Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi
Mərkəzləşdirilmiş Kitabxana Sistemi
"Öz həyatını zəhərləmə, yaşamaq üçün hə de”
Metodiki vəsait.
2016
İnsanın sağlamlığını qorumaq, onu fiziki əzablardan xilas etmək mühüm, xeyirxah işdir.
Heydər Əliyev, ümummilli lider.
Hər kəs pis iş gördükdən və ya (günah etməklə) özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər!”
(Qurani-kərim)
Mən də gəncəm, mən də muasirəm,mən də sərbəstəm, amma mən ağılsız deyiləm ki, özümü bir neçə qramlıq kimyəvi maddədən asılı edim.
Bütün Azərbaycan gənclərinə nəfsinizə qalib gəlməyinizi arzu edirəm.
İMAM ƏLİ ƏLEYHİSSƏLAMIN MƏSƏLİNİ GƏTİRMƏK İSTƏYİRƏM:
ALLAH ADƏMƏ AĞIL VERDİ NƏFS VERMƏDİ, HEYVANA AĞIL VERMƏDİ NƏFS VERDİ,
İNSANA (ADƏM OĞLUNA) HƏM AĞIL, HƏM DƏ NƏFS VERDİ. ƏGƏR İNSANİN NƏFSİ AĞLINA GÜC GƏLİRSƏ HEYVANDANDA BETƏRDİ, YOX ƏGƏR AĞLI NƏFSİNƏ QALİB GƏLİRSƏ ƏSL İNSAN ODUR. HƏR BİRİMİZƏ ƏSL İNSAN OLMAĞI ARZU EDİRƏM.
Demək olar ki, hamı narkotikin necə ziyanı olduğu barədə bilir. Buna baxmayaraq onun toruna düşənlərin sayı çox sürətlə artır. Niyə? Görünür narkotikin insanı və onun həyatını necə şikəst etməsi barədə məlumat
çox az adamda var. Mənim məqsədim bu təhlükəni insanlara çatdır-maqdır. Bizim informasiya aşağıdakı tip insanlara aitdir :
1. "narkotikdən istifadə edim ya bu hislərə qarşı mübarizə aparım?" sualı ilə üzləşənlər;
2. narkotikdən istifadə edib lakin buna qarşı mübarizə aparmaq imkanınında olanlar;
Tibbi praktika göstərir ki, narkomaniyadan müalicə olmaq çox çətindir. Narkotikdən asıllıq ondan bir və ya bir neçə dəfə istifadə etməklə baş verir, lakin onun caynaqlarından qurtulmaq çox az adama nəsib olub. Hətta narkotikdən can qurtarmaq barədə güclü iradə yaransa da bunu etmək çox çətin və uzun vaxt tələb edir. Bu problemi həll etmək çox az adama nəsib olub.
Buna görə də ən yaxşı həll yolu narkotikə toxunmamaqdır!
Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Təbii ki, belə inkişaf sürəti yaxın gələcəkdə ictimai faciəyə gətirib çıxara bilər. Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir. Narkotik - mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddədir. O toksik maddə oldu-ğundan insanın bütün orqanizminə, ürək-damar sistemindən tut-muş, sinir sisteminə qədər mənfi təsir göstərərək, onun xarakterini dəyişir, xəstə özünü idarə edə bilmir. Orqanizm zəifləyir, bədən arıqlayır, insanın fiziki gücü tükənir. Bu da son nəticədə aqressiv-liyə, cinayətkarlığa və ölüm hallarına gətirib çıxarır.
araşdırmaları göstərir ki, narkomanlıq insanı həqiqətən də fiziki və ruhi cəhətdən şikəst edir, onun ömrünü qısaldır. Erkən yaşın-dan narkotik qəbul etməyə başlayan insanın orta ömrü 35-40 il olur. Narkoman narkotik maddələr qəbul edərkən, ən azı 10-15 nəfəri də narkomanlığa cəlb edə bilər.Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurumların, kütləvi informasiya vasitələrinin (KİV), mədəni-maarif müəssisələrinin üzərinə düşür.
Bu sahədə kitabxanaların rolunu xüsusilə qeyd etmək lazımdır. Kitabxanaların narkomaniyaya qarşı apardığı təbliğat çox güclü vasitədir. Kitabxanalarda narkomaniya, narkobiznes və ona qarşı mübarizə mövzusunda tədbirlərin həyata keçiril məsi zamanı kütləvi işin üç: əyani, şifahi, mətbuat (çap) formasından istifadə etmək məqsədəuyğundur.
Narkomaniya və narkobiznesə qarşı mübarizə mövzusunda yeniyetmə və gənc oxucular arasında mühazirələrin keçirilməsi vacibdir. Bu zaman mövzunun adı elə seçilməlidir ki, oxucularda maraq oyatsın. Məsələn: “Ağ ölümə qarşı mübarizə et!”, “Zərərli vərdişlər və ondan törənən fəsadlar”, “Bəşəriyyətin düçar olduğu bəla“, “Gəlin, gələcəyimizi qoruyaq!”, “Narko-maniyanın genofondumuza gətirdiyi fəsadlar”, “Narkomaniya və acınacaqlı həyat” və s. Mühazirə keçirilərkən onun hansı yaş qrupu üçün nəzərdə tutulduğu müəyyənləşdirilməlidir. Mühazirəçi mühazirənin əsas planını, mövzu üzrə ədəbiyyat mənbələrini, mühazirədə iştirak edəcək qonaqları əvvəlcədən müəyyən etməli,. Mühazirəçi mühazirənin əsas planını, mövzu üzrə ədəbiyyat mənbələrini, mühazirədə iştirak edəcək qonaqları əvvəlcədən müəyyən etməlidir.
Mühazirədə yuxarı sinif şagirdləri, məktəbin müəllim kollektivi, valideyn heyəti Iştirak edə bilər.
Kitabxanada narkomaniya və narkobiznesə qarşı mübarizə ilə bağlı söhbətlər də keçirilə bilər. Məsələn, “Gələcəyimizi məhv оlmaqdan qоruyaq”
Tədbirin uğuru kitabxanaçının savad və hazırlığından, onun müzakirəyə bütün oxucuları cəlb etmək bacarığından da asılıdır. Söhbətin keçirilməsində əsas məqsəd oxuculara ictimai-siyasi həyatda mürəkkəb, ziddiyyətli hadisələrə düzgün yanaşmaq, həyatın çətin anlarından düzgün baş çıxarmalarına köməklik göstərməkdir. Tədbir keçirilərkən oxucuların “ağ ölümün” zərərləri
haqqında maariflənməsinə, narkomaniyaya səbəb olan amillər və ondan törənən fəsadların qabarıq şəkildə açıqlanmasına xususi fikir vermək lazımdır. Söhbəti narkomaniyaya aid qəzet və ya jurnal məqalələrinin oxunuşundan, mövzuya uyğun hər hansı bir sualın qoyuluşundan, kiçik bir söhbət-dən, mövzu ilə əlaqədar video çarxın, sənədli filmlərin nümayişindən başlamaq olar. Söhbət zamanı aparıcı mövzuya dair bütün məsələləri əhatə etməli, aydın, yaddaqalan misallar, inandırıcı sübutlar göstərməlidir. Belə tədbirlərə hüquq-mühafizə orqanlarının əməkdaşlarının, səhiyyə işçilərinin, narkomanlıqdan nicat yolu tapmış şəxsin də cəlb edilməsi tədbirin lazımi şəkildə istiqamətləndirilməsin-də, gənc və yeniyetmələrdə narkomaniya sahəsində anlayışların düzgün formalaşmasında çox əhəmiyyətlidir.
Kitabxanada narkomaniya mövzusunda “Sual-cavab gecəsi” keçirərkən əvvəl mövzunun mahiyyətini, əhəmiyyətini açan kitablar seçilməli, gecənin keçiriləcəyi yeri və vaxtı göstərən elan hazırlanmalı, gecədə qoyulacaq suallar əvvəlcədən müəyyənləşdirilməlidir. Tədbirin məktəblilər arasında keçirilməsi daha məqsədəuyğun olardı. Sorğu keçirilərkən uşaqların yaş xüsusiyyətləri nəzərə alınmalıdır. Sualların qabaqcadan müəyyənləşdirilməsinə baxmayaraq, tədbir zamanı yeni sualların meydana çıxması istisna edilmir. Tədbirdə iştirakçıların
suallarını yazılı şəkildə vermələrinə də şərait yaradılmalıdır. Bu onlara sıxılmayaraq maraqlandıqları suallara ətraflı cavab tapmalarına imkan verər.
“Narkomaniya, gəncliyimiz və ondan törənən fəsadlar” mövzusunda keçirilən sual-cavab gecəsində aşağıdakı suallar ətrafında müzakirə aparmaq olar:
Siz asudə vaxtınızı necə keçirirsiniz?
Narkomaniya nədir və narkomanlara münasibətiniz necədir?
Narkotiklərin xassələri, onun şəxsiyyətə və insan orqanizminə olan ziyanı haqqında nə bilirsiniz?
Gəncləri cinayətə, pis vərdişlərə sövq edən nədir?
Siz gələcəyinizi necə görmək istərdiniz?
. “Sual-cavab” gecəsində “Narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir” adlı stendi də tədbir zamanı nəzərə çarpan yerdə təşkil etmək lazımdır.
Kütləvi tədbirlərin ən təsirli formalarından biri kitab sərgiləridir. Bu mövzuda təşkil olunmuş sərgi bir oyanış, çağırış, ayıqlıq xarakteri daşımalı, maraqlı olmalı və kitabxananın elə bir yerində təşkil olunmalıdır ki, oxucuların diqqətindən ya-yınmasın və hər zaman onları düzgün həyat tərzi qurmağa, pis vərdişlərə uymamağa səsləsin. Kitabxanada ““Gələcəyimizi məhv оlmaqdan qоruyaq”adlı sərgi təşkil etmək olar. Sərgi-də aşağıda təqdim etdiyimiz sitatlardan, adları verilmiş kitab-lardan, eləcə də qəzet və jurnal materiallarından, müxtəlif foto-şəkillərdən, statistik məlumatlardan istifadə etmək olar.
Dostları ilə paylaş: |