bAyTArlıq
Elmi-praktik jurnal
50
Azərbaycanın bütün bölgələrində ziyan-
verən gəmiricilər çox geniş yayılmışdır.
Ölkəmizdə deratizasiya tədbiri yalnız sink-
fosfid preparatı ilə və xarici ölkələrdən
gətirilmiş hazır aldadıcı yemlərlə aparılır ki,
bu da səmərəli nəticə vermir. Odur ki, daha
səmərəli kumarin tərkibli preparatların axta-
rılması, ölkəmizə gətirilməsi və tədbiqi çox
vacibdir.
Bu məqsədlə bir çox baytarlıq aptek-
lərinin fəaliyyəti təqdirəlayiqdir.Onlar
dərman maddələrinin idxalı ilə məşğul olan
firmalarla əlaqə saxlayaraq ölkəyə kumarin
tərkibli “SB”, lorinat preparatlar və Türki-
yədə istehsal edilən cəlbedici rakumin pas-
tası və Ukraynada istehsal edilən aldadıcı
yem “Ştorm” ilə hazırlanmış qarışıq gətir-
mişlər. Laboratoriya şəraitində ağ siçan və
siçovullar üzərində bunlar sınaqdan keçiril-
miş, hər bir preparatın həm toksiki, həm də
antikoaqulyant təsiri öyrən ilmişdir.
Təcrübələr AzETBİ-nin Ekologiya, sa-
nitariya və yoluxmayan xəstəliklər laborato-
riyasında həyata keçirilmişdir. Təcrübədə
90 ədəd ağ siçovul, 80 ədəd ağ siçan və
6 ədəd adadovşanından istifadə edilmişdir.
Aldadıcı yemlərin hazırlanmasında cəlbedici
maddələrin xüsusi əhəmiyyətini nəzərə ala-
raq onlardan dördü – vanilin, darçın, pişikotu
cövhəri və cirə yağı sınaqdan keçirilmişdir.
Ratindisid preparatların laborator heyvanları
üzərində kumulyativ və digər toksikoloji
təsiri “Zəhərli maddələrin sanitar-toksikoloji
cəhətdən qiymətləndiril məsi” (Y.S.Koqan)
metodik göstərişə və “Heyvandarlıq fermala-
rında gəmiricilərin küt ləvi qırılması”
(D.F.Traxanov, Q.A.Riba sov) tövsiyələrinə
uyğun olaraq öyrənilmişdir.
“SB” zofindisit preparatının sıçanlara
təsiri 1 və 2 nömrəli şəkillərdə göstəril mişdir.
Əldə edilmiş iki ratindisid “SB”, lori-
nat preparatla aldadıcı yemlər hazırlandı.
Hər qrupda 5 ədəd ağ siçan olmaqla alda-
dıcı yemlə 3-4 gün yemləndirildi. Nəzarət
qrupunda olan siçanlar isə adi yemlə
yemləndirildi. “SB” preparatı ilə hazırlan-
mış aldadıcı yemi siçanlar 3 gün həvəslə
qəbul etdilər. Təcrübənin 4-cü günü siçan-
larda yemdən imtina etmək və hərəkətsizlik,
5-ci günü isə süstlük əlamətləri, yemdən
tam imtina etmək, qulaq, quyruq və üz
nahiyyələrində kiçik qan sağıntıları müşa-
hidə edildi. Təcrübənin 7-8 günləri siçanla-
rın hamısı zəhərlənmədən öldü.
Lorinat preparatı ilə hazırlanmış alda-
dıcı yemlə yemləndirilmiş qrupda siçanlar
2 gün yemi yaxşı qəbul etdilər. Təcrübənin
3-4-cü günləri onlarda aqressivlik əlamət-
Dostları ilə paylaş: