

yədə istehsal edilən cəlbedici rakumin pas-

tası  və  Ukraynada  istehsal  edilən  aldadıcı 

yem  “Ştorm”  ilə  hazırlanmış  qarışıq  gətir-

mişlər.  Laboratoriya  şəraitində  ağ  siçan  və 

siçovullar üzərində bunlar sınaqdan keçiril-

miş, hər bir preparatın həm toksiki, həm də 

antikoaqulyant təsiri öyrən ilmişdir.

Təcrübələr  AzETBİ-nin  Ekologiya,  sa-

nitariya və yoluxmayan xəstəliklər laborato-

riyasında  həyata  keçirilmişdir.  Təcrübədə 

90  ədəd  ağ  siçovul,  80  ədəd  ağ  siçan  və 

6  ədəd  adadovşanından  istifadə  edilmişdir. 

Aldadıcı yemlərin hazırlanmasında cəlbedici 

maddələrin xüsusi əhəmiyyətini nəzərə ala-

raq onlardan dördü – vanilin, darçın, pişikotu 

cövhəri və cirə yağı sınaqdan keçirilmişdir. 

Ratindisid preparatların laborator heyvanları 

üzərində  kumulyativ  və  digər  toksikoloji 

təsiri “Zəhərli maddələrin sanitar-toksikoloji 

cəhətdən  qiymətləndiril məsi”  (Y.S.Koqan) 

metodik göstərişə və “Heyvandarlıq fermala-

rında  gəmiricilərin  küt ləvi  qırılması” 

(D.F.Traxanov,  Q.A.Riba sov)  tövsiyələrinə 

uyğun olaraq öyrənilmişdir.

“SB”  zofindisit  preparatının  sıçanlara 

təsiri 1 və 2 nömrəli şəkillərdə göstəril mişdir.

Əldə  edilmiş  iki  ratindisid  “SB”,  lori-

nat  preparatla  aldadıcı  yemlər  hazırlandı. 

Hər  qrupda  5  ədəd  ağ  siçan  olmaqla  alda-

dıcı  yemlə  3-4  gün  yemləndirildi.  Nəzarət 

qrupunda  olan  siçanlar  isə  adi  yemlə 

yemləndirildi.  “SB”  preparatı  ilə  hazırlan-

mış  aldadıcı  yemi  siçanlar  3  gün  həvəslə 

qəbul  etdilər.  Təcrübənin  4-cü  günü  siçan-

larda yemdən imtina etmək və hərəkətsizlik, 

5-ci  günü  isə  süstlük  əlamətləri,  yemdən 

tam  imtina  etmək,  qulaq,  quyruq  və  üz 

nahiyyələrində  kiçik  qan  sağıntıları  müşa-

hidə edildi. Təcrübənin 7-8 günləri siçanla-

rın hamısı zəhərlənmədən öldü.

Lorinat  preparatı  ilə  hazırlanmış  alda-

dıcı  yemlə  yemləndirilmiş  qrupda  siçanlar 

2 gün yemi yaxşı qəbul etdilər. Təcrübənin 

3-4-cü  günləri  onlarda  aqressivlik  əlamət-


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin