104. Təşkilatın missiyası nədir? A) missiya təşkilatın ən ümumi məqsədi, onun mövcudluğunun dəqiq ifadə olunmuş səbəbidir;
B) missiya təşkilatın mənfəət əldə etmək arzusudur;
C) missiya mənfəət əldə etmək üçün həyata keçirilən fəaliyyət növüdür;
D) missiya təşkilatın məhsullarının keyfiyyət göstəricisidir;
E) missiya təşkilatın strategiyasıdır.
105. Heyətin idarə edilməsi konsepsiyasına aşağıdakıldardan hansı aid deyildir? A) heyətə olan tələbatın hesablanması
B) heyətin idarə edilməsi sisteminin formalaşması
C) heyətin idarə edilməsi metodologiyasının işlənib hazırlanması
D) heyətin idarə edilməsi texnologiyasının işlənib hazırlanması
E) heyətin idarəedilməsi sisteminin inkişafı
106. Təşkilatın məqsədlərinin başlıca xarakteristikaları hansılardır? A ) konkret və ölçülə bilən olmaq, zaman məhdudiyyətinə malik olmaq, nail olunabilən olmaq;
B) gələcəyə istiqamətlənmək rəqəmlərlə ifadə olunmaq, bir il müddətinə nəzərdə tutulmaq;
C) zaman göstəricisinə malik olmaq məsafə göstəricisinə malik olmaq miqdar göstəricisinə malik olmaq;
D) kompleks olmaq, konkret olmaq, məkanca ifadə olunmaq ;
E) kəmiyyət göstəricisinə malik olmaq, keyfiyyət göstəricisinə malik olmaq, zaman göstəricisinə malik olmaq.
107. Heyətin idarə edilməsinin mahiyyətini düzgün ifa edən yanaşma hansıdır? A ) heyətin idarə edilməsi - təşkilatın kadr potensialının normal fəaliyyət
göstərməsi, inkişafı və ondan səmərəli istifadə olunması üçün şəraitin
yaradılması üzrə bir-biri ilə qarşılıqlı əlaqədə olan təşkilati-iqtisadi və sosial
tədbirlər sistemidir
B) heyətin idarə edilməsi - təşkilatın kadr potensialının inkişafı üzrə tədbirləri
əhatə edir
C) heyətin idarə edilməsi - təşkilatın kadr potensialının cəlb edilməsi üzrə
tədbirləri əhatə edir
D) heyətin idarə edilməsi - təşkilatın kadr potensialının normal fəaliyyət
göstərməsi, düzgün qiymətləndirilməsi üçün şəraitin yaradılması üzrə birbiri
ilə qarşılıqlı əlaqədə olan təşkilati-iqtisadi və sosial tədbirlər sistemidir
E) heyətin idarəedilməsi-heyətlə işin bir hissəsidir.