Mərhələləri İqtisadiyyat və iqtisad elmi


 Sahibkarlıq fəaliyyətinin mahiyyəti və vəzifələri. Biznes, sahibkarlıq



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə26/34
tarix28.11.2023
ölçüsü0,62 Mb.
#166978
1   ...   22   23   24   25   26   27   28   29   ...   34
IQTiSADI-NAZARIYYA-AZ-SUal

7.3. Sahibkarlıq fəaliyyətinin mahiyyəti və vəzifələri. Biznes, sahibkarlıq 
fəaliyyəti və kommersiya. 
 
İqtisadi subyektlərin bazar təsərrüfatı şəraitində sahibkarlıq fəaliyyəti xüsusi 
rola malikdir. Çünki istehsal amili kimi ilkin olaraq sahibkarlıq fəaliyyəti kimi 
özünü əks etdirən sahibkarlıq, istehsal prosesinin təşkili və fəaliyyəti ilə əlaqədar 
olaraq, istehsal amillərinin birləşdirilib hərəkətə gətirilməsi ilə əlaqədar olaraq 
xüsusi fəaliyyət növü kimi meydana gəlir. 
Sahibkarlıq fəaliyyətinin vəzifələri istehsal amillərini bir yerə toplamaq, 
maksimum mənfəət əldə etmək, iqtisadi fəaliyyətin müxtəlif məsələləri üzrə 
səmərəli və düzgün qərarlar qəbul etmək və s. ibarətdir. 
Biznes mənfəət və ya şəxsi gəlir gətirən iş və ya istənilən fəaliyyət növüdür. 
Kommersiya insanların məhsulun realizə edilməsi və ticarət mənfəətinin əldə 
olunmasına yönəlmiş ticarət fəaliyyətidir. 
7.4. Müəssisənin əsas təşkilati iqtisadi formaları. 
 
Kiçik, orta, iri müəssisələr işçilərin sayı və dövriyyə kapitalının həcminə görə 
fərqlənirlər. Bazar iqtisadiyyatında xüsusi təşkilati-iqtisadi formada cəmiyyət və ya 
birliklərdən ibarət olan kooperativlər çıxış edirlər. Onların fəaliyyəti kooperativin 
üzvlərinə yardım göstərməyə yönəlib. Kredit, satış, istehlak, mənzil, istehsal 
kooperativləri mövcuddur. Bu təsərrüfatlarda kooperativin üzvləri adətən həm 
əmək sərf edənlər, həm də istehsal vasitələrinin sahibidirlər. 
Müasir inkişaf etmiş bazar sistemində təsərrüfatın ən çox yayılmış forması 
səhmdar cəmiyyətdir ki, bu məhfum altında ümumi səhmdar kapitala pul ödəyən, 
sahibkar fəaliyyətində ondan istifadə edən və birgə gəlir əldə edən və ya itki verən 
şəxslərin birliyi başa düşülür. Səhmdar cəmiyyəti-səhmlərin satışı yolu ilə pul 
vəsaitlərinin mərkəzləşdirilməsi əsasında istehsalın təçkili formasıdır. 
 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin