“Qaynar
Xətt”in
telefon nömrəsi
ilə də əlaqə saxlamaq-
la onları maraqlandı-
ran məsələlərə aydınlıq
gətiriblər.
m
Avqustun 15-dən
etibarən Azərbaycan Tibb
Universitetinin (ATU)
tələbəsi adını qazanmış
abituriyentlərin qeydiyyat
prosesinə start verilib.
Rektor yeni qəbul olunan tələbələrin
qeydiyyat prosesini izləyib
ATU-nun mətbuat xidməti
Bəylərov Rauf Oruc oğlu 1961-ci
ildə Bakı şəhərində ziyalı ailəsində
doğulub.
Orta təhsilini 1968-1978-ci illərdə 23
saylı orta məktəbdə alıb. 1978-1979-cu
illərdə Respublika Uroloji Xəstəxanasında
sanitar vəzifəsində çalışıb. 1979-cu ildə
Azərbaycan Tibb İnstitutunun (indiki ATU)
pediatriya fakültəsinə qəbul olub. Təhsil
müddətində 2 saylı Şəhər Xəstəxanasının
reanimasiya şöbəsində orta tibb işçisi
işləyən Rauf Bəylərov 1985-ci ildə uni-
versiteti həkim-pediatr diplomu ilə bi-
tirib və 1985-1986-cı illərdə Bakı şəhər
Təcili və Təxirəsalınmaz Yardım Stansi-
yasında internatura keçib.
1986-1989-cı illərdə Səhiyyə Nazir-
liyinin göndərişi ilə Əli-Bayramlı (indi-
ki Şirvan) şəhərində təcili yardım stan-
siyasında həkim-pediatr kimi çalışıb.
1989-1992-ci illərdə Rusiyanın Moskva
şəhərində Elmi-Tədqiqat Pediatriya İns-
titutunun Nefroloji Mərkəzində aspi-
ranturada oxuyub və müvəffəqiyyətlə
dissertasiya müdafiə edərək ibb elmləri
namizədi alimlik dərəcəsi alıb.
1993-cü ildə Azərbaycan Tibb Univer-
sitetinin uşaq xəstəliklərinin propedev-
tikası kafedrasında assistent vəzifəsinə
seçilib. 2007-ci ildən həmin kafedranın
dosentidir.
BMT-nin Uşaq Fondu (UNISEF), Dünya
Səhiyyə Təşkilatı və Azərbaycan Res-
publikası Səhiyyə Nazirliyinin təşkilati
dəstəyi ilə həyata keçirilən proqram-
larda, eyni zamanda qeyri-hökumət
təşkilatlarının tibbi layihələrində yaxın-
dan iştirak edib.
Ümumdünyü Böyrək Gününə həsr
olunmuş elmi-praktik konfranslarda,
Azərbaycan-Türkiyə
nefroloqlarının
I, II elmi kofranslarında çıxışları maraqla
qar şılanıb. Türkdilli ölkələrin pediatrları-
nın konqres və konfranslarında ölkəmizi
dəfələrlə təmsil edib.
Səhiyyə Nazirliyinin təşkilati dəstəyi ilə
10 pilot rayonda həyata keçirilən qrant
layihələrinin rəhbəri olub.
Dünyanın müxtəlif ölkələrində tibbin
aktual məsələlərinə həsr olunmuş təlim
kurslarına qatılaraq beynəlxalq səviyyəli
diplom və sertifikatlara layiq görülüb.
Dostları ilə paylaş: |