CO
2
və
H
2
O
əmələ gəlir, enerji
ayrılır. Bu enerji vasitəsilə başqa proseslərdə əlaqə yaranır. Belə ki, karbohid-
ratların okidləşməsi nəticəsində ATF-də toplanan enerjidən yağlarda və zülalların
biosintezində, yağların oksidləşməsindən alınan enerjidən isə karbohidratların və
zülalların biosintezində, zülalların parçalanmasından ayrılan enerjidən də lipidlərin
və karbohidratların mübadiləsində istifadə olunur. Deməli, maddələr mübadilə-
sində əlaqə enerji mübadiləsində yaranır. Müxtəlif maddələrin mübadiləsi zamanı
qarşılıqlı əlaqənin yaranmasında və onların vəhdətində mühüm rolu Krebs sikli
oynayır.
Mübadilə prosesində bu əlaqə hüceyrənin ayrı-ayrı hissələrində də (mitoxon-
driyalar, ribosomlar, nüvə və s.) rabitə yaradır. Belə ki, mitoxondriyalarda əmələ
gələn enerji ATF-lə nüvəyə aparılaraq zülalların və nuklein turşularının sintezi
üçün istifadə olunur. Nüvədə sintez olunan RNT ribosomlara aparılaraq zülalların
sintezində iştirak edir. Belə misalları çox göstərmək olar. Bunları ümumiləşdirə-
rərk göstərmək olar ki, mübadilə proseslə-rində əlaqə nəinki metabolitlərin
Dostları ilə paylaş: |