Menecmentin prin­sip­lə­ri və metodları


İdarəetmənin prinsiplərinin təs­ni­­fa­tı



Yüklə 52,55 Kb.
səhifə7/8
tarix02.06.2023
ölçüsü52,55 Kb.
#122507
1   2   3   4   5   6   7   8
Mövzu 4

4.4.İdarəetmənin prinsiplərinin təs­ni­­fa­tı.

İdarəetmə prinsiplərinə aşağıdakıları aid etmək olar:


Sistemlilik prinsipi. Sistemlilik prinsipi idarə­et­mə­yə sistem kimi baxmağı və idarəetməyə sis­tem halında ya­naşmanı nəzərdə tutur. Bu prinsip ida­rə­etmə prin­sip­lə­ri­nin idarəetmə sisteminin bütün tərəflərinə, ele­ment­lə­ri­nə, funksiyalarına tətbiqini tələb edir.
Elmilik prinsipi. Bu prinsipin əsas məzmunu elə bir tələb­dən ibarətdir ki, təşkilatda atılan bütün məqsədli ad­dım­lar, yerinə yetirilən fəaliyyət elmi cəhətdən əsas­lan­dırıl­ma­lıdır. Çünki idareətmə elmi daim tədqiq olunur və in­ki­şaf edir. Rəhbərlər, menecerlər idarəetmə elminə dair nəzəri bilik­lərə daha çox malik olarlarsa, təcrübədə on­la­rın fəa­liy­yəti elmi əsaslara söykənərsə nəticə uğurlu olar.
İnteqrasiya prinsipi. İnteqrasiya prinsipi idarəetmə fə­a­­liy­yətinin həyata keçirilməsində inkişaf etmiş müə­s­si­sə­­lərin təcrübələrindən istifadə edilməsini, beynəlxalq ida­­rə­­etmə sistemlərinə inteqrasiya olunmasını nəzərdə tu­tur.
Hüquq və məsuliyyət prinsipi. Bu prinsip tələb edir ki, hər bir şəxs öz hüquqlarından istifadə etməli, üzərinə dü­şən vəzi­fələri yerinə yetirməli və nəticəyə görə cavab­deh­lik daşımalıdır.
Tabeçilik prinsipi. Tabeçilik prinsipi idarəetmənin əsas və başlıca prinsiplərindən biridir. Tabeçilik prinsipi ida­rə­etmənin yuxarı və aşağı pillələrinin bir-birindən ası­lı­­lı­­­ğını təmin edir. Bu prinsip yuxarı səviyyədən gələn qə­­rar­­ların, tapşırıqların, göstərişlərin, sərəncamların aş­a­ğı sə­­­­viy­yələr­də lazımi qaydada icra olunmasını, ye­ri­nə ye­ti­ril­­­məsini nəzərdə tutur. Aşağı struktur vahid­i­nin han­sı yu­xa­­rı st­­ruktur vahi­dindən asılılığı müəs­sisənin təş­ki­la­ti st­ruk­­tu­ru, daxili qay­daları, təlimat­ları əsasında müəy­yən olunur və tabeçilik müna­sibətləri qeyd–şərtsiz ye­ri­nə ye­ti­rilir.
Bərabərlik (bərabər hüquqluq) prinsipi. Bərabərlik prin­­sipi eyni idarəetmə səviyyəsində fəaliyyət göstərən st­ruk­­tur vahidləri və ya funksional icraçıların bərabər hü­quq­­lara malik olması ilə xarakterizə olunur. Çünki bə­ra­bər­lik prinsipi əsasında səlahiyyət və əmək böl­gü­sü­nün həyata keçirilməsi, onlar arasında qarşılıqlı əlaqənin, sağ­lam ünsiyyətin formalaşmasına nail olmaq müm­kün­dür.
Obyektivlik prinsipi. Obyektivlik (ədalətlilik) prin­si­pi rəhbər­lər tərəfindən həyata keçirilməsi tələb olunan əsas prin­sip­lərdən biridir. Obyektivlik prinsipi, əsasən qə­rar­ların qəbul olunmasıda, əmək bölgüsünün, vəzifə böl­­gü­sünün həyata keçirilməsində, kadrların işə qəbulu, hə­­rə­kəti və işdən azad olunmasında, onlar haqqında inzi­ba­ti təd­birlərin görülməsində istifadə olunur. Ədalətli qə­rarlar təş­kilatda hüquq bərabərliyini təmin edir, müəs­si­­sədə sağ­lam sosial-psixoloji mühitin form­a­laş­ma­sına sə­bəb olur, mo­tiv­ləş­mə­nin, stimul­laşdır­ma­nın əsasını təşkil edir.
Müstəqillik prinsipi. Müstəqillik prinsipi hər bir işçiyə əmək fəaliyyətində azadlıq və sərbəstlik verilməsi ilə əlaqə­dar­dır. Bu prinsip işçinin öz bacarığından, peşə vərdiş­lərin­dən, fəaliyyət imkanlarından müstəqil surətdə istifadə etm­ə­si­nə şərait yaradır, onun təşəbbüskarlıq, no­va­tor­luq qabiliy­yə­tinin inkişafına səbəb olur.
Vahid rəhbərlik prinsipi.Vahid rəhbərliyin mahiy­yə­ti ondan ibarətdir ki, müəssisə rəhbəri onun səlahiy­yətlərinə daxil olan məsələləri təkbaşına həll etmək hüququna ma­lik­dir. Əslində bu təşkilatın rəh­bərinə və ya menecerlərinə idarəetmə funksiyalarının ye­rinə ye­tiril­məsi üçün geniş səlahiyyətlərin verilməsidir. Lakin bu prinsip əsasən kiçik müəssisələr üçün səciy­yəvidir. Bəzən böyük müəs­si­sə­lərdə də bu prinsip tətbiq olunur ki, həmin müəs­sisə­lər­də idarəetmə fəaliy­yətində, qərarların qəbul edilmə­sin­də kollektivin deyil, rəhbər­lərin iradəsinə daha çox üstün­lük verilir. Bu prinsipdən idarəetmənin avtokrat üslubun­da daha geniş istifadə edilir.
Kollegialılıq prinsipi.Bu prinsip müxtəlif səviyyəli rəhbərlərin, icraçıların, habelə kollektivin rəyi əsasında qərarların işlənib hazırlanmasını nəzərdə tutur. Kol­le­gialılıq prinsipində qərarlar kollektivin müzakirəsinə veril­dikdən və müzakirə süzgəcindən keç­dikdən sonra qəbul olunur. Əsasən strateji qərarların qəbul edilməsində bu prinsipdən istifadə olunur. Kollegialılıq prinsipi idarə­etmənin demok­ratik üslubunda daha geniş formada tətbiq edilir.
Demokratik mərkəziyyət prinsipi. Bu prinsip təşki­la­ti-struk­tur vahidlərinin vahid rəhbərə tabe olmasını və bu tabeçiliyin demokratik prinsiplər əsasında həyata ke­çir­­mə­si­ni tələb edir. Haki­miy­yət müəssisədə rəh­bərə məx­sus olur, lakin demokratiyanın səviy­yəsin­dən asılı olaraq aşa­ğı rəhbərlər arasında səlahiyyətlər formasında bölünür. Təş­ki­latda ümumi və strateji məqsələrin müəy­yən olun­ma­sı, ümumi nəzarətin həyata keçiril­məsi, struk­tur vahid­lə­ri­nin koordinasiyası vahid mərkəzdən gəlir. Deməli, de­mok­­ratik mər­kəziy­yət prinsipi demok­ra­tik qaydalar əsa­sın­da haki­miy­yətin təşkilatın yuxarı pil­lə­lərində cəmləş­mə­sinə əsaslanır. İdarəetmənin aşağı səviyyələri isə, tabe­çi­lik mü­nasi­bətləri əsasında rəhbərin ətrafında birləşməli, yu­xa­rı­dan gə­lən qərarları icra et­mə­li­dirlər.
Sahə və regional idarəetmənin əlaqələndirilməsi prin­sipi. Bu prinsip sahə strukturları ilə regional struk­tur­ların fəaliy­yətinin əlaqələndirilməsini tələb edir. Çünki, bir sıra müəs­sisələr özünün regional strukturuna ma­lik olurlar. Regi­onal strukturların tərkibində sahə struk­turları fəaliyyət gös­tərir. Bu prinsip müəssisənin regionlarda fəaliyyət gös­tərən sahə strukturlarının mər­kəzi idarəetmə apa­ratından ida­rə olunmasını və onların koordinasiya olun­masını nəzərdə tutur.



Yüklə 52,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin