Soltanlı Nihad
1999-cu ildə Sumqayıtda anadan
olub. 5 nəfərlik ailə üzvü ilə hazırda
Bakıda yaşayır. Asudə vaxtlarında id-
manla (cüdo) məşğul olur. 2014-cü ildə
dil və mədəniyyət festivalının mükafatı-
na layiq görülüb. Yeni layihələr qurmaq,
fikir yürütməyi sevir. Bu bacarığına
görə beynəlxalq İNEPO olimpiadasında
ölkəmizi təmsil edən şagirdlərdən biri
olub. Bu il 680 bal toplayaraq ATU-ya
qəbul olub. Ən böyük arzusu ehtiyacı
olan ölkələrdə insanlara təmənnasız
xidmət etməkdir.
İbrahimova Qumral Zəfər qızı
1999-cu il aprelin 24-də Bakıda anadan
olub. 2005-ci ildə Bakıda Tahir Hacıyev
adına 252 saylı orta məktəbin 1-ci sinfinə
daxil olub. Həmçinin 2 saylı Ağdam mu-
siqi məktəbində fortepiano dərsləri alıb.
Dəfələrlə musiqi müsabiqələrində iş-
tirak edərək, məktəbi layiqincə təmsil
edib. 2009-cu ildə yüksək nəticə ilə
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə
qəbul olunub. Oxuduğu müddətdə li-
seyin ictimai işlərində və dərslərdə qa-
zandığı müvəffəqiyyətə görə müdiriyyət
tərəfindən təltiflərə layiq görülüb.
2015 və 2016-cı illərdə bi-
ologiya fənni üzrə Respub-
lika fənn olimpiadalarına qatılaraq 3-cü yeri tutub.
2016-cı il iyunun 14-də Liseyi qızıl medalla bitirib və 661 bal toplaya-
raq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub.
Ötən il haqq dünyasına qovuşan atası Zəfər İbrahimov da həkim
imiş. 1987-ci ildə ATU-nu qırmızı diplomla başa vurubmuş. Peşəsini
çox sevirmiş və qızını da özü kimi həkim görmək istəyirmiş. Çox
təəssüf ki, vaxtsız əcəl ataya qızının ATU-ya qəbul olmasının sevin-
cini yaşamağa imkan vermədi. Yəqin qızının yüksək balla universitetə
daxil olmasına ruhu şad olar.
Qumral asudə vaxtlarında piano ifa etməyi, rəsm çəkməyi, kitab
oxumağı sevir. Arzusu atası kimi peşəkar həkim olub, insanların sağ-
lamlığının keşiyində durmaqdır.
Dostları ilə paylaş: |