8.4. Pulun funksiyaları. Pul ümumi ekvivalent rolu oynayan əmtəədir. O əmtəələrin dəyərini ölçür və
onların mübadiləsində vasitəçi rolunu oynayır. Pulun mahiyyəti, öz əksini onun
funksiyalarında tapır. Bunlar aşağıdakılardan ibarətdir.
1)
Pul dəyər ölçüsüdür. Bu o deməkdir ki, pul tədavül dairəsində olan
əmtəələrin dəyərini ölçür.
2)
Pul tədavül vasitəsidir. Pul bu vəzifəni yerinə yetirərkən əmtəə ilə öz yerini
dəyişir.
3)
Pul tədiyyə vasitəsidir. Pulun bu vəzifəsi əmtəələrin möhlətlə satılması
zərurəti ilə əlaqədardır.
4)
Pul yığımdır. Yığım dedikdə pulun tədavüldən götürülməsi ilə əlaqədardır.
5)
Pul dünya puludur. Bu öz əksini qızılda və dollarda tapır.Ölkələr arası
mübadiləyə xidmət edir.
8.5. Pul sistemləri və onların təkamülü. Pul sistemi ölkədə tarixən yaranan və mili qanunvericiliklə təsbit edilən pul
tədavülünün təşkili formasıdır. Pul sistemlərinin aşağıdakı tipləri mövcuddur.
a)
pul əmtəəsinin bilavasitə tədavül etdiyi və pulun bütün funksiyalarını yerinə
yetirdiyi, kredit pulların isə metala dəyişdirilə bildiyi metal tədavülü sistemləri
b)
qızılın tədavüldə sıxışdırılıb çıxarıldığı kredit və kağız pulların tədavül
sistemidir.
Ölkədə ümumi ekvivalent və pul tədavülü bazası kimi qəbul olunmuş metaldan
asılı olaraq bimetalizm və monometalizm fərqləndirilir.
Bimetalizm ümumi ekvivalent rolunu iki nəcib metalın (qızıl və gümüş)
oynadığı tədavlü nəzərdə tutulan pul sistemidir.
Bazarın inkişafı sabit pul, vahid ümumi ekvivalent tələb edirdi. Ona görə də
bimetalizm yerini monometalizmə verdi.
Monometalizm bir metalın (qızıl və ya gümüş) ümumi ekvivalent və pul
tədavülünün əsası olduğu pul sistemidir.
Mövzu 9. Bazar mexanizmi: mahiyyəti, əsas elementləri və qanunlar