MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə10/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   6   7   8   9   10   11   12   13   ...   96
MƏRSİYƏLƏR (1)

Kərbəla arzusu (cuş) 
Yenə düşübdü başıma həvaye-Kərbəla, Hüseyn! 
O altıguşə qəbrivə atam-anam fəda Hüseyn! 
Rəvadı şiələr məgər yana sənin fəraquvə
Yanır ürək, alovlanır düşəndə iştiyaqivə, 
Nolur nəsib ola, gələk o xoşnuma rəvaqivə, 
Geyək qara, məhərrəmi tutaq sənə əza,Hüseyn!
Sənin qapında seyyida nolur ki, imtiyaz alaq, 


33 
Nəsib ola ziyarətin əzəlcə bir cəvaz alaq, 
Gedək ürəkdə möhnətun fəratə dəstəmaz alaq, 
Deyək əzize-Fatimə, zəbihe mən qəfa Hüseyn! 
Nolur ki, şahilər baxa məhəbbətilə nökərə, 
Məhəbbət eylə istəsən o mərqəde munəvvərə, 
Ayaq tərəfdə üz qoyaq məzare-paki- Əkbərə, 
O altıguşə mərqədi öpüb edək nəva Hüseyn! 
O səhni taqü günbəde təlayə canımız fəda, 
Səfa və mərvədə gözəl səfayə canımız fəda, 
Minaye-Kə`bədən gözəl minayə canımız fəda, 
Cəvare-rəhmətindəki fədalərə fəda, Hüseyn!
Nə qədri əşko ah ilə fəraqüvə dəvam edək
Nolar gələk məzarüvə cahanda əxze-kam edək, 
O pire-pak o şah müqəddəsə salam edək, 
Tutaq məzarının tozun misale-kimiya, Hüseyn!
O qəbri pakı şut edək, cahanı biz şərər salaq, 
Şəmime-ətre-cənnəti məzare pakidən alaq, 
Ana dilicə Əsğərə sinəndə laylay çalaq, 
Sinəndə yarəli yatıb o südəmər bala, Hüseyn! 
Öpək sənin məzarını, bataq məlal və matəmə, 
Gedək ziyarət etməyə kənare-nəhre-Əlqəmə, 
O xırda qəbridən öpub edək bu növi-zümzümə: 
Yatıb bu yerdə mə`dəni səxavət və vəfa Hüseyn! 


34 
Kərbəlada Aşura 
Bəh-bəh bu il Məhərrəmin özgə səfası var, 
Dillərdə eşq, başda ziyarət havası var. 
Min karvan gedir Nəcəfə dildə ya Əli
Həm Kazimeyni, Kufəsi var, Kərbəlası var. 
Bu il Məhərrəm açılıb rahe-Kərbəla
Züvvare-mərd və zən cavanı var, qocası var. 
Də`vəte-umumidi açılıb süfreye-kərəm, 
Gəlsin bu bare-amə kimin iştahası var. 
Bir vəch kim salıb əlinə üz qoyub gedər, 
Gərçe haman pula başının min bəlası var. 
Züvvarə kim xəyanət edə pis günə qalar, 
Fürsəttələb qəziyyəni bilsin cəzası var. 
Fürsəttələb qalar mütəvəkkil qalan günə, 
Züvvarın ahının əsəri qəm fəzası var. 
Bu il Məhərrəmin daxi ya ləytənası yox, 
Kunna məək demə, yol açıqdı, səfası var. 
Bu il o altıguşə məzarın ziyarəti, 
Hər kimsəyə nəsib ola, feyze- xodası var. 
Şaxseləri, ələmləri, heyətləri tamam, 
Bülvare-Kərbəlayə çəkib, mərhəbası var. 
Bülvare-Iərbəladə durub sinə vurmağın, 
Beynül-hərəmdə nəşəyi biintəhası var. 
Bulvare-kərbəla iki cənnət müqabili, 
Mərv və Səfadı, hərvələsi var, duası var. 
Kimdir Hüseyn? Ziyarəti Allah ziyarəti, 
Mə`bud ilə onun gözəl əhd və vəfası var. 
Kimdir Hüseyn? Peyğəmbərin ağuşunun gülü


35 
Qur`anda şə`nə sahibdir kafo hası var. 
Kimdir Hüseyn? Həzrəti Zəhraya sevgili, 
Şayəstədı məqami hədisi-kisası var. 
Kimdir Hüseyn? Fərşi edib ərşidən şərif, 
Çeşme-cahanı tərbiyətinin tutiyası var. 
Qurban olum Hüseynə ki, min dörd yüz il keçir, 
Əkdikləri gülün hələ nəşvü nüması var. 
Hər dərdmənd dərdi ki, sə`bul əlacidir, 
Gəlsin desin, Hüseyn qapısında dəvası var. 
E`lan edin mərizlərə binəvalara, 
Ərbabımız təbibidi, darüş-şəfası var. 
Şeşguşə bir zərihidə şeşguşə bir məzar, 
Fikr etmə Kə`bənin elə ali binası var. 
Başsız yatıb o qəbridə bir sərbedare-eşq, 
Oğlun ziyarət etməyə payini-pası var. 
Busə edir ata ayağından cavan oğul, 
Bir dörd min oxlu sinədə dilsiz balası var. 
Şeşmahə bir bala sıxılıb qanlı sinəyə, 
Səs çıxmır ağlaya, boğazında yarası var. 
And olsun Allaha, qapıdan boş qayıtmayıb, 
Hər sailin gözəl ədəbi var, həyası var. 
Mövla ədəbli nökəri istər, ədəblidi, 
Əhsən o nökərə ki, Hüseyn tək ağası var. 
Tənha ədəbdi bəndəyə şəxsiyyət artıran, 
Baxma bir dəstənin həbibinin əskinası var. 
Mövla buyurdu əl-ədəb xəyrun min zəhəb, 
Mədrəki-ədəbdi, baxma esanso təlası var. 
Al dəstəmazı, qarəni gey qıl namazını, 
Mövlasına namaz qılanın iqtidası var. 
Vur sinəyə ya Hüseyn de, namaza müvazib ol, 
Səndən cəmaətin də dua iltiması var. 
Gözlə o qara köynəyin ehrame həccidi, 


36 
Əynində möhtərəmsən,Hüseynin qarası var. 
Çoxlar bu qara köynəyə təhqir ilə baxır, 
Sevmir Hüseynçün görə meşkin qəbası var. 
Çoxlar əzada noqteyi-zə`f axtarır bizə, 
Şaxisi nədi elmlədi çun və çerası var. 
Şaxisi-təzahurat Hüseynidi,şiələr, 
Ta Şiə var cahanda bu rəsmin bəqası var. 
Payəndə bad pərçəme hurriyyəti Hüseyn
Hər il bu bə səfa ələmin e`tilası var. 
Hamildi hamiyi-pərçəmə səqqayi-Kərbəla, 
Əbbas tək hünərvər və sahib ləvası var. 
Əbbas ağa, düşən qola bu şiələr fəda, 
Bir məşk su qana dönə axa bəhası var. 
Qolsuz bədən düşəndə at üstdən necə düşər? 
Əmmamə yox başında? gözündə yarası var. 
Gördü vəfalı mərkəbi yorğundu sahibi, 
Qaçdı sağa-sola hara getsin harası var? 
Göz yox görə haya yıxılır hara gedir, 
Gəldi üz üstə toprağa, va həsrətası var. 
Başın ucaltdı göylərə qolsuz yıxılmağı, 
Vazehdi bu yıxılmada Allah rizası var. 
Səsləndi seyyidi, ölürəm gəl hərayıma, 
Əbbasivun nə bir kəsi nə aşinası var.
Sınmış baş üstə keşməkeşə, qilo qalə bax, 
On yeddi kafirin başına iştirası var 
Görmür gözüm şəmatət edir hər gələn vurur 
Əbbasa düşmənin süxəni- narəvası var. 
Daşlar gəlir üzümü kənara çəkənmirəm
Bir yarəyə demə vuranın ixtifası var. 
Ox sancılıb oxa, qarışıb yarə yarəyə 
Bir dərdə düşmüşəm nə əlaci dəvası var. 
Şaha, Kərimiyəm, kərəmindən pay istərəm, 


37 
Gərçe sənin gözəl qapının çox gədası var. 
Ölsəm bu qara köynəyilə dəfn edin məni, 
Görsünlər eşqimin sənəde-iddiası var. 
Qoymaz ağam Hüseyn iki dünyada xar olam, 
Əldə Kəriminin sənəde mən bəkası var. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin