Mənalı
istirahətimizin
ünvanı -
«TƏBİB»
700 bal toplayan üç
tələbə ATU-nu seçib
Qəzet 1933 -cü ildən çıxır. № 14 (1632) 31 avqust 2016 - cı il Qiyməti 50 qəpik
3
Nuru Bayra mov:
«Sirrozu artıq
sağala bilən xəstəlik
kimi qəbul edirik»
6
Əməkdaşlarımız Təhsil
Nazirliyində görüşə qatılıblar
Bu say ı m ı z d a
4-5
Hörmətli Olimpiada iştirakçıları!
Sizi – dünyanın bütün guşələrindən Bakı-
ya toplaşmış şahmatçıları səmimi qəlbdən
salamlayır, hər birinizə möhkəm cansağ-
lığı, müvəffəqiyyət və xoş əhval-ruhiyyə
arzulayıram. Əminəm ki, ölkəmizə xas
qonaqpərvərlik və idmana olan dərin
hüsn-rəğbət yarışların yüksək səviyyədə
keçirilməsi üçün gözəl imkanlar yaradacaq-
dır.
Ümumdünya Şahmat Olimpiadasının
bu günlərə təsadüf etməsi həqiqətən də
əlamətdar hadisədir. Rio-de-Janeyro Olim-
piadasının zəngin təəssüratları ilə yaşayan
Azərbaycan bu mötəbər şahmat yarışlarına
böyük ruh yüksəkliyi ilə ev sahibliyi edir.
Tarix boyu Şərqlə Qərb arasında körpü
rolunu oynamış ölkəmizdə qədim dövrlərdən
şahmata daim böyük maraq müşahidə edil-
mişdir. Azərbaycan klassiklərinin əsərlərində
və orta əsr miniatürlərində şahmat oyunu
ilə bağlı süjetlər dolğun şəkildə öz əksini
tapmışdır. Təqdirə layiqdir ki, Avropa
səyyahlarının xatirələrində Azərbaycanda
bu oyunun geniş yayılması və hətta qadınla-
rın belə, şahmat oynaması haqqında ətraflı
məlumatlar verilmişdir.
XX əsrdə Azərbaycanda şahmatın yayılma-
sı kütləvi xarakter almış, müxtəlif səviyyəli
mötəbər turnirlər keçirilməyə başlamışdır.
İdmançılarımızın bu yarışlar-
da qazandığı uğurlar şahma-
tın bir idman növü kimi daha
geniş vüsət almasına təkan
vermişdir. Azərbaycanın bü-
tün bölgələrində uşaq şah-
mat məktəblərinin fəaliyyətə
başlaması ölkəmizdə şah-
mata göstərilən xüsusi
diqqətin təzahürüdür. Həmin
amillər dövlət müstəqilliyinin
bərpasından sonra bizim
şahmat məktəbimizin in-
kişafına xidmət edərək bu
sahədə dövlət siyasətinin
əsas istiqamətlərini
müəyyənləşdirmişdir.
Son illərdə şahmat üzrə
dünya və Avropa miqyaslı
yüksək statusa malik yarışların
ölkəmizin paytaxtı ilə yanaşı
bölgələrində də baş tutması
Azərbaycanın dünyanın şah-
mat mərkəzlərindən birinə
çevrilməsi yolunda atılmış mühüm addım-
dır. İnanıram ki, bu Şahmat Olimpiadası da
ölkəmizdə bu intellektual oyunun təbliğinə
öz layiqli töhfəsini verəcəkdir.
Ümidvaram ki, 42-ci Ümumdünya Şahmat
Olimpiadası bu qədim oyunun tarixinə yeni
uğurlu səhifələr yazacaq, ölkələr arasında
sülhün və əmin-amanlığın bərqərar olmasına
xidmət göstərəcəkdir.