Sahib Əhmədov (Ümumi
gigiyena kafedrasının dosenti):
- 10 ildir burada istirahət
edirəm. Xidmət yaxşı təşkil
olunub ki, bura ardıcıl ailəvi
istirahətə gəlirik. Mövcud
şərait nəvələrimin də xoşuna
gəlir. İldən-ilə şəraitin yax-
şılaşdığının şahidi oluram.
Bu il də yeniliklər var.
Hörmətli
rektorumuz
Gəray Gəraybəylinin tapşırığı
ilə məsul şəxslər düşərgəyə
gəlir, ümumi vəziyyətlə tanış
olurlar. Ərazidə müasir tip-
li yeməkxana inşa edilməsi
planlaşdırılır. Bu da olduq-
ca yaxşı haldır və gələcəkdə
xidmətin keyfiyyətinin daha
da yaxşı olacağından xəbər
verir.
Mən həm də Həmkarlar
İttifaqı Komitəsinin üzvü və
qida üzrə mütəxəssis ol-
duğuma görə, hər şeyə fi-
kir verirəm. Qidalar key-
fiy yətlidir
və
ərazidəki
təmiz likdən,
səliqə-səh-
man dan razıyıq.
Ezamiyyətdə olduğumuz
müddətdə ATUnun
Həmkarlar İttifaqı Komitəsinin
sədri, dosent Cahangir Qasımov
da düşərgəyə gəlmişdi. O,
əməkdaşların necə istirahət
etməsi, qidaların hansı şəraitdə
saxlanılması, yeməklərin necə
hazırlanması və keyfiyyətləri ilə
ətraflı şəkildə maraqlanırdı.
İstirahətçilərlə görüşən
Cahan
gir müəllim onlara
universitetin rektoru, professor
Gəray Gəraybəylinin salamını
çatdırdı.
İstirahət edənlərin əksəriy
yəti yaradılan şəraitdən razı
lıqlarını bildirdilər. Mövcud
problemlərdən də söz açıldı və
təkliflər səsləndirildi. Onu da
qeyd edək ki, Cahangir müəllim
həm hazırlıq işlərinin görüldüyü
müddətdə, həm də istirahət
mövsümündə düşərgəyə vaxt
aşırı baş çəkir, rektorun tap
şırıqlarının icrasına şəxsən
nəzarət edir.
Dostları ilə paylaş: |