7.3. Sahibkarlıq fəaliyyətinin mahiyyəti və vəzifələri. Biznes, sahibkarlıq fəaliyyəti və kommersiya. İqtisadi subyektlərin bazar təsərrüfatı şəraitində sahibkarlıq fəaliyyəti xüsusi
rola malikdir. Çünki istehsal amili kimi ilkin olaraq sahibkarlıq fəaliyyəti kimi
özünü əks etdirən sahibkarlıq, istehsal prosesinin təşkili və fəaliyyəti ilə əlaqədar
olaraq, istehsal amillərinin birləşdirilib hərəkətə gətirilməsi ilə əlaqədar olaraq
xüsusi fəaliyyət növü kimi meydana gəlir.
Sahibkarlıq fəaliyyətinin vəzifələri istehsal amillərini bir yerə toplamaq,
maksimum mənfəət əldə etmək, iqtisadi fəaliyyətin müxtəlif məsələləri üzrə
səmərəli və düzgün qərarlar qəbul etmək və s. ibarətdir.
Biznes mənfəət və ya şəxsi gəlir gətirən iş və ya istənilən fəaliyyət növüdür.
Kommersiya insanların məhsulun realizə edilməsi və ticarət mənfəətinin əldə
olunmasına yönəlmiş ticarət fəaliyyətidir.
7.4. Müəssisənin əsas təşkilati iqtisadi formaları. Kiçik, orta, iri müəssisələr işçilərin sayı və dövriyyə kapitalının həcminə görə
fərqlənirlər. Bazar iqtisadiyyatında xüsusi təşkilati-iqtisadi formada cəmiyyət və ya
birliklərdən ibarət olan kooperativlər çıxış edirlər. Onların fəaliyyəti kooperativin
üzvlərinə yardım göstərməyə yönəlib. Kredit, satış, istehlak, mənzil, istehsal
kooperativləri mövcuddur. Bu təsərrüfatlarda kooperativin üzvləri adətən həm
əmək sərf edənlər, həm də istehsal vasitələrinin sahibidirlər.
Müasir inkişaf etmiş bazar sistemində təsərrüfatın ən çox yayılmış forması
səhmdar cəmiyyətdir ki, bu məhfum altında ümumi səhmdar kapitala pul ödəyən,
sahibkar fəaliyyətində ondan istifadə edən və birgə gəlir əldə edən və ya itki verən
şəxslərin birliyi başa düşülür. Səhmdar cəmiyyəti-səhmlərin satışı yolu ilə pul
vəsaitlərinin mərkəzləşdirilməsi əsasında istehsalın təçkili formasıdır.