V. A. Artyomov bu məsələyə aydınlıq gətirir : Dildən asılı olmayaraq bütün ölkələrin insanları verbal vasitələrlə : nəql edirlər; sual edir və cavab verirlər; başqalarını müəyyən hərəkətə, vəziyyətə
III Mövzu . Nitqin forma və funksiyaları
Plan
1. Nitqin formaları
2. Nitqin funksiyaları
3. Nitqin növləri
Hər bir şəxs həyatı öyrənməkdə , biliklər əldə etməkdə və tərbiyə almaqda , başlıca olaraq , sözdən istifadə etdiyi üçün nitq özünü təlim və tərbiyə üzrə işin mühüm vasitəsi kimi göstərir . Nitqin aydınlığı və təsirli ola bilməsi üçün dil , dilin mövcudluğu üçün - nitq zəruridir . Hər hansı dilin sistemini yalnız nitqdəki təzahürünə görə müəyyənləşdirmək olur . K.D. Uşinski yazmışdır : " Dil xalqın çox əsrlik mənəvi həyatının ən dolğun tarixi olmaqla bərabər , hələ nə kitab , nə də məktəb olmadığı dövrlərdə belə xalqı öyrədən və onu tarixin sonuna qədər öyrənməkdə davam edən ən böyük tərbiyəçidir " . Nitqin inkişafı üzrə görülən işlər nitq mədəniyyəti üzrə görülən işlər kimi qiymətləndirilməlidir . Nitq və dil anlayışları nə qədər bir - birinə yaxın olsa da , onların arasında bərabərlik işarəsi qoymaq düzgün deyildir . Dil fonetik , qrammatik sistem və lüğət tərkibindən , yəni dil vahidlərindən təşkil olunur , nitq həmin vahidlərdən ünsiyyət məqsədilə istifadəni reallaşdırır . Ərəb dilindən alınmış nitq sözünün mənasını araşdırdıqda belə qənaət hasil olur ki , nitq danışıq , fikri sözlərlə ifadə etmə qabiliyyəti , danışma və yazma , yazışma tərzidir . " Nitq - müəyyən kollektivin digər üzvləri ilə əlaqə saxlamaq məqsədilə dildən istifadə edən şəxsin fəaliyyəti , danışıq ; mürəkkəb məzmunun - həm informasiya , həm çağırış - müraciət , həm dinləyicini təhriketmə və s . ifadəsi üçün dilin müxtəlif vasitələrinin işlədilməsi " dir .
Nitqin dörd funksiyası mövcuddur. V.A.Artyomov bu məsələyə aydınlıq gətirir : " Dildən asılı olmayaraq bütün ölkələrin insanları verbal vasitələrlə : 1 ) nəql edirlər ; 2 ) sual edir və cavab verirlər ; 3 ) başqalarını müəyyən hərəkətə , vəziyyətə məcbur edirlər ; 4 ) hay verirlər .
Nitqin funksiyasını aşağıdakı kimi xarakterizə etmək olar :
▪ bir - biri ilə anlaşa bilən şəxslər nitq vasitəsi ilə fikirlərini bir - birinə söyləyir və bir - birini başa düşürlər ;
*onlar bir - birinə təsir göstərirlər ;
▪ öz hiss və həyəcanlarını ifadə edirlər ;
*düşünüb dərk etdiklərini həyatda yerinə yetirirlər .
Dilin mövcudluq forması olan nitq fəaliyyəti danışma , dinləmə , yazı və oxu proseslərini birləşdirir . Nitqin yazılı və şifahi , ümumi və fərdi , aktiv və passiv , monoloji və dioloji , zahiri və daxili növləri daha çox diqqəti cəlb edir . Nitqin yazılı və şifahi formaları , nitqin növü kimi də xarakterizə edilir. Şifahi nitq tələffüz edilən , eşidilərək qavranılan nitqdir . Şifahi nitq xalq danışıq dilinin cilalanmış forması olan şifahi nitq ədəbi dilin fonetik , leksik , morfoloji və sintaktik normaları əsasında təzahür edir . Nitqin şifahi forması qədim dövrlərdən , hələ əlifba və yazı meydana gəlməmişdən xalq yaradıcılığı kimi insanlar arasında holavarlar , sayaçı sözləri , ağılar , atalar sözləri , zərb – məsəllər , qaravəlli , tapmaca , nağıllar , bayatılar , mahnilar , xalq oyun – tamaşaları şəklində yayılmışdır . Bugünkü şifahi nitq müəllimlərin , aktyorların , söz ustalarının , radio və televiziya verilişlərində diktorların , müəyyən məsələlərlə ekrana çıxan jurnalistlərin , şair və yazıçıların , ümumiyyətlə , ziyalıların dilidir ki , daim forma və məzmunca zənginləşir . Şifahi nitqi xarakterizə edən başlıca cəhət onun eşidilməsidir . Bu nitq danışılan , söylənilən , səslənən nitqdir . O , əl – qol , bədən hərəkətləri , üz , göz , qaş , dodaq – mimika hərəkətləri və səsin ahəngi ilə müşayiət olunur , başqa cür desək , şifahi nitqdə danışan intonasiyadan ( diksiya , vurğu , fasilə , ritm , melodika , tembr , intensivlik və s . ) , mimika və jestlərdən istifadə edə bilir . Şifahi nitqin ayrılmaz hissəsi olan səsin ahəngi və bədən üzvlərinin hərəkətləri söylənilən fikri inüxtəlif çalarda çatdırmağa yardımçı olur .
Yazılı nitq ünsiyyətin yazılı mətnlərin köməyi ilə həyata keçirilməsi və görmə vasitəsilə qavranılmasıdır . Yazılı nitq meydana gəldiyi gündən ( XIII əsr ) müasir dövrümüzə qədər çox uzun tarixi təkmilləşmə yolu keçmişdir . Yazılı nitq hərəki bir aktdır . Fikrin yazılı ifadəsi şifahi ifadəsindən çox – çox çətindir . Çünki o qrafik işarələr sistemi ilə maddiləşir . Görmə qavrayışına əsaslanan bu forma uzun müddət sahibindən kənarda yaşayır . Yazılı nitq əsrlərdən əsrlərə qalaraq , xalqın xəzinəsinə çevrilə bilir . Yazılı nitqdə sözlər , ifadələr və eləcə də cümlələr yerli – yerində işlənməlidir . Yersiz söz və ifadələrə , qrammatik və üslubi cəhətdən qüsurlu cümlələrə , fikrin məntiqinin pozulmasına , ikinci dərəcəli , az əhəmiyyətli faktlara yer verilməməlidir . Yazılı nitq qrammatik – semantik cəhətdən əlaqələnməlidir , dil materialları estetik cəhətdən cilalanmalıdır .
Nitq mexanizmi formalaşdıqca , şagird öz fikirlərini tədricən ifadə etməyə alışdıqca mənası tanış olmayan sözləri də mövcud lüğət ehtiyatı zəminində qavramağa , öyrənməyə nail olur . Mənasını yeni öyrəndiyi sözlərlə əvvəllər mənimsədiyi sözlər arasında qrammatik və məntiqi əlaqələr yaradır , onları cümlə içərisində işlədir , getdikcə mənasını genişləndirməyə çalışır .
Qeyd etmək lazımdır ki , ibtidai siniflərdə ana dili tədrisinin başlıca məqsədi olan şifahi və yazılı nitqin inkişafı üzrə iş hələ də istənilən səviyyədə deyildir . Belə ki , şagirdlərin bir qrupu çox yaxşı şifahi nitqə malik olduqları halda , fikrini yazılı şəkildə ifadə etməkdə çətinlik çəkirlər . Digər qrupu isə , əksinə , ifadə və inşa yazarkən müvəffəqyyət qazandıqları halda , şifahi nitqləri anlaşılmaz , darıxdırıcı , sönük olur . Az da olsa , nitqin hər iki cəhətinə eyni səviyyədə yiyələnən şagirdlərə də rast gəlmək mümkündür .
Nitq inkişafı sahəsində özünü göstərən bu müxtəliflik şifahi və yazılı nitqin psixologiyasının eyni olmadığını sübut edir . Şifahi və yazılı nitq insanların bir – biri ilə dil vasitəsilə ünsiyyətinin iki formasıdır . Şifahi nitqin əsasında nitq orqanlarından eşitmə duyğusu , yazılı nitqin əsasında isə həm görmə və həm də yazan əlin hərəkətlərindən ibarət hərəki duyğular durur . Deməli , şifahi nitq eşitmə qavrayışı üçün müəyyənləşdirilmiş səsli nitq , yazılı nitq isə görmə qavrayışı üçün müəyyənləşdirilmiş qrafik nitqdir . Bu duyğular şagirdlərin oxumaq , yazmaq , düzgün danışmaq bacarığının inkişafı üçün böyük əhəmiyyətə malikdir . Şifahi və yazılı nitq qarşıda duran vəzifədən asılı olaraq ünsiyyətin iki formasıdır .
Şifahi nitq insanların konkret həyat şəraitində bir – birilə dilin köməyi ilə canlı ünsiyyət prosesidir. Deməli , şifahi nitq , əsasən , qarşı – qarşıya gedən bir prosesdir . Onun üçün danışanın və dinləyənin , soruşanın və cavab verənin olması vacibdir . Şifahi nitq tələb edir ki , dinləyən onu danışıq prosesində başa düşsün . Şifahi nitq avtomatik yaranır və təbii şəraitdə gedir . Bu zaman düşünməyə , araşdırmağa vaxt qalmır .
Yazılı nitq isə ünsiyyətə cəlb olunanların iştirakını tələb etmir , çünki nitqin bu formasının kimə aid olduğunu müəyyənləşdirmək də çətindir . Yazılı nitq prosesində fikirləşmək , götür – qoy etmək üçün imkan olur .
► Şifahi nitq təsadüfdən – təsadüfə , yazılı nitq isə həmişə monolojidir . Şifahi nitq öz quruluşu və sözlərin seçilməsi cəhətdən sərbəst olduğundan danışan kitab cümlələrindən , çətin termin və ifadələrdən , mürəkkəb konstruksiyalardan qaçır , sözləri asan tələffüz etməyə çalışır , cümlədə istədiyi sözün üzərinə məntiqi vurğunu salmaqla fikrin dinləyiciyə daha dəqiq , aydın çatmasına nail olur .
Şifahi nitqdə eyni məsələyə dəfələrlə qayıtmaq , lazımı sözü , ifadəni , cümləni təkrarlamaq , lazım gəldikdə sözü , ifadələri buraxmaq cümlənin üslubunu dəyişmək mümkündür .
Yazılı nitqdə isə məntiqi ardıcıllıq gözlənir , sözlərin buraxılmasına , yersiz təkrarlara yol verilmir . Leksik , morfoloji və sintaktik cəhətdən cilalanmış yazılı nitqə yiyələnmək üçün şagirdlər uzun bir yol keçirlər . Yazılı nitqin mürəkkəb və mücərrəd olmasının nəticəsidir ki , şagirdlərin ona yiyələnmələri uzun vaxt və gərgin əmək tələb edir .
Şifahi nitq yazılı nitqə nisbətən daha ifadəlidir . Bu onun dinləyicilər tərəfindən düzgün başa düşülməsinin mühüm şərtlərindən biridir . Şifahi nitqdə ifadəliliyin müxtəlif vasitələrindən istifadə olunur , məsələn , səsin qaldırılması və aşağı salınması , fasilə , sürət , vurğu , lazımı söz və ifadənin səslə ayrılması , mimika , jest və s . Bütün bunlar şifahi nitqi ifadəli etməklə yanaşı həm də dinləyicidə inam , əqidə yaratmağın mühüm vasitəsidir .
Yazılı nitq isə belə yardımçı vasitələrdən məhrumdur . Ona görə də bir çox hallarda yazılı nitqin məzmununu başa düşmək çətin olur . Bu fikri belə bir həqiqət təsdiq edir ki , bəzən müəyyən mətni ucadan oxuyana nisbətən onu dinləyənlər daha yaxşı başa düşürlər , lakin yazılı nitq hissələrə , abzaslara , paraqraflara ayrılır . Kursiv , dırnaq , sual və nida işarələri , çox nöqtə diqqəti lazımı sözə , başlıcanı ayırmağa , yazılı mətnin məzmununu daha dəqiq verməyə şərait yaradır . Yazılı nitqdə , sözləri diqqətlə seçmək , lazım gəldikdə , jestləri , mimikanı və intonasiyanı da sözlərlə ifadə etməyə çalışmaq lazımdır .
Şifahi nitq prosesində müsahiblər bir – birini tez və yaxşı başa düşdüklərindən nitqin bu cəhəti öz yığcamlığı , müxtəsərliyi lazım gəldikdə hətta yarımçıqlığı ilə fərqlənir . Hadisənin şahidi olan , bir – birini yaxşı başa düşən tərəflərin hər ikisi söhbət zamanı cümlədə bu və ya digər sözü , hətta baş üzvləri buraxmaqla ünsiyyət saxlayırlar .
Şifahi nitq insanların fərdi xüsusiyyətlərini nəzərə almaq üçün müəyyən imkanlara malikdir . Müsahibin sözü necə deməsindən , səsinin tonundan , intonasiya çalarlarından , gözlərindəki mənadan , mimikasından asılı olaraq lazımı söz , ifadə , ton seçmək mümkündür . Dinləyicilərin tərkibindən , səviyyəsindən asılı olaraq danışan eyni fikri müxtəlif cür çatdıra bilər .
► Şifahi və yazılı nitq istifadə etdiyi dil materialına görə də fərqlənir . Sərbəst nitq olan şifahi nitqdə danışıq dilinin leksik , qrammatik və üslubi vasitələrindən istifadə edilir . Şifahi nitq şagirdlərdən sözlərin orfoepik normalara müvafiq tələffüzünü , nitq formalarının düzgünlüyünü tələb edir . Şifahi nitq öz sintetik quruluşuna görə sadədir . Bu nitqdə adətən , sadə , qısa cümlələrdən istifadə olunur . Şifahi nitq tələffüzün fizioloji və psixoloji şəraiti ilə əlaqədardır .
Yazılı nitq isə müxtəlif mürəkkəb cümlələrlə ifadə olunmaqla kitab vasitələrinə əsaslanır . Ədəbi dil normaları ilə idarə olunan bu nitq daha çox normalaşdırılmış , davamlı nitqdir . Yazı zamanı bu və ya digər sözün çətinlik dərəcəsinin , orfoqrafik cəhətdən savadlılığın nəzərə alınması və fikrin rabitəli şəkildə ifadə olunması mühüm şərtdir .
Adətən , ibtidai siniflərdə şagirdlərin şifahi nitqi onların yazılı nitqindən zəngin olmaqla təlim prosesində mühüm yer tutur . Şagirdlər yeni biliklərə məhz şifahi nitq vasitəsilə yiyələnirlər . Şifahi nitq tədricən yazılı nitq üçün möhkəm əsas yaradır . Şagirdin şifahi nitqi nə qədər inkişaf edərsə , onun yazılı nitqi də o qədər yüksək olar . Yazılı nitqin inkişafı isə öz növbəsində şifahi nitqin zənginləşməsinə təsir göstərir . Ona görə də müəllim nitqin hər iki cəhətinin qarşılıqlı inkişafı qayğısına qalmalıdır . Şagirdlərin düzgün , ifadəli danışmalarına , öz fikirlərini yazılı şəkildə dəqiq ifadə etmələrinə nail olmaq son dərəcə vacibdir .
Yazılı nitqə yiyələnmək çox çətin olduğundan I sinifdə dərs ilinin axırlarından şagirdlərə öz şifahi fikirlərini yazılı şəkildə ifadə etmək qaydasını öyrətmək lazımdır .Yazılı nitq isə belə yardımçı vasitələrdən məhrumdur . Ona görə də bir çox hallarda yazılı nitqin məzmununu başa düşmək çətin olur . Bu fikri belə bir həqiqət təsdiq edir ki , bəzən müəyyən mətni ucadan oxuyana nisbətən onu dinləyənlər daha yaxşı başa düşürlər , lakin yazılı nitq hissələrə , abzaslara , paraqraflara ayrılır . Kursiv , dırnaq , sual və nida işarələri , çox nöqtə diqqəti lazımı sözə , başlıcanı ayırmağa , yazılı mətnin məzmununu daha dəqiq verməyə şərait yaradır . Yazılı nitqdə , sözləri diqqətlə seçmək , lazım gəldikdə , jestləri , mimikanı və intonasiyanı da sözlərlə ifadə etməyə çalışmaq lazımdır .
Şifahi nitq prosesində müsahiblər bir – birini tez və yaxşı başa düşdüklərindən nitqin bu cəhəti öz yığcamlığı , müxtəsərliyi lazım gəldikdə hətta yarımçıqlığı ilə fərqlənir . Hadisənin şahidi olan , bir – birini yaxşı başa düşən tərəflərin hər ikisi söhbət zamanı cümlədə bu və ya digər sözü , hətta baş üzvləri buraxmaqla ünsiyyət saxlayırlar .
Şifahi nitq insanların fərdi xüsusiyyətlərini nəzərə almaq üçün müəyyən imkanlara malikdir . Müsahibin sözü necə deməsindən , səsinin tonundan , intonasiya çalarlarından , gözlərindəki mənadan , mimikasından asılı olaraq lazımı söz , ifadə , ton seçmək mümkündür . Dinləyicilərin tərkibindən , səviyyəsindən asılı olaraq danışan eyni fikri müxtəlif cür çatdıra bilər .
► Şifahi və yazılı nitq istifadə etdiyi dil materialına görə də fərqlənir . Sərbəst nitq olan şifahi nitqdə danışıq dilinin leksik , qrammatik və üslubi vasitələrindən istifadə edilir . Şifahi nitq şagirdlərdən sözlərin orfoepik normalara müvafiq tələffüzünü , nitq formalarının düzgünlüyünü tələb edir . Şifahi nitq öz sintetik quruluşuna görə sadədir . Bu nitqdə adətən , sadə , qısa cümlələrdən istifadə olunur . Şifahi nitq tələffüzün fizioloji və psixoloji şəraiti ilə əlaqədardır .
Yazılı nitq isə müxtəlif mürəkkəb cümlələrlə ifadə olunmaqla kitab vasitələrinə əsaslanır . Ədəbi dil normaları ilə idarə olunan bu nitq daha çox normalaşdırılmış , davamlı nitqdir . Yazı zamanı bu və ya digər sözün çətinlik dərəcəsinin , orfoqrafik cəhətdən savadlılığın nəzərə alınması və fikrin rabitəli şəkildə ifadə olunması mühüm şərtdir .
Adətən , ibtidai siniflərdə şagirdlərin şifahi nitqi onların yazılı nitqindən zəngin olmaqla təlim prosesində mühüm yer tutur . Şagirdlər yeni biliklərə məhz şifahi nitq vasitəsilə yiyələnirlər . Şifahi nitq tədricən yazılı nitq üçün möhkəm əsas yaradır . Şagirdin şifahi nitqi nə qədər inkişaf edərsə , onun yazılı nitqi də o qədər yüksək olar . Yazılı nitqin inkişafı isə öz növbəsində şifahi nitqin zənginləşməsinə təsir göstərir . Ona görə də müəllim nitqin hər iki cəhətinin qarşılıqlı inkişafı qayğısına qalmalıdır . Şagirdlərin düzgün , ifadəli danışmalarına , öz fikirlərini yazılı şəkildə dəqiq ifadə etmələrinə nail olmaq son dərəcə vacibdir .
Yazılı nitqə yiyələnmək çox çətin olduğundan I sinifdə dərs ilinin axırlarından şagirdlərə öz şifahi fikirlərini yazılı şəkildə ifadə etmək qaydasını öyrətmək lazımdır .
Onlar eyni fikri daha yığcam , daha dəqiq , daha gözəl sözlərlə , ifadəli verməyi öyrənməli , ifadə və inşa , essedəki səhvlərini görməyi və düzəltməyi bacarmalıdırlar .
Şifahi və yazılı nitq xarici nitq adlanır . Bundan əlavə daxili ( səssiz ) nitq də mövcuddur . Fikir o vaxt tam dəqiq olur ki , insan onu daxilən nizama salır , formalaşdırır . Daxili nitq xarici nitqə , xarici nitq isə daxili nitqə təsir göstərir . Biri digərini qaydaya salır . “ Düşün sonra danış “ , “ Yüz ölç , bir biç “ ifadələri göstərir ki , ağıllı söz yalnız daxili nitqin məhsulu ola bilər . I sinifdən etibarən daxili nitqin inkişafı üzrə aparılan sistemli iş şagirdlərin şifahi və yazılı nitqinin normal inkişafı üçün möhkəm zəmin yaradır .
Şifahi nitqə yiyələndikcə uşaqlar dioloji və monoloji nitq vərdişləri qazanırlar . Ahəngdar şifahi nitqin başlıca əlamətləri :
A ) məzmunlu və inamlı ;
B ) ardıcıl və məntiqi ;
C ) qisa , düzgün , emosional və ifadəli – olmasıdır .
Nitqin ümumi növü dedikdə , hamının eşidib , başa düşəcəyi nitq , fərdi nitq dedikdə isə hər kəsin özünəməxsus nitqi nəzərdə tutulur . Nitqdən istifadənin aktiv və passiv növləri də vardır ki , bu da nitqdən intensiv istifadənin olub – olmamasını göstərir . Şagirdlərin nitqinin inkişafı istiqamətində iş apararkən bu məsələlər diqqət mərkəzində saxlanılmalıdır .
Hazırda elə bir dövrdür ki , şagirdlər hər cür informasiya vasitələrinin təsiri altındadırlar . Məktəbdə təlim fənləri , məişətdə radio və televiziya , kompüter , sosial şəbəkələr , mətbuat ( qəzet , jurnal ) , kitab şagirdin mənəvi aləmini zənginləşdirir , dünyagörüşünü genişləndirir . Belə bir zamanda müəllimlərin üzərinə də böyük məsuliyət düşür . Onlar şagirdləri istiqamətləndirməli , nitq inkişafı üzrə işə yararlı olan səmtə yönəltməlidirlər .
Nitq üçün monoloji və dialoji formalar səciyyəvidir . Əslində bu formalar ayrı – ayrılıqda yaranmır , inkişaf etmir . Onlar qarşılıqlı əlaqədədir . Biri digərinin inkişafına təkan verir , onu zənginləşdirir və inkişaf etdirir . Hər ikisi təfəkkürdə doğulub formalaşan fikrin ifadə yoludur . Göründüyü kimi , nitq prosesinin məhsulu monoloji və dioloji olur . Onlar xarici nitqdə baş verir . Bu heç də o demək deyildir ki , burada daxili nitq iştirak etmir . Belə düşünmək ciddi səhvdir . Daxili nitq xarici nitq üçün ilkin mərhələdir . İlkin olsa da , eyni zamanda xarici nitq daxili nitqə əsaslı şəkildə təsir edir , onun inkişafına təkan verir .
Monoloji nitq . Monoloji nitq son dərəcə fəal və sərbəst şifahi nitq növüdür . Monoloji nitq iki formada – şifahi və yazılı şəkildə öz ifadəsini tapır . Şifahi monoloji nitq yazılı monoloji nitqdən əvvəl , uzun əsrlərlə fəaliyyət göstərmişdir . Şifahi monoloji nitq , əsasən , qısa , yığcam və konkret , yazılı monoloji nitq isə həcminə görə geniş və böyükdür . Yazılı monoloji nitq yazıçının , şairin , alimin , publisistin kitabları şəklində meydana gəlir . Bu əsərlərdə istənilən qədər monoloq və dialoq da vardır . Həmin monoloq və dialoqlar əsərlərdə ayrı – ayrı personajların dilində səsləndirilir .
Monoloq sözü mənşəcə latın dilinə məxsusdur , mono – bir , loqos – nitq , nəzəriyyə , elm sözləri mənasındadır , “ bir şəxsin nitqi “ deməkdir . Nəzm və nəsr əsərlərində müəllifin danışığı təhkiyə formasında , söylədiyi nitq isə monoloq forma sındadır . Monoloq səhnə əsərlərində surətlərdən birinin , çox vaxt baş qəhrəmanın dilindən verilir , onun öz – özünə , tək danışığı və ya kimə , kimlərəsə , aktyorun tamaşaçılara xitabən söylədiyi qismən uzun müddətli nitq monoloq adlanır . Monoloji nitqdə bir nəfər danışır , başqaları onu dinləyirlər . Monoloji nitq dinləyicilərlə ünsiyyət formasıdır . Monoloji nitq hər hansı bir müəyyən məsələ , fikir , ideya , xəbər və s . haqqında bir nəfərin rabitəli , ardıcıl , qismən geniş məlumatıdır . Bu nitqdə fasilə ( pauza ) , ritm , ahəng , temp , intensivlik , ton danışanın istəyi və bacarığı daxilində məzmunla bağlı bir – birini əvəzləyir . Bu nitq növü mühazirə , məruzə , çıxış , məqalə , məktub , məlumat , şagirdlərin cavabları və s . şəkillərdə təzahür edir . Monoloji nitq müxtəlif məqsəd və məzmunda olur . Burada danışma , dinləmə , oxuma proseslərində məlumat vermə , inandırma , öyrətmə , təbiət və cəmiyyət hadisələri haqqında nəzəri , elmi bilikləri çatdırma , insanın daxili hiss və həyacanını ifadə etmə və s . kimi hallar öz əksini tapır . Deməli , şagirdin monoloji nitqini özünün fikirləri , fərdi düşüncələri , təfəkkürünün məhsulu və oxuduğu mətnin nağıl edilməsi təşkil edir . Təlim prosesində monoloji nitqin öyrənilməsində hər hansı bir mövzunun və ya mətnin nağıl edilməsi xüsusi əhəmiyət daşıyır , biliklərin möhkəmləndirilməsində mühüm rol oynayır . Mətnin oxunması , ardınca mövzu üzrə sual – cavab aparılması , sonra danışılması onun mənimsənilməsini başa çatdırır . Mövzunun belə öyrənilməsi onun uzun müddət və ya həmişəlik yadda qalmasına zəmin yaradır . Bununla belə aşağıdakı cəhətlər də nəzərə alınmalıdır :
► Şagirdlərin monoloji nitqini inkişaf etdirmək üçün əvvəl onların monoloji nitqinin xüsusiyyətlərini öyrənmək zəruridir . Bu , həmin sahədə aparılan işləri düzgün planlaşdırmağa və sistemə salmağa geniş imkanlar açır .
► Şagirdlərin monoloji nitqinin xüsusiyyətlərini öyrənərkən və inkişaf etdirərkən onların fərdi xüsusiyyətlərini nəzərə almaq lazımdır .
► Şagirdlərin monoloji nitqini inkişaf etdirərkən onların həyat təcrübəsi , maraq və meylləri nəzərə alınmalıdır .
Monoloji nitqin məzmun və ideyaca zənginliyinə xüsusi diqqət yetirilməli , bu sahədəki işlər şagirdlərin ümumi inkişafının təmin edilməsinə yönəldilməlidir . Monoloji nitqin rəngarəngliyinə ( eyni mövzu ətrafında müfəssəl , yığcam , yaradıcı danışmaq və s . ) , ifadəliliyinə , obrazlığına , emosionallığına xüsusi diqqət yetirilməlidir .
Şifahi monoloji nitqin inkişafında situativ vəziyyət nəzərə alınmalıdır . Şifahi monoloji nitqlə yazılı nitq arasındakı münasibət nəzərə alınmalıdır .
Dialoji nitqlə monoloji nitq arasındakı dialektik vəhdət nəzərə alınmalıdır .
Ana dili dərslərində şifahi monoloji nitqin inkişafı üzrə aparılan işlər şagirdlərin idrak fəaliyyətinin inkişafına yönəldilməli , onlara analiz – sintez etmək , müqayisə aparmaq , tədqiq etmək , ümumiləşdirmək və məntiqi mühakimə yürütmək , öz nitqinə nəzarət və tənqidi münasibət bəsləmək bacarığı aşılanmalıdır .
Monoloji nitqin nəql – etmə , təsviri , məlumatverici , daxili , inandırma və təbliği növləri vardır . Şifahi monoloji nitqin bir forması da spontan , yəni xüsusi hazırlıq olmadan , bədahətən söylənilən nitqdir . Danışıqda improvizasiya kimi xatırlanan belə tez , sürətli , qabaqcadan düşünülməmiş nitqə ekspromt da deyilir . Ekspromt nitq əvvəlcədən planlaşdırılmadığından çoxları üçün çətindir .
Dialoji nitq . Dialoq sözü yunan mənşəli olub , dia- “ iki “ və loqos “ elm , nəzəriyyə “ sözlərindən yaranmışdır . Dialoq , ümumiyyətlə , “ iki və ya daha artıq şəxs arasında gedən söhbət “ deməkdir , ədəbi əsərlərdə “ İki şəxsin söhbəti şəklində yazılmış hissə “ mənasındadır . Dram əsərləri dialoqlar şəklində qurulur . Dialoji nitqdə əsas yeri iki və daha çox şəxsin qarşılıqlı söhbəti , fikir mübadiləsi tutur . İnsanlar bir araya gələrək mədəni ölçülər çərçivəsində bir – biri ilə söhbət edir , müəyyən məsələləri müzakirə edib öz rəylərini bildirirlər . Dialoji nitqdə :
▪ birincisi , hər replika birbaşa reaksiya – cavab tələb edir ;
*ikincisi , dialoq rabitəli nitq şəraitində gedir ;
* üçüncüsü , dialoq müəyyən konkret şərait və ya obyektla bağlı olur və bu zaman ünsiyyət ikitərəfli canlı prosesə çevrilir .
Məlumdur ki , dialoq replikalardan , suallardan təşkil olunur . Dialoqda ifadəlilik , intonasiyanın fərqli formaları ilə ( sual , nida , fasilə və s . ) , mimika və jest vasitələri , plastik əl hərəkət siqnalları ilə ifadə olunur , nitqin təsirlilik , ekspressiv – emosional çalar qazanmasında xüsusi yer tutur . “
Dialoq ifadələrin qısa və yığcamlığı , cümlələrin sintaktik quruluşunun sadəliyi , ilə səciyyələnir . Dialoji nitqin sual – cavab forması ən çox tədris zamanı müəllim şagird , şagird – şagird əməkdaşlığı kimi özünü göstərir . Fəal təlim zamanı müəllimin bələdçilik ( fasilitator ) mövqeyi də dialoji nitq zəminində baş verir . Şagirdlər dərsdə , ictimai yerlərdə , səhərciklərdə , radio və televiziya verilişlərində normal fikir mübadiləsi üçün müəyyən qaydalara , etik normalara əməl edirlər .
Dialoqun mikrodialoq va makrodialoq formaları da vardır . Mikrodialoq bir neçə şəxsin qısa söhbətindən ibarət olur . Mikrodialoqlara bədii əsərlərdə , epik növə daxil olan şifahi ədəbiyyat nümunələrində - təmsil , nağıl , əfsanə , lətifə və dastanlarda , eləcə də yazılı ədəbiyyat nümunələrində - xatirə , oçerk , hekayə , novella , povest və romanlarda rast gəlirik .
Makrodialoq bədii əsərlərin bütün quruluşunu əhatə edir . Dialoji nitqin 5 forması qeyd edilir :
1 ) monoloji dialoq ; 2 ) söhbət və ya danışıq dialoqu ; 3 ) sual – cavab dialoqu ; 4 ) müsahibə dialoqu ; 5 ) müzakirə dialoqu . “ ... dialoqda həm daxili , həm də xarici stimul olur . O , konkret mövzu ətrafında təzahür edir . Fikir obrazlı dialoqun sonunda bitir , sonda rabitəli mətn alınır . Burada hər iki iştirakçı başlıca funksiya daşıyır “ . Bundan başqa , nitqin poliloji növü də vardır . Bu zaman söhbətdə , sual – cavabda müsahibədə , müzakirədə iki nəfərdən daha çox şəxs iştirak edir.
V.A.Artyomov həmçinin qeyd edir : “ İnsanlarda yalnız fikirlərin tipi ümumi deyil , eyni zamanda hiss də ümumi səciyə daşıyır . Bu baxımdan bir çox dillərdə modal intonasiya oxşarlıq təşkil edir ; inam , həyəcan , sevinc , qəzəb və s .
İntonasiya səsli nitqin , oxunun ifadəliliyini təmin edən əsas vasitələrdən biridir . İntonasiyanın müxtəlif funksiyaları ( emosional – ekspressiv , fərqləndirici , estetik və s . ) ifadəli oxu texnikasında mühüm əhəmiyyətə malikdir . Öz nitqini , səsini ustalıqla idarə edə bilməsi müəllimi bir pedaqoq kimi səciyyələndirən mühüm keyfiyyətlərdən biridir . İbtidai siniflərdə şagirdlərin nitq bacarıqlarının inkişaf etdirilməsi həm dilin qayda – qanunları , həm də intonasiya ilə sintez edilməli , birgə formalaşması qayğısına qalınmalıdır . Müəllimin nitqinin ifadəliliyi onun praktik fəaliyyətində mühüm əhəmiyyətə malikdir . Azərbaycan dili dərslərində nitq inkişafı üzrə işlər birtərəfli aparılmamalı , nitqin bütün növlərinin inkişaf etdirilməsi üçün düzgün metodlar müəyyənləşdirilməlidir . Hazırda fəal / interaktiv təlim metodları şagirdlərin nitq inkişafını müvəffəqiyətlə həyata keçirməyə imkan verən metodlar məcmusudur . Müəllim bu metodlardan yararlanaraq , nitqin inkişafı üzrə işi yüksək səvyədə təşkil edə bilər .