18
Hüseyn namaza
görə teşnə baş və qan verdi,
Hüseyn namaza görə Əkbəre-cavan verdi.
Namazın ərzişinə bu işarəsi bəsdi:
Yazıllar Şümre-ləin səcdədə başın kəsdi.
Şiələrin müqtədası
Hüseyndir Xaliqi ə`zəm fədası,
Hüseyndir dine-İslamın bəqası,
Hüseyndir aləmin zibo-səfası,
Hüseyndir şiəyanın müqtədası,
Hüseyndir ənbiyanın dilrübası.
Gözəldir çöhrəi-izəd nüması,
Cəmi kainatın rəhnüması,
Atasi Mürtəza şiri-Xudadı,
Anası Fatimə xəyrun-nisadı,
İki dünyanın olmuş pişvası.
O dəm ki, məqtələ sultan yıxıldı,
Gəlib səs höccəte-Rəhman yıxıldı,
Sütune-xanei-iman yıxıldı,
Səfa öldü, yerə irfan yıxıldı,
Olar həşrə kimi bərpa əzası.
Sərasər cismi olmuşdu qızıl qan,
Baxıb səmte-səmayə şahe-xuban,
Dedi sən şahid ol, ey həyyi-sübhan,
Hüseyn eliyib vəfayi-əhdo-peyman,
Minayi-eşq olubdur Kərbəlası.
19
İlahi üzmüşəm əl Əkbərimdən,
Ləb ətşan şirxarə Əsğərimdən,
Bəlalı itrətimdən yavərimdən,
Nənəm Zəhraya bənzər xahərimdən,
Mənə minnətdi eşqin hər bəlasə.
Sənin eşqində sərməstəm Xudaya,
Tərəktul-xəlqə turrən fi həvaka,
Və əytəmtul əyalə kulli əraka,
Və ləv qəttə`təni fil-həbbi irba
Ola qanilə möhkəm din binası.
Qərəz ərşe-Xuda qudalə düşdü,
Rüxe-zibaya qandan halə düşdü,
Yaralı Kə`bəyi-amalə düşdü,
Dilim gəlmir deyim nə halə düşdü,
Çıxıb əndazədən xəncər yarası.
Axardı yarəsindən
qan sərasər,
Duranmazdı ayaq
üstə o sərvər,
Gəlibdi naləyə yeksər mələkər,
Boyandı qanına Zəhra balası.
Dostları ilə paylaş: