MƏNİm elektron hökuməTİM



Yüklə 17.39 Kb.
PDF просмотр
tarix02.12.2016
ölçüsü17.39 Kb.

MƏNİM ELEKTRON HÖKUMƏTİM 

 

Elektron Hökumət Portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat 



Hesablama Mərkəzi “Azərbaycanda “Elektron hökumət” mövcud vəziyyət, problemlər, perspektiv və 

gözləntilər” mövzusunda publisistik məqalə və video süjet müsabiqəsi elan edib. 

“Mənim E-hökum@im” adı altında “Ən yaxşı məqalə” və “Ən yaxşı video material” olmaqla 2 (iki) 

nominasiya üzrə nəzərdə tutulmuş müsabiqənin məqsədi dövlət orqanlarının təqdim etdiyi elektron 

xidmətləri  geniş  kütləyə  çatdırmaq,  elektron  hökumət  portalının  (e-gov.az)  populyarlığını 

artırmaqdır. 

 

Müsabiqə aşağıdakı mövzuları əhatə etməlidir: 

-Elektron Hökumət nədir? 

-Elektron Hökumət portalına nə üçün ehtiyacımız var? 

-Ölkənizdə Elektron Hökumət necə fəaliyyət göstərir? 

-Elektron Hökumətin cəmiyyət üçün faydaları. 

 

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək: 

- Materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə 

səviyyəsi; 

- Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti; 

- İfadə vasitələrinin zənginliyi; 

- Oxucu üçün informasiyalılıq dərəcəsi; 

- Qabaqcıl dünya təcrübəsi ilə müqayisə; 

 

Müsabiqənin tələbləri: 

1. Müsabiqədə jurnalistlərlə yanaşı, elmi işçilər, mütəxəssislər və elektron hökumətlə maraqlanan 18 yaşından 

yuxarı şəxslər iştirak edə bilər. 

2. Müsabiqədə iştirak etmək istəyənlər ilk növbədə 

www.e-gov.az

  portalında 

https://reg.e-

gov.az/musabiqe/meqale/

 linkindən  qeydiyyatdan keçməli, məqalələri və ya video materialları göndərərkən 

qeydiyyat nömrəsini elektron məktuba əlavə etməlidir. Qeydiyyat 2014-cü il noyabrın 10- dək aparılacaq. 

3. Hər iştirakçı müsabiqəyə yalnız bir yazı və bir video süjet təqdim edə bilər. 

4. Yazı həftədə ən azı bir dəfə dərc olunan mətbu orqanda və ya informasiya saytında dərc edilməlidir. 

5. Hazırlanan video materiallar isə müsabiqəyə təqdim olunana qədər heç bir KİV-də nümayiş olunmamalıdır. 

6. Video 1 -5 dəqiqəlik olmalıdır. 

7. Məqalə 8000 -14000 simvol həcmində olmalıdır. 

8. Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur; 

9. Hər bir məqalə və süjet də “Elektron hökumət” portalının ünvanının (

www.e-gov.az

 ) göstərilməsi əsas 

şərtlərdəndir. 

10. Qiymətləndirmə zamanı iştirakçının “Elektron hökumət” portalından istifadə fəallığını, bu sahədə mövcud 

olan materiallara, xarici mənbələrə istinadları nəzərə alınacaqdır. 

9. Müsabiqə üçün yazılmış məqalələr və video süjetlər bu ünvana göndərilməlidir - 

musabiqa@rabita.az



Müsabiqə hansı mərhələlərdən ibarətdir? 

Müsabiqə “Ən yaxşı məqalə” və “Ən yaxşı video material” olmaqla 2 (iki) nominasiya üzrə oktyabrın 

3-dən, noyabrın 10-u tarixinə qədər keçiriləcək. İştirakçılar məqaləsini müəyyən qəzet, jurnal və ya 

elektron  KİV-də  dərc  etdirməli,  məqalə  və  süjetin  internet  ünvanını  Təşkilat  Komitəsinə 

(musabiqa@rabita.az.)  göndərməlidir.  Məqalələrin  dərc  olunma  tarixi  qeydiyyat  tarixindən  sonrakı 

tarixə  uyğun  olmalıdır.  Yazı  və  videolar  RYTN  tərəfindən  müəyyən  edilmiş  peşəkar  münsiflər 

tərəfindən qiymətləndiriləcək. Müsabiqənin nəticələri “Elektron hökumət” portalında dərc olunacaq. 

 

Müsabiqənin mükafay fondu: 



“Ən yaxşı məqalə” üzrə “

   


 

Ən yaxşı video material” üzrə 

1-ci yer - 

2500

 manat  


 

 

1-ci yer - 



2500

 manat  


2-ci yer - 

1500

 manat  


 

 

2-ci yer - 



1500

 manat 


3;4;5 yer – 

noutbuk

    


 

 

3;4;5 yer - 



noutbuk

 

 



Bundan  başqa  müsabiqədə  iştirak  edən  hər  bir  iştirakçıya  e-imza  vəsiqəsi  və  kart  oxuyucu  təqdim 

ediləcək. 

Müsabiqə  barədə  daha  geniş  məlumatları 

www.e-gov.az

   Elektron  hökumət  portalından,  eləcədə 

RYTN-nin Mətbuat xidmətindən əldə etmək olar.

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə