Menecment- mühazir ə mətnləri [ ]



Yüklə 203,81 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix30.10.2022
ölçüsü203,81 Kb.
#66842
1   2   3   4   5   6   7
3.Menecmentin tarixi
  
Menecment bir elm kimi XX əsrin əvvəllərində yaranmışdır. 1911-ci ildə alim və sahibkar F.Teylor 
“İdarəetmənin əsas prinsipləri” adlı əsərini yazmışdır. Bəzi iqtisadçılar idarəetmənin yaranmasını 
həmin bu əsərin yazılması ilə əlaqələndirməyə çalışırdılar. Lakin bir sıra tarixi hadisələr göstərir ki
idarəetmə qədim dövrlərdən mövcud olmuşdur. Məsələn, Misir ehramlarının tikintisi, Böyük Çin 
Səddi idarəetməsiz inşa oluna bilməzdi. Deməli, idarəetmə bizim eradan əvvəl də mövcud olmuş, 
lakin bir elm kimi XX əsrin əvvələrində nəzəri cəhətdən əsaslandırılmışdır. 
İdarəetmənin bir elm kimi formalaşıb inkişaf etməsi aşağıdakı idarəetmə məktəblərinin yaranıb, 
müəyyən tarixi dövrləri keçməsi ilə əlaqədar olmuşdur. 
1. Elmi idarəetmə məktəbi ( 1885-1920.) 
2. Klassik idarəetmə məktəbi ( 1920- 1950.) 
3. İnsani münasibətlər məktəbi ( 1930- 1950.) 
4. Müasir idarəetmə məktəbi ( 1950- indiyədək.) 
Elmi idarəetmə məktəbi F.Teylor və onun ardıcıllarının fikirləri və elmi ideyalarına əsaslanmışdır. 
Bu məktəbin nümayəndələri əl əməyinin idarəetmə əməyindən ayrılmasını təklif etmişlər. Həmin 
məktəbin nümayəndələri sübüt etmişlər ki, idarəetmə ayrıca bir elmdir. Bundan başqa həmin 
məktəbin nümayəndələri əl əməyinin yüngülləşdirilməsi və bu sahədə problemlərin aradan 
qaldırılması sahəsində də bir sıra fikirlər irəli sürmüşlər. Məsələn, 8 saatlıq iş gününün təklif 
olunması əmək prosesində vaxt normasının yaradılmasının əsasını təşkil edir. Daha sonra onlar 
istehsalın mexanikiləşdirilməsi və avtomatlaşdırılması sahəsində həyata keçirilən tədbirləri əl 
əməyinin yüngülləşdirilməsi üçün olduqca vacib hesab etmişlər. Bundan başqa elmi idarəetmə 
məktəbi işdə həvəsləndirmə sisteminin yaradılması fikrini də irəli sürmüşdür ki, bu da istehsalın 
inkişafına və artım tempinə təsir amili kimi dəyərləndirilməlidir. 
Klassik idarəetmə məktəbinin nümayəndələri ilk dəfə olaraq idarəetmə elmini sistemləşdirmiş, 
onun funksiyalarını, prinsip və metodlarını tədqiq etmişlər. Onlar sübut etmişlər ki, idarəetmə 
fəaliyyəti idareəetmənin həyata keçirilməsindən irəli gələn funksiyaların məcmusundan ibarət 
olub, müvafiq prinsiplərə əsaslanaraq müəyyən üsullar və mexanizmlər əsasında həyata keçirilir. 


Klassik idarəetmə məktəbinin nümayəndələri idarəetmənin funksiyalarını aşağıdakı kimi 
təsnifləşdirmişlər: 
1) Planlaşdırma. 
2) Təşkiletmə. 
3) Motivləşdirmə. 
4) Nəzarət. 
5) Marketinq. 
Onlar idarəetmənin 3 üsulunu təklif edirdilər. 
1) İqtisadi üsul. 
2) İnzibati üsul. 
3) Sosial-psixoloji üsul. 
Klassik idarəetmə məktəbinin təklif etdiyi rəhbərlik üslubları isə aşağıdakılardır: 
1) Avtokrat üslub. 
2) Liberal üslub. 
3) Demokratik üslub. 
İnsani münasibətlər məktəbi hər bir işçiyə fərdi qaydada yanaşmanı tələb edir. Buna görə də 
onların fərdi xüsusiyyətləri nəzərə alınmalı, təlabatı, bacarığı, qabiliyyəti, səriştəsi, psixologiyası 
ayrı-ayrılıqda müəyyən olunmalıdır. 
Bu məktəb idarəetmənin və fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə maddi və mənəvi 
həvəsləndirməni, idarəetmədə insan amilini, iş şəraitini, ictimai münasibətləri nəzərə almağı zəruri 
hesab edir. 
Müasir idarəetmə məktəbi idarəetmə məktəbləri arasında ən mütərəqqi səciyyə daşıyır. Bu məktəb 
kompüter texnologiyasını, avtomatlaşdırmanı, riyazi-iqtisadi modelləri, rabitə texnologiyasını 
menecmentə gətirdi. Bu proseslər idarəetmənin inkişafı və bu sahədə səmərəliliyin yüksəldilməsi 
üçün böyük əhəmiyyətə malik olmuşdur. Çünki informasiya sistemləri və kompüter texnologiyası 
idarəetmə sahəsində də yeniliklərin həyata keçirilməsinə səbəb olur. 
İdarəetmə məktəbləri idarəetmə elminin formalaşması və inkişafında həmişə böyük rola malik 
olmuşdur. Çünki bu məktəblər idarəetmə elminin müxtəlif tərəflərini öyrənmiş, bu sahədə xeyli 
tədqiqatlar aparmış və problemləri araşdırımışdır. Onu da qeyd edək ki, idarəetmə elminin hazırki 
duruma gəlib çıxmasını idarəetmə məktəblərinin elmi fəaliyyətinin nəticəsi kimi qiymətləndirmək 
lazımdır. 

Yüklə 203,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin