Mərhələləri İqtisadiyyat və iqtisad elmi


Dəyər, dəyərlilik, faydalılıq



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə28/34
tarix28.11.2023
ölçüsü0,62 Mb.
#166978
1   ...   24   25   26   27   28   29   30   31   ...   34
IQTiSADI-NAZARIYYA-AZ-SUal

8.2. Dəyər, dəyərlilik, faydalılıq. 
 
Dəyər əmtəə istehsalçılarının əmtəədə maddiləşmiş əməyidir. Dəyər kəmiyyəti 
isə əməyin sərf olunduğu vaxtla (iş vaxtı ilə) ölçülür. Dəyərin kəmiyyəti əməyin 
fədi deyil, ictimai zəruri məsrəfləri ilə müəyyən edilir. 
Əmtəənin dəyəri müəyyən konkret tarixi şəraitdə iqtisadi qiymətliliyin 
(dəyərlilik) təzahürünü xüsusi izahıdır. Bəşəriyyət iqtisadi fəaliyyət, iqtisadi 
fəaliyyət isə məqsəd və vasitənin vəhdəti kimi iqtisadi qiymətlilik olmadan 
mövcud ola bilməz. Qiymətliliyin mahiyyəti onun məqsədi və vasitələri özündə 
təcəssüm edən müəyyən iqtisadi fəaliyyətdir. 
Nemətlərin faydalılığı onların məhdudluğu, tələbatların təmin edilmə 
dərəcəsindən asılı olduğu üçün nemətlərin istehsalının artması onların iqtisadi 
faydalılığının artmasına düz mütənasib deyil, belə ki, bu nemətlərin mövcud 
miqdarının artması ilə onlar qiymətdən düşür, məhdudluğunu itirir, nisbətən az 
faydalı olurlar. 
8.3. Dəyər formalarının inkişafı. 
 
Müasir cəmiyyətin həyatında mühüm rol oynayan pulun meydana gəlməsi 
prosesi dəyər formalarının inkişafı ilə əlaqədardır. 
Cəmiyyətin inkişafının aşağı mərhələsində sadə və ya təsadüfi dəyər forması 
mövcud olmuşdur. Bu zaman natural təsərrüfatlar arasında mübadilə təsadüfi 
xarakter daşıyırdı. Mübadilə edilən məhsulların biri nisbi, digəri isə ekvivalent 
formada olmuşdur. Cəmiyyətin və mübadilənin inkişafı ilə əlaqədar olaraq sonralar 


22 
dolğun və ya geniş dəyər forması meydana gəlmişdir. Bu formanın xarakterik 
cəhəti ondan ibarətdir ki, müəyyən bir əmtəə nisbi dəyər formasında, bir neçə 
əmtəə isə ekvivalent dəyər formasında olmuşdur. 
Əmtəə istehsalı və mübadiləsinin sonrakı inkişafı ümumi dəyər formasının 
meydana gəlməsinə səbəb olmuşdur. Bu forma əvvəlkilərə nisbətən mütərəqqi olsa 
da, əmtəə mübadiləsinin inkişafına maneçilik törədirdi. Belə bir şəraitdə bütün 
bazarlarda ümumi ekvivalent rol oynayan pul meydana gəldi. 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin