MƏNİM ELEKTRON HÖKUMƏTİM
Elektron Hökumət Portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat
Hesablama Mərkəzi “Azərbaycanda “Elektron hökumət” mövcud vəziyyət, problemlər, perspektiv və
gözləntilər” mövzusunda publisistik məqalə və video süjet müsabiqəsi elan edib.
“Mənim E-hökum@im” adı altında “Ən yaxşı məqalə” və “Ən yaxşı video material” olmaqla 2 (iki)
nominasiya üzrə nəzərdə tutulmuş müsabiqənin məqsədi dövlət orqanlarının təqdim etdiyi elektron
xidmətləri geniş kütləyə çatdırmaq, elektron hökumət portalının (e-gov.az) populyarlığını
artırmaqdır.
Müsabiqə aşağıdakı mövzuları əhatə etməlidir:
-Elektron Hökumət nədir?
-Elektron Hökumət portalına nə üçün ehtiyacımız var?
-Ölkənizdə Elektron Hökumət necə fəaliyyət göstərir?
-Elektron Hökumətin cəmiyyət üçün faydaları.
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:
- Materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə
səviyyəsi;
- Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;
- İfadə vasitələrinin zənginliyi;
- Oxucu üçün informasiyalılıq dərəcəsi;
- Qabaqcıl dünya təcrübəsi ilə müqayisə;
Müsabiqənin tələbləri:
1. Müsabiqədə jurnalistlərlə yanaşı, elmi işçilər, mütəxəssislər və elektron hökumətlə maraqlanan 18 yaşından
yuxarı şəxslər iştirak edə bilər.
2. Müsabiqədə iştirak etmək istəyənlər ilk növbədə
www.e-gov.az
portalında
https://reg.e-
gov.az/musabiqe/meqale/
linkindən qeydiyyatdan keçməli, məqalələri və ya video materialları göndərərkən
qeydiyyat nömrəsini elektron məktuba əlavə etməlidir. Qeydiyyat 2014-cü il noyabrın 10- dək aparılacaq.
3. Hər iştirakçı müsabiqəyə yalnız bir yazı və bir video süjet təqdim edə bilər.
4. Yazı həftədə ən azı bir dəfə dərc olunan mətbu orqanda və ya informasiya saytında dərc edilməlidir.
5. Hazırlanan video materiallar isə müsabiqəyə təqdim olunana qədər heç bir KİV-də nümayiş olunmamalıdır.
6. Video 1 -5 dəqiqəlik olmalıdır.
7. Məqalə 8000 -14000 simvol həcmində olmalıdır.
8. Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;
9. Hər bir məqalə və süjet də “Elektron hökumət” portalının ünvanının (
www.e-gov.az
) göstərilməsi əsas
şərtlərdəndir.
10. Qiymətləndirmə zamanı iştirakçının “Elektron hökumət” portalından istifadə fəallığını, bu sahədə mövcud
olan materiallara, xarici mənbələrə istinadları nəzərə alınacaqdır.
9. Müsabiqə üçün yazılmış məqalələr və video süjetlər bu ünvana göndərilməlidir -
musabiqa@rabita.az
.
Müsabiqə hansı mərhələlərdən ibarətdir?
Müsabiqə “Ən yaxşı məqalə” və “Ən yaxşı video material” olmaqla 2 (iki) nominasiya üzrə oktyabrın
3-dən, noyabrın 10-u tarixinə qədər keçiriləcək. İştirakçılar məqaləsini müəyyən qəzet, jurnal və ya
elektron KİV-də dərc etdirməli, məqalə və süjetin internet ünvanını Təşkilat Komitəsinə
(musabiqa@rabita.az.) göndərməlidir. Məqalələrin dərc olunma tarixi qeydiyyat tarixindən sonrakı
tarixə uyğun olmalıdır. Yazı və videolar RYTN tərəfindən müəyyən edilmiş peşəkar münsiflər
tərəfindən qiymətləndiriləcək. Müsabiqənin nəticələri “Elektron hökumət” portalında dərc olunacaq.
Müsabiqənin mükafay fondu:
“Ən yaxşı məqalə” üzrə “
Ən yaxşı video material” üzrə
1-ci yer -
2500
manat
1-ci yer -
2500
manat
2-ci yer -
1500
manat
2-ci yer -
1500
manat
3;4;5 yer –
noutbuk
3;4;5 yer -
noutbuk
Bundan başqa müsabiqədə iştirak edən hər bir iştirakçıya e-imza vəsiqəsi və kart oxuyucu təqdim
ediləcək.
Müsabiqə barədə daha geniş məlumatları
www.e-gov.az
Elektron hökumət portalından, eləcədə
RYTN-nin Mətbuat xidmətindən əldə etmək olar.