Könül Dəmir qızı Xəlilova 1949-
cu ildə Bakı şəhərində anadan
olub. 1966-cı ildə 150 saylı orta
məktəbi qızıl medalla bitirib.
1966-1972-ci illərdə N.Nərimanov
adına Azərbaycan Dövlət Tibb İnstitu-
tunun müalicə-profilaktika fakültəsin-
də təhsil alıb.
Tələbəlik illərində elmə göstərdiyi
marağa və öz fəaliyyətində seçildiyinə
görə, 1972-ci ildə Azərbaycan Tibb
İnstitutunun hospital terapiya kafed-
rasında baş laborant vəzifəsinə təyin
olunub.
Həmin ildə (1972) Səhiyyə Nazirliyi-
nin müvafiq göndərişinə əsasən Moskva
şəhəri Ümumittifaq Kardiologiya İns-
titutunun “Ürək çatışmazlığı və funk-
sional diaqnostika” şöbələrində 2 ay
müddətində təkmilləşdirmə kursunda
olub.
1975-ci ildə Azərbaycan Tibb İnsti-
tutunun hospital terapiya kafedrasında
assistent vəzifəsinə seçilib, 1986-cı ildə
İ.M.Seçenov adına Birinci Moskva Dövlət
Tibb Universitetinin Daxili xəstəliklər
kafedrasında 2 aylıq təkmilləşdirmə kur-
suna qatılıb.
1989-cu ildə ürək çatışmazlığı olan
xəstələrdə “Ürək qlikozidlərinin və peri-
ferik vazodilatatorların tətbiqi” mövzu-
sunda dissertasiya müdafiə edərək tibb
elmləri namizədi alimlik dərəcəsi alıb.
1989-cu ildə I daxili xəstəliklər ka-
fedrasının dosenti seçilib. Kafedranın
tədris və elmi işlərində fəal iştirakına
görə fərqlənib, sonrakı illərdə I daxi-
li xəstəliklər kafedrasının tədris-hissə
müdiri vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Səhiyyə Na-
zirliyi Həkimlərin Attestasiya Komissiya-
sının katibi olub.
100-ə yaxın elmi məqalənin müəllifidir.
Son illərdə I daxili xəstəliklər və reani-
matologiya kafedrasında yerinə yetirilən
“Ürəyin işemik xəstəliyinin (ÜİX) diaqnos-
tikası, müasir müayinə və müalicə üsul-
larının tətbiqin”ə dair elmi tədqiqatlarda
yaxından iştirak edir.
Universitetin daxili xəstəliklər ka-
fedrasında tədris planlarının tərtib
edilməsində də yaxından iştirak edir.
Dostları ilə paylaş: |