MergedFile


Texniki elmlərdə sitatlardan istifadə



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə80/113
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#36950
1   ...   76   77   78   79   80   81   82   83   ...   113
2016-2204

Texniki elmlərdə sitatlardan istifadə  
Humanitar  elmlərdə  sitatların  gətirilməsi  və  analizi  yeni  biliklərin  əldə 
olunmasını  göstərməkdirsə,  texniki  sahələrdə  bu  tamam  başqa,  daha 
doğrusu  az  məna  kəsb  edir  [83].  Texniki  mətnləri  yazma  prosesində 
tədqiqatçının öz şəxsi biliyinin artırılması öndə durmur. Burada söhbət çox 
vaxt  eksperimentlər  və  ya  mütaliə  zamanı  qazanılmış  faktiki  biliklərin 
başadüşülən  şəkildə  təsvir  olunmasından  gedir.  Hətta,  ədəbiyyatların 
toplanması  və  analizi  mərhələsində  də  yalnız  müəyyən  tapşırığa  uyğun 
informasiyaların  toplanmasına  cəhd  edilir.  Ədəbiyyatlar  burada  daha  az 
interpretasiya  edilir.  O,  daşıdığı  informasiya  dolğunluğuna  görə  qiymət-
ləndirilərək ümumiləşdirilir.  
Uyğun olaraq çox nadir hallarda kitab və məqalələrdən digər müəllifin 
mövqeyi  və  arqumentasiyası  götürülərək  yazarın  öz  sözləri  ilə  ümumi-
ləşdirilir və başqa mövqelərlə müqayisə edilir. Mühəndislik elminin inkişa-
fına baxmayaraq mətnlərin analizi elmi metod kimi yalnız humanitar elmlər 
üçün prioritet olaraq qalır.    
Texniki  elmi  işlərdə  digər  mənbələrdən  olan  informasiyalar  o  vaxt 
götürülür ki, tədqiqatçı bunu ya özü yaza bilmir, yaxud da yazmaq istəmir. 


Yazma metodikası 
 
 
 
106 
İ
stifadə olunmuş mənbələrin dəqiq göstərilməsi və arxivləşdirilməsi texniki 
sahədə  də  elmi  işin  yazılmasında  əsas  sənədləşdirmə  işi  sayılır.  Texniki 
ə
sərin  hazırlanmasında  istifadə  olunan  ədəbiyyat  mənbələri  ilə  bərabər 
digər  mənbələr,  məsələn  internet  mənbələri,  texniki  eksponat  və  buna 
bənzər  artefaktlar  haqqında  məlumatlar  göstərilməlidir.  Humanitar  elm-
lərdən fərqli olaraq texniki sahədə kənar mənbələrdən olan informasiyalar 
təkcə mətni yox, eyni zamanda verilənlər, şəkillər, cizgilər, anlayışlar, asılı-
lıqlar,  düsturlar  və  s.  kimi  konkret  məlumat  daşıyıcılarını  özündə  əks  et-
dirir. Belə “sitat” da bütün elm sahələrində olduğu kimi üç əsas elementdən 
ibarətdir [83]: 
1. mətnə daxil edilmiş informasiya, 
2. məlumat daxil edilmiş yerdə mənbənin  nömrəsinin verilməsi, 
3.  və  bu  nömrəyə  uyğun  ədəbiyyatlar  siyahısında  istifadə  edilmiş 
mənbənin tam şəkildə göstərilməsi:  
Müəllif/İşin adı/Nəşriyyat/Çap ili/Səhifələrin sayı. 
Burada mənbələrin transparent olması tələb olunur, yəni onlar istənilən 
anda tapılıb baxılabilən olmalıdırlar.  
 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin