MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə6/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   2   3   4   5   6   7   8   9   ...   96
MƏRSİYƏLƏR (1)

Həqiqi Kə`bə Kərbəladı 
Ey dərdmənd, dərdə dəva Kərbəladədi, 
Qorxma mərizin olsa, şəfa Kərbəladədi. 
Əqlim dedi ki, beyti təvaf eylə hacı ol, 
Eşqim dedi ki, beyti-Xuda Kərbəladədi. 


20 
Əqlim dedi şəbi-ərəfatın səfası var, 
Eşqim dedi ki, şəbi ürəfa Kərbəladədi. 
Əqlim dedi Minadə dua müstəcabidi, 
Eşqim dedi həqiqi mina Kərbəladədi.
Əqlim dedi ki, sə`yi-Səfa qəlbi saf edər, 
Eşqim dedi səfayi-səfa Kərbəladədi.
Əqlim dedi ki, zəmzəmin abi-həyatı var, 
Eşqim dedi ki, abi-bəqa Kərbəladədi.
Əqlim dedi yəmin Xudavəndidir həcər
Eşqim dedi cəmali-Xuda Kərbəladədi.
Çıx təlli Zeynəbiyyəyə,bax xeyməgahinə, 
Insan elə bilir üsəra Kərbəladədi.
İllər qara geyib vurasan başə, sinəyə, 
Allah bilir ki, əsli-əza Kərbəladədi. 
Hansı ürəkdi titrəməsin qətligahidə, 
Xəncər əlində Şümri-dəğa Kərbəladədi. 
Min həccidən gözəldi Hüseynin ziyarəti, 
Miqati-seyyidiş-şühəda Kərbəladədi. 
Əqlim dedi nə sözdü ələstu bi rəbbikum, 
Eşqim dedi bu qövlə bəla Kərbəladədi. 
Oğlun rəva görənmədi qurbanlığa Xəlil, 
Yetmiş iki xəzibe-dəma Kərbəladədi. 


21 
Əqlim dedi Xuda deyib Ud`uni əstəcib, 
Eşqim dedi məqame-dua Kərbəladədi. 
Əqlim dedi ki, Məkkənin ali həvası var, 
Eşqim dedi o halü həva Kərbəladədi 
Ya rəbb nəsib elə bütün həsrət çəkənlərə, 
İndi tufaqilə rüfəqa Kərbəladədi. 
Ərş əksi-Kərbəla ilə afaqə fəxr edər
Misbahi-xəmsətun-nücəba Kərbəladədi. 
Babül-həvaic həzrət Əbbasi-namdar, 
Əl`an əlində qanlı liva Kərbəladədi. 
Həllale-müşkül oğludur səqqayi-teşnələb, 
Hər günə hacət olsa rəva, Kərbəladədi. 
Qalmaz Kəriminin dəxi qəlbində həsrəti, 
Görsə ki, hey`əti-şüəra Kərbəladədi. 
Şirkət edər əimmə Hüseyn ərbəininə, 
Hər ərbəin İmam Rza Kərbəladədi. 
Zəhranı sən Bəqidə axtarma ey bacı, 
Gəl Kərbəlayə, xeyrün-nisa Kərbəladədi. 
Əqlim dedi yer üstə hanı bir gözəl məkan, 
Eşqim dedi ki, Kərbübəla Kərbəladədi. 


22 
Qalmaz Kərimin dəxi qəlbində həsrəti
Görsə bu hey`əti- şüəra Kərbəladədi. 
Aşiqəm, düşmüşəm yaman günə mən, 
Bənzərəm dağ başındakı günə mən, 
Gülşən və gül əgər həvəsdi mənə
Tək Hüseynin əzası bəsdi mənə. 
* * *
Mən Kərbəlasız aləmi-imkanı neylirəm, 
Eşq və məhəbbət olmasa, dünyanı neylirəm. 
Ruze-cəzada rövzeyi-rizvana getmərəm, 
Ali-Muhəmməd olmasa rizvanı neylirəm. 
* * *
Eşqi-Hüseyni rövzeyi-rizvanə vermərəm, 
Bəzmi-əzanı bağe-gülüstanə vermərəm, 
Xaki-məzarı möhre namazımdı sübh və şam, 
Bu möhrü mən negini- Süleymanə vermərəm. 
* * *
Göz yaşını mən tamami-dünyayə vermərəm, 
Ərzeşlidi bu gövhəri yəğmayə vermərəm, 
Bir qətrə ki, behişt ala billəm bəhasına, 
Allah bilir bu qətrəni dəryayə vermərəm. 
* * *
Mərize- eşqəm əlac və davanı axtarıram, 
Nişan verin mənə darüş-şəfanı axtarıram, 
Hacı gedib Ərəfata Xuda ziyarətinə, 
Hüseyn Hüseyn deyirəm mən Xudanı axtarıram. 
* * *


23 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin