MəruzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu MÖvzu giRİŞ. Qİda kimyasi fəNNİ, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə97/102
tarix17.09.2023
ölçüsü1,92 Mb.
#144728
növüMühazirə
1   ...   94   95   96   97   98   99   100   101   102
Qida-kimyas-

ƏDƏBİYYAT 
 
1. Həşimov X.M, Həsənova S.Ə, Qida kimyasi, Bakı 2010, 478 c. 
2. Həşimov X.M, İbrahimova D.Ə, Ramazanov V.S., Bioloyi kimyadan
laboratoriya məşğələləri. Dərs vəsaiti, Bakı, 2012, 240 s. 
3. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987. Maarif.
4. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M. Bioloji kimya. 
Bakı 1989. 
5. Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир, 2000. 
6. Северин Е. С., Алейникова Т. Л., Осипов Е. В. Биохимия. - Москва. 
Медицина. 2003. 
7. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия 2008. 


166 
Qida kimyasından mühazirələr. 
MƏRUZƏÇİ: dos.Həşimov Xalıq Məmməd oğlu 
MÖVZU 14. MİNERAL MADDƏLƏR MÜBADİLƏSİ. SUYUN VƏ DUZUN
MÜBADİLƏSİ. MAKRO VƏ MİKROELEMENTLƏR 
 
 
 
 
P L A N
 
 
 
1. Mineral maddələr mübadiləsi haqqında ümumi məlumat 
2. Suyun mübadiləsi və orqanizmdə rolu 
3. Duzların mübadiləsi və bioloji rolu. Makroelementlər 
4. Mikroelementlər mübadiləsi və bioloji rolu 


167 
1. Mineral maddələr mübadiləsi haqqında ümumi məlumat
İnsan və heyvanların 
bədənində mineral maddələrdən su və duzlar olur. Bunlar da molekul və ionlar 
şəklində, həm də başqa maddələrlə (zülallar, karbohidratlat, turşular və s.) 
birləşmiş halda təsadüf edilir.
Duzlara molekul halında əsas sümük toxumasında və qismən hüceyrələrin 
tərkibində rast gəlinir. Onlar birləşmiş halda, yaxud ionlar şəklində hüceyrə və 
toxumaların əmələ gəlməsində və s. (molekulların formalaşmasında da ) iştirak 
edirlər.
Su toxumalarda zülallarla, lipidlərlə, karbohidratlarla birləşmiş haldadır. Bu 
da onlardakı funksional qruplarla (karboksil, hidroksil, keton, aldehid qrupları və 
s.), su ilə onun dissosiasiya məhsullarının: hidrogen və hidroksil ionlarının 
xassələri ilə əlaqədardır. Su birləşmiş halda sərbəst formaya nisbətən çox az olur. 
Əzələlərdə suyun birləşmiş forması onun maksimum 
1%-
ni təşkil edir.
Mineral maddələrdən çoxluğu təşkil edən sudur. O, polifunksional maddədir. 
Su polyarlıq xassəsinə və hidrogen rabitəsi yaratmaq qabiliyyətinə malik 
olduğundan orqanizmdə həlledici rolunu oynayır. O, bədəndə temperaturun 
nizamlanmasında iştirak edir. Bu da istilik tutumunun çoxluğu ilə izah olunur.
Su bioloji mayelərin (qan, sidik, öd, həzm şirəsi və s.) əsasını təşkil edərək, 
bədəndə onların hərəkətinə də şərait yaradır. O, ifrazatda da iştirak edir. Maddələr 
mübadiləsi nəticəsində əmələ gələn son məhsullar sulu məhlullar şəklində ifrazat 
orqanlarına aparılır və bədəndən xaric olunur. Buna sidik, tər və s. misal göstərilə 
bilər.
Su mübadilə proseslərində də qida maddələrinin parçalanmasında, yeni 
maddələrin biosintezində də iştirak edir. Su mexaniki funksya da daşıyır: oynaqları 
hərəkət zamanı sürtünmə ilə zədələnmədən qoruyur. Bütün bu göstərilənlərlə 
əlaqədar olaraq, insan və heyvan 20%-dən çox su itirdikdə ölür.
Mineral maddələr miqdarına görə 2 qrupa: makroelementlərə və 
mikroelementlərə bölünür.
Makroelementlərin orqanizmdə miqdarı 0,001%-ə qədərdir. Bu miqdardan 
az, yəni 10
-3
─10
-12
% arasında olan elementlərə isə m i k r o e l e m e n t l ə r
deyilir. Makroelementlərə: kalsium, maqnezium, natrium, kalium, xlor, kükürd, 
fosfor və s. mikroelementlərə: mis, yod, kobalt, sink, manqan, molibden və 
başqaları aidddir.
Makroelementlərə orqanizmdə əsas qeyri-üzvi birləşmələr: sulfat, fosfat, 
karbonat, xlorid, flüorid turşularının duzları şəklində təsadüf olunur. Bu duzlar 
osmos təzyiqinin yaranmasında, buferli məhlulların əmələ gəlməsində, turşu-qələvi 
müvazinətində də iştirak edir.
Mikroelementlər əsasən üzvi birləşmələrin: zülalların, fermentlərin, vitamin-
lərin və hormonların tərkibində olur. Məsələn, zülallardan hemoqlobində dəmir, 


168 
vitaminlərdən siankobalamində kobalt, fermentlərdən ksantinoksidazada molibden, 
karboanhidrazada sink, hormonlardan tiroksində yod vardır.

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin