Sitat:
...İnsanın sağlamlığını qorumaq, onu fiziki əzablardan xilas etmək mühüm, xeyirxah işdir.
Heydər Əliyev,
ümummilli lider
Narkomaniyaya qarşı mübarizədə ictimai təşkilat, mətbuat, mədəni-maarif orqanları və kitabxanalarla yanaşı, valideynlərin də rolu böyükdür. Onlar məktəb və kitabxanalarla sıx əlaqə saxlamalı, övladlarının tərbiyəsində yaxından iştirak etməlidir-lər. Lazım gəldikdə valideynlərlə uşaqlar arasında bu cür möv-zular açıqlanmalıdır. Ümumiyyətlə, yaxşı mənada uşaqları təh-sillə elə yükləmək lazımdır ki, onların boş vaxtı qalmasın və başqa əyləncə axtarmaq niyyətinə düşməsinlər
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminə qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxmış, bir sözlə, problemə münasibətdə yeni mərhələ başlanmışdı. Şərti olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdı.
Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası, tarixdə ilk dəfə olaraq, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə qoyulmuşdur.
Hal-hazırda da Azərbaycan dövləti daima ölkə ərazisində narkomaniya və narkobiznesə qarşı mübarizədə uğurlar əldə etmək üçün bütün cavabdeh strukturların fəaliyyətinin əlaqə-ləndirilməsinin başlıca meyar olduğunu qeyd edir. O, daima ölkə ərazisində narkomaniya və narkobiznesə qarşı mübarizədə uğurlar əldə etmək üçün bütün cavabdeh strukturların fəaliyyə-tinin əlaqələndirilməsinin başlıca meyar olduğunu bildirir, nar-kotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni döv-lət səviyyəsinə qaldıraraq narkotiklərlə mübarizə sahəsində qabaqcıl dünya təcrübəsinə əsaslanan kompleks tədbirləri ardıcıl olaraq sistemli şəkildə həyata keçirir.
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1.Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər) təsdiq edilsin (əlavə olunur).
2.Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekur-sorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə müba-rizə üzrə Proqramın (2007-2012-ci illər) həyata keçirilməsinə nəzarət Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına həvalə olunsun.
3.Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsi-nə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına tapşırılsın ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanun-suz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqra-mın (2007-2012-ci illər) yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini təhlil etsin və bu barədə hər il Azərbaycan Res-publikasının Prezidentinə məlumat təqdim etsin.
4.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncam-dan irəli gələn məsələləri həll etsin.
5.Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri,
28 iyun 2007-ci
Metodika və biblioqrafiya şöbəsi: Yarıyeva Səadət.
Dostları ilə paylaş: |