bAyTArlıq
Elmi-praktik jurnal
72
Alimlər belə bir təçrübə aparmışlar.
Belə ki, 23 yaşdan 80 yaşadək olan insan-
lara 10 saniyə ərzində bacardıqca barmaq-
larla cox döyəcləmək təklif olunmuşdur.
Neurobioloju of Aging jurnalının verdiyi
məlumata görə bu hərəkətlərdən sonra iştirak-
çıların beyninin skan olunması aparılmış,
və oradakı mielinin (sinir tellərinin qişasına
daxil olan maddələr qarışığıdır) səviyyəsi
müəyyənləşdirilmişdir.
Məlum olmuşdur ki, 39 yaşdan sonra
mielinin miqdarı və reaksiyanın sürəti yaş
artdıqca azalır.
UCLA-nın psixiatriya professoru, apa-
rıcı tədqiqatçı Corc Bartskosun nəticələri
çox təəssüratlandırıcı adlandırmış və belə
demişdir: “Artrit və xəstəliklərini nəzərə al-
masaq, bu, hətta ən yaxşı atletləri təqaüdə
çıxmağa vadar edən əsas ola bilər, yaş art-
dıqca isə insanlar gənclikdəkindən daha
asta hərəkət edərlər”.
Sinir zəncirlərinin mielinlə dolğunluğu
orta yaşadək çoxalır və zirvəyə çatdıqdan
sonra 39 yaşda azalmağa başlayır.
Bartskous bəzi başqa alimlər kimi hesab
edir ki, beynin qocalması birbaşa mielinin
miqdarının azalması ilə bağlıdır. Mielinin
miqdarının funksiyaya təsiri beynin qocal-
masının ləngidilməsinin və hətta qarşısını
almaq üçün metodiki göstəriş hazırlamağa
kömək edə bilər.
Mielinin miqdarının kəskin azalması
sağlam insanlarda orta yaşda baş verdiyi
üçün, həkimlərin bir necə il ərzində
təcrübələrinə əsasən onlar prosesə təsir edə
bilər və beynin qocalmasını və bununla
bərabər yaşla əlaqədar beynin degenerativ
pozulmasını təxirə sala bilərlər.
Bu maraqlıdır
inSAn beynı 39 yAŞdAn SOnrA qOcAlMAĞA bAŞlAyır