18
Bazarın meydana gəlməsinin tarixi şərtləri içərisində
ictimai əmək bölgüsü və
ixtisaslaşma mühüm əhəmiyyət kəsb edir. Ictimai əmək bölgüsü əmək fəaliyyətinin
müxtəlif növlərinin həyata keçirilməsi və ictimai formada diferensiallaşması ilə baş
verən müxtəliffəaliyyət növlərinin ayrılmasının, möhkəmlənməsinin, dəyişməsinin
tarixi prosesidir.
İxtisaslaşma isə istehsalçıların əmək bölgüsü əsasında ayrı-ayrı məhsullar və
onların hissələrinin hazırlanmasına yönümlənməsidir.
Digər bir şərt istehsalçıların iqtisadi cəhətdən təcrid olması, əlahiddələşməsi,
transaksion xərclər və istehsalçının müstəqilliyidir. Bazarın
iqtisadi mahiyyəti öz
əksini onun funksiyalarında tapır. Bu funksiyalar dedikdə birləşdirmə,
tənzimləyici,
həvəsləndirici, qiymətəmələgəlmə, nəzarət,
vasitəçilik, informasiya,
qənaətçilik və s. təşkil edir.
Dostları ilə paylaş: