MergedFile



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə76/113
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#36950
1   ...   72   73   74   75   76   77   78   79   ...   113
2016-2204

5.2.4. Yazma stilistikası 
Elmi dilin onu adi dildən fərqləndirən spesifikası var. Xüsusi elmi dilin 
yaradılmasına  ehtiyac  ondan  irəli  gəlmişdir  ki,  təbii  ünsiyyət  dili  çox 
mürəkkəb olaraq çox mənalı söz və ifadələrdən istifadə edir. Elmi dilin isə 
müəyyən  obyektivlik  səviyyəsini,  alimlər  arasında  qarşılıqlı  anlamı  təmin 
etmək  məqsədilə daha dəqiq ifadələrə ehtiyacı vardır.  İdeal halda elmi dil 
bir mənalılığa can atır, yəni burada bir söz yalnız bir məna kəsb etməlidir. 
Buna  isə  heç  də  həmişə  nail  olmaq  mümkün  deyil  və  o  bir  çox  hallarda 
mübahisələrə səbəb olur (bu daha çox humanitar fənlərə xasdır).  
 Yazılı elmi mətnlərdə aşağıdakı yazma stilindən istfadə olunur: 


Yazma metodikası 
 
 
 
100 
  Akademik; 
  Polemik; 
  Publisistik; 
  Elmi–populyar; 
  Dialoq–müsahibə; 
  Didaktiv. 
  Akademik  stil  elmi  işin  yazılmasında  ən  geniş  tətbiq  olunanıdır.  Bu  stil 
üçün  aşağıdakılar  səciyyəvidir:  emosional  dəyərləndirməyə  yol  verilmir, 
“mən” kəlməsindən istifadə edilmir, mətn passivdə və ya cəm halında “biz” 
kəlməsindən  istifadə  edilməklə  yazılır.  Tədqiqatın  nəticələri  dəqiq  göstə-
rilir,  konkret  cümlələrlə  formulə  edilir,  məsələn:  “Elmi  tədqiqat  işi 
nəticəsində  əldə  edilmişdir  ki,  ....”.  İkimənalı  və  dağınıq  fikirlərdən 
istifadəyə yol verilmir [29, 55, 62]. 
  Polemik stil səhvlərin inkar edilməsinə, köhnəlmiş nəzər nöqtəsinə, yanlış 
mövqelərin və arqumentlərin aşkar edilməsinə yönələn işlərin yazılmasında 
istifadə  olunur.  Eyni  zamanda  qeyd  etmək  lazımdır  ki,  burada  kəskin 
emosional tona icazə verilmir. İronik və sarkastik formalar yol veriləndir. 
Publisistik  stil  qəzet  və  ya  populyar  jurnala  məqalə  yazmaq  üçün  yarar-
lıdır. Səciyyəvi xassəsi odur ki, burada elmi terminlərdən istifadə minimal-
dır,  emosional  qiymətləndirməyə  və  pafosa  yol  verilir,  materiala  şəxsi 
münasibətin bildirilməsi mümkündür. 
Elmi–populyar  stil  elmi–populyar  jurnal  üçün  hər  hansı  bir  problem 
haqqında  məqalə  yazdıqda  istifadə  edilir.    Burada  elmi  problem  haqqında 
sadə dildə, minimal sayda elmi terminlərdən istifadə etməklə açıq və aydın 
şə
kildə söhbət açılır.  
Dialoq–müsahibə  stilinin  üstünlüyü  ondan  ibarətdir  ki,  burada  retorik 
üsullardan istifadəyə imkan verilir, ondan şifahi çıxış zamanı istifadə edilə 
bilir. Elmi mətnlərin və dərsliklərin yazılmasında arzu olunmur.  
Didaktik stil təlimatı və təlimi özlüyündə əks etdirir, ondan elmi–metodiki 
və  ya  dərs  vəsaitlərində  istifadə  edilir.  Elmi  işdə  isə  ondan  istifadə 
olunması münasib hesab edilimir. 
Elmi  işin  yazılmasına  qoyulan  əsas  stilistik  tələblər  bunlardır  [28,  62, 
63, 64]: 


