fəaliyyətdə olan bir və ya bir neçə qeyri-dövlət müəssisələri də iştirak edə bilərlər.
Qeyri-dövlət müəssisələrinin mülkiyyəti xüsusi mülkiyyətdir və nizamnamə kapitalı dövlətə
məxsus deyil. Qeyri-dövlət müəssisələri dövlət müəssisələrinə nisbətdə daha çox müstəqildirlər.
Qeyri-dövlət müəssisələri fəaliyyətini özü planlaşdırır, daha müstəqil strategiya həyata keçirirlər.
Lakin bütün cəmiyyətlərdə olduğu kimi Azərbaycan Respublikasında
da qeyri-dövlət
müəssisələrinin fəaliyyəti dövlət tərəfindən qanunvericilik əsasında tənzimlənir.
Təssərüfat hesablı dövlət müəssisələri və qeyri-dövlət müəssisələri vergi xidməti orqanlarına,
Dövlət Sosial Müdafiə Fonduna, yerli statistika şöbələrinə hesabatlar təqdim edirlər. Büdcədən
maliyyələşən dövlət müəssisələrinin xərcləri büdcə hesabına həyata keçirildiyi
üçün onlar yerli
maliyyə orqanları qarşısında hesabat verirlər. Dövlət ölkənin sosial-iqtisadi inkişafının tələblərinə
uyğun olaraq istər dövlət, istərsə də qeyri-dövlət müəssisələrinin fəaliyyətini tənzimləyir və
nəzarət edir. Bu proseslər İqtisadi İnkişaf
Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət
Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Respublika
Prokurorluğu, Məhkəmə Orqanları
və s. bu kimi orqanlar tərəfindən həyata keçirilir.
Dostları ilə paylaş: