38
Həsrətlə o dilsizlərə bir etdi nəzarə,
Qüdrət əli qıldı hamısın əhli işarə,
E`caz elədi müşküli-Ismailə çarə,
Gəldi dilə dilsiz quzular etdi təzahür,
Bu çöldə suvarma bizi sən Əsğərə xatir.
Fərşilə həva
üstə gəzən vəqtdə Süleyman,
Təxtin çevirib vurdu yerə şiddəti-tufan,
Ərz eylədi ya Rəbb, görülüb məndə nə nöqsan,
Səs gəldi ki, çox tünd gedirsən belə getmə,
Vəhşətlidi bu vadiyi-iymən belə getmə.
Bu çöldə Hüseyni qəmə amac edəcəklər,
Zülm ilə onun
təxtini tarac edəcəklər,
Qızlarını bir mə`cərə möhtac edəcəklər,
Bu çöldə Hüseyn də batacaq qana Süleyman,
Düş ağla o məzlumi-Süleymanə, Süleyman.
Musa da
gəlib bir gün o səhrayi-bəlayə,
Batdı bir ayağına tikan gəldi nəvayə,
Cəbril dedi sən də cülus eylə əzayə,
Bu çöldə Hüseynin hərəmi baş açacaqdır,
İstəkli Səkinə tikan üstə qaçacaqdır.
Bir gün də Məsihin yolu
düşmüşdü zəruri,
Yanında həvariləri, başında qüruri,
Bir şir-qəvi pəncə kəsib rahe-üburi,
Səsləndi həvariləri ğeyzilə o saət,
Kəsdin yolu Ruhullaha aya nədir illət?
39
Səsləndi həvarilərə ba qeyzo-cəsarət,
Aşuri-Məhərrəmdi bu rəftarıma illət,
Vadar eləyir dildəki pünhanı məhəbbət,
Hər kim ki, hər il düşsə bu səhrayə güzari,
Də`vət edərəm mənlə edə nohəvo-zari.
Yandı hamı əlqissə ürəkdən bu məqalə,
Hüzzar onun dövrəsinə vurdular halə,
Torpaq
sovurub başa o şir eylədi nalə,
Səsləndilər ey ruhi-məsiha sənə qurban!
Məryəm sənə qurban, ağa Isa sənə qurban!
Dostları ilə paylaş: