3. Mülkiyyət kateqoriyası və onun məzmunu Mülkiyyət yalnız iqtisadi deyil, həmçinin hüquqi kateqoriyanı ifadə edir. Mülkiyyət
iqtisadi kateqoriya kimi, mənimsəmə və ya başqa sözlə desək, istehsal vasitələri və onların
köməyilə yaradılan nemətlərin məxsusluğu münasibətlərini əks etdirir. Yaxud mülkiyyət
münasibətləri mülkiyyətçinin öz əmlakına münasibətlərini təmsil edir.
Əgər mülkiyyətə hüquq nöqtəyi –nəzərindən baxsaq, onda mülkiyyət hüquqi mülkiyyət
üzrə mülkiyyət hüquqlarının butöv dəstini göstərir. Onların içərisində ən mühümləri kimi
yuxarıda xatırlanan mənimsimə hüququ özgəninkiləşmə (mülkiyyət hüququnun digər iqtisadi
subyektə verilməsi) hüququ, əmlaka sahiblik, istifadə etmə və sərəncam vermə hüquqlarını
ayırırlar. İstifadə etmə hüququ mülkiyyətçi tərəfindən digər şəxsə verilə bilər, məhz icarə
kimi, belə bir genişlənmiş iqtisadi hadisə buna əsaslanmışdır.
Müasir iqtisadi nəzəriyyədə mülkiyyət hüquqları nəzəriyyəsi getdikcə daha geniş yayılır
ki, bunun da əsasında resursların məhdudluğu kimi, onların belə bir xüsusiyyəti durur. Bu
nəzəriyyəyə uyğun olaraq mülkiyyət münasibətləri resurslara çatmaqdan istisna olunma sistemin
təmsil edir (qaydaya görə resurs nə qədər çox nadir olarsa ona çatmaq bir o qədər
məhduddur). Bu nəzəriyyədə mülkiyyət hüquqlarının spesifikləşdirilməsinə, yaxud onların
dəqiq müəyyinləşdirilməsinə mühüm əhəmiyyət verilir, çünki mülkiyyət hüquqlarının
müəyyənləşdirilməsindəki qeyri- dəqiqlik transaksiya xərclərinin artmasına və iqtisadi
səmərəliliyin aşağı düşməsinə səbəb olur.
4. Mülkiyyətin tipləri və formaları, onların reallaşması İqtisad elmində adətən mülkiyyətin iki əsas formasını fərqləndirirlər: xüsusi və ictimai.
Xüsusi mülkiyyət ev təsərrüfatlarının mülkiyyətini (şəxsi əmlakı və əmanətləri) və ayrı-
ayrı şəxslərin mülkiyyətində olan müəssisələri təmsil edir. İctimai mülkiyyət birinci növbədə
dövlət mülkiyyət formasında mövcud olur. Dövlət mülkiyyəti iqtisadi nöqteyi-nəzərdən xüsusi
mülkiyyətə nəzərən daha az səmərəlidir, ancaq o mərkəzləşdirilmiş idarəetmənin tələb
olunduğu sfera və sahələrdə, strateji sahələrdə (həyati təminat sahələri – enerji, su, qaz təchizatı)
aşağı mənfəətli sahələrdə (məsələn, bir çox ölkələrdə kömür hasilatı sənayesi) habelə çox iri
kapital qoyuluşlarını tələb edən sahələr də münasibdir və hətta zəruridir. İctimai mülkiyyətə
həmçinin bələdiyyə mülkiyyət forması da aiddir.
Mülkiyyət formaları müxtəlif mülkiyyət formalı: xüsusi və dövlət müəssisələrinin
yaradılmasınada reallaşır. Müasir iqtisadiyyatda həm xüsusi, həm içtimai mülkiyyət
formalarının əlamətlərini uzlaşdıran kollektiv mülkiyyət müəssisələri geniş yayılmışdır. Belə
mülkiyyət növlərinə kooperativ mülkiyyəti şəriklik formasında müəssisələrin mülkiyyəti,
sahmdar çəmiyyətlərinin mülkiyyəti aiddir.
Mülkiyyət haqqında Azərbaycan Respublikası qanununa uyğun olaraq bizim ölkədə
mülkiyyət dövlət, kollektiv və xüsusi mülkiyyət formasında çıxış edir. Həmçinin qarışıq
mülkiyyət formasının yaradılmasına da yol verilir.