Yazma metodikası 
 
 
  101 
 Elmi iş akademik dildə yazılır, bəzi hallarda kiçik həcmdə publisistik 
və polemik stilə yol verilir; 
 Mətnin məntiqi və formal quruluşuna riayət edilməli; 
 Mətni bayağı və şablon ifadələrlə doldurmamalı; 
 Uzun  və  dolaşıq  cümlələrdən  qaçmalı.  “Bir  cümlə  –  bir  fikir” 
qaydasına riayət etməli; 
 Ümumi məlum olan biliklərin təkrarına yol verməməli; 
 Terminologiyanın vahidliyinə riayət etməli; 
 Lazımsız  yerə  xarici  sözlərdən  və  terminlərdən  istifadə  etməməli, 
tərcümə zamanı bu sözlərin azərbaycan dilində dəqiq ekvivalentinin 
tapılmasına çalışmalı; 
 Qaranlıq,  çox  mənalı  olan  sözlərdən  və  ifadələrdən  yan  keçməli 
(ikimənalı  stilistikaya  aid  misal:  “Elan:  Sifarişçinin  dərisindən 
gödəkçə tikirik.”) ;  
 Ehtiyac  duyulmadıqda  şəxsi  terminlərin  uydurulmasından  yan 
keçməli, onları daxil etdikdə isə əsaslandırmalı;  
 Eyni  sözün  dəfələrlə təkrarlanmasından qaçmalı,  lazım  gəldikdə  bu 
sözləri əvəzlik və sinonimlərlə əvəz etməli; 
 Materialı ardıcıl təsvir etməli (burada: buna görə, uyğun olaraq, belə 
ki, bu yolla, bundan əlavə və s. kimi birləşdirici ifadələrdən istifadə 
etmək məsləhət görülür) ; 
 Nəticələrin  yazılışı  zamanı  onları  sıralamaq  yaxşı  olardı:  birincisi, 
ikincisi və s. ;   
 Simvol, müqayisə və şəkillər dəqiq və anlaşılan olmalıdırlar. Mətndə 
mütləq  onlara  istinad  olunmalıdır.  Əks  halda  onlar  lazımsız 
informasiya təsəvvürü yaradırlar; 
 İstifadə  olunmuş  sitat  və  biblioqrafik  mənbələr  mətndə  dəqiq 
göstərilməlidir. 
Elmi  iş  yazma  stilistikasına  riayət  edilməklə  azərbaycan  dilinin  qram-
matikasına  uyğun  yazılmalıdır.  “Mən”  şəxsiyyət  əvəzliyindən  istifadə 
etmək xoşagələn deyil. “Mən düşünürəm”, “mən hesab edirəm” ifadələrinin 
ə
vəzinə  “görünür  ki,..”  və  ya  “belə  hesab  etməyə  əsas  var  ki,...”  ifadələri 
işlədilir.  


Yazma metodikası 
 
 
 
102 
Elmi  dilin  tarixinə  nəzər  salsaq  görərik  ki,  ilk  elmi  dil  antik  dövrdə 
geniş yayılan yunan dili olub. Bu, Roma imperiyası dövründə də, latın dili 
ilə  paralel  olaraq  tətbiq  olunmaqda  idi.  Yalnız  Orta  Əsrlərdən  başlayaraq 
Avropada  latın  dili  yeganə  elmi  dil  kimi  başqa  dilləri  sıxışdırır.  Bu  dildə 
çap  olunmayan  əsərlər  elmi  iş  kimi  qəbul  edilmirdi. Eyni  zamanda    ərəb-
hind məkanında ərəb dili elm dili kimi tətbiq olunurdu. O dövrdə   fəlaiyyət 
gösətərən İbn Sina, İbn əl-Haytəm, İbn Rüşd kimi alimlər bu dildə yazaraq 
ə
rəb  elmi  dilini  yeni  səviyyəyə  çatdırmışdılar.  XV  əsrdə  Avropada  çap 
olunan elmi  işlərin  70 %–dən  çoxu latın  dilində  idi. Humanizm  dövründə 
isə latın dili tədricən digər dillər tərəfindən sıxışdırılmağa başlayır.   
XX  əsrdən  etibarən  ingilis  dili  dünya  üzrə  elmi  işlərin  çapında 
dominantlıq  etməyə  başlayır  və  hazırda  bu  dil  elmi  mühitdə  əsas 
kommunikasiya dili sayılır. 
 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